Səfəvi sarayında qadın intriqaları — Pəri xanımın ölümü

Səfəvi sarayında qadın intriqaları — Pəri xanımın ölümü

Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Səfəvilər dövləti barədə araşdırmalar günümüzdə də davam edir. Saraydaxili çəkişmələr, qadınların ölkə idarəçiliyində rolu maraq mövzularından sayılır. “
Səfəvi dövlətində saray intriqaları barədə məlumatı oxucuları ilə bölüşür. Maraqlı faktları tarixçi-alim Əkbər Nəcəf təqdim edib. Qızılbaşlar tarixində dövlət içində dövlət olacaq gücə sahib bu qadın Şah I Təhmasbın qızıdır. Olduqca ağıllı və zəka sahibi olan Pəri xanım bir çox siyasi hadisələrin də mərkəzində yer alıb. Hələ kiçik yaşlarında əmisi Bəhram Mirzənin oğlu Bədiüzzaman Mirzə ilə evləndirilsə də, heç bir zaman ərinin yanında yer almayıb. Qardaşı İsmail Mirzəyə yazdığı məktubunda atası Təhmasibə olan sevgisi üzündən saraydan ayrılmaq istəmədiyini bu səbəbdən də Sistana ərinin yanına getmədiyini iddia edir.   Səfəvi sarayında qadın intriqaları Pərixan xanım II İsmailin taxta çıxmasında tam söz sahibi olmuşdur. Dövlət işlərində aparıcı güc olmuş, özünə aid xüsusi xəzinəsi və divanı belə vardı. Qızılbaş əmirləri şahdan çox ona müraciət edirdilər. II İsmail öləndə taxta Pərixan xanımın istəyi ilə keçən Kor Məhəmməd dövründə Qızılbaş sarayı iki qadının acımasız mübarizəsinə səhnə oldu. Bir tərəfdə Pərixan, digər tərəfdə isə şahın arvadı Xeyrənsə. Hər iki qadının əl atmadıqları intiriqa qalmamamışdı. Maraqlıdır ki, Pərixan xanım bu qadını heç bir zaman ciddiyə almamış və onu axmaq olaraq görmüşdür. Hər axmaq hesab edilən onu axmaq hesab edənlərin də fərasətini əks etdirir. Pərixan xanım bu intiriqada məğlub olub boğularaq öldürüldü. Sərvəti isə onu öldürən Xəlil Xan Əfşara verilmişdir. Öldüyündə 39 yaşında idi. Bütün sərvəti İskəndər bəy Münşiyə görə, 10 min tümən idi. Yəni 1 milyon qızıl pul... Oruc bəy onun son vəziyyətini belə təsvir edir: "Onun qana bulaşmış başını, kirpikləri və saçları bir-birinə qarışmış hald bir nizənin ucuna keçirib hamıya nümayiş etdirmək üçün Qəzvin qapısına taxdılar". Amma başqa Səfəvi müəllifləri bu məlumatı təsdiq etmirlər... Hirsi, inadkarlığına baxmayaraq Pərixan çox alicənab bir qadın idi. Gözəlliyi, geyimi, davranışı, hərəkətləri, müraciət şəkli, əzəməti, zəkası, diplomatik qabiliyyəti, insanları ələ alması, sevdiklərinə səxavəti və xalqa münasibəti baxımından Qızılbaş tarixində onu səviyyəsində ikinci bir qadına rast gəlmək olmur. Böyük bir ədəbi, dini, memari və sənət kütləsinə himayədarlıq etmişdir. Amma zalımlıqda da eyni dərəcədə məharətli idi. Qızılbaş sarayı və hərəmi ən əzəmətli günlərini onun vaxtında yaşamışdır. Yazar. Hikmət Həsənov Mənbə. Ölkə.Az
568 Views