Piza Qülləsi

Piza Qülləsi

 
Piza qülləsi İtalyanın Piza şəhərindədir və orta əsrlərin möhtəşəm tikililərindən hesab edilir. Bu qülləni hamı “düşən” qüllə adlandırır. Piza qülləsi “düşməsə” də, o, onsuzda bir möcüzə olaraq qalmaqdadır. Qüllənin ən alçaq tərəfinin torpaqdan hündürlüyü 55,86 metrdir və ən yüksək tərəfi isə 56,7 metr hesablanmışdır. Divarların enliliyi 4,09 metr və yuxarıya doğru istiqaməti isə 2,48 metr olduğu qeyd edilmişdir. Onun ümumi kütləsi 14453 ton hesab olunur. Tikilinin əyilmə meyli 3,97° sayılır. Şaquli vəziyyətindən 3,9 metr uzaq
bilinir. Həmçinin qüllənin 294 pilləsi vardır.
Qüllənin yuxarı hissəsi vertikaldan 5 metr maillənmiş vəziyyətdədir. Başqa sözlə desək, qüllə 5 metr əyilmişdir. Qüllənin başına çıxan hər bir kəs bunu çox sadə bir üsulla yoxlaya bilər. Belə ki, qüllənin başından atılan bir daş, qüllənin dibindən 5 metr aralıya düşür. Bu da qüllənin vertikaldan 5 metr meylləndiyini, yəni — 5 metr əyildiyini göstərir. Bəs, qüllənin əyilməsinə səbəb nədir? Hələlik heç kəs bunun dəqiq səbəbini bilmir. Sözsüz ki, qüllə inşa olunan zaman heç kəs istəməzdi ki, qüllə bu vəziyyətə düşsün. Belə hesab edilirdi ki, qüllə inşa edildikdən sonra əsrlərlə düz, dik duracaq. Ümumilikdə isə Piza qülləsinin memarlığı italyan abidələri içərisində ilkin yer tutur və bu ansambl 1063–cü ildən hazırlanmağa başlanmışdır. Hətta Piza kilsəsində İtaliya tarixində mühüm rol oynayan bir neçə şəxsin qəbri də vardır. Bunlardan ən tanınmışı isə alman imperatoru VII Henrikdir. Qüllə Baş kilsənin yanında, kilsə zənglərinin asılması məqsədilə inşa edilmişdir. İnşasına 1174-cü ildə başlanmışdır və 1350-ci ildə başa çatmışdır. Naməlum səbəblərdən qüllənin inşası 176 il sürmüşdür. Qüllənin özülü qumluqda qoyulmuşdur. Ola bilsin ki, məhz elə bu səbəbdən əyilmə baş vermişdir. Onu da qeyd eləmək lazımdır ki, qüllə birdən-birə əyilməmişdir. Əyilmə 3 mərtəbə və 3 qalereya tikildikdən sonra yaranmışdır. əyilmə baş verən zaman layihədə müəyyən dəyişikliklər edilmiş və bundan sonra tikili müəyyən qədər düzəlmişdir, maillik azalmışdır. Amma bu da tikilinin əyilməsinin qarşısını tam ala bilməmişdir. Son 100 ildə qüllə 0,3 metr, yəni-33 sm əyilmişdir. Mühəndislər belə hesab edirlər ki, qüllənin haqlı olaraq “düşən” qüllə adlandırırlar. Çünki, ya gec, ya da tez, nə vaxtsa qüllə düşəcəkdir. Yəni – yıxılacaq.
Mənbə. kayzen .az
568 Views