Qadınlar niyə kişilərdən çox yaşayır?

Qadınlar niyə kişilərdən çox yaşayır?

damla sonmez ile ilgili görsel sonucuQadınların kişilərlə müqayisədə daha uzun ömür sürməsi onların həyata daha “sağlam” yanaşması deyil, orqanizmlərində qocalmanı ləngidən əlavə gen surətinin olması ilə əlaqəlidir. Bu barədə elmi araşdırmanın nəticələri “Aging Cell” jurnalında dərc olunub. Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, hal-hazırda orta insan ömrü 71 yaş təşkil edir. Ən yoxsul Afrika dövlətlərindən tutmuş ən zəngin Avropa şəhərlərinə kimi bütün dünya ölkələrində qadınların orta ömrü kişilərdən daha yüksəkdir (müvafiq olaraq 73 və 68 il). Maraqlıdır ki, antropoloqlar bu tendensiyanın ibtidai icma quruluşunda qalmış xalqlar arasında da müşahidə olunduğunu müəyyən edib. Ənənəvi olaraq, bu, kişilərin riskə, kökəlməyə, qeyri-sağlam həyat tərzinə, o cümlədən, alkoqol, tütün və narkotik vasitələrə meyilli olması ilə əlaqələndirilirdi. Ancaq Kaliforniya Universitetinin alimi Dena Dubal və onun həmkarları “kişi və qadın ömrü arasındakı bu fərqin təkcə sosial deyil, eyni zamanda, genetik aspektlərinin olduğunu ortaya çıxarıb. Tədqiqat qrupu uzun müddət DNT-ləri modifikasiya olunmuş dörd qeyri-adi siçan qrupu üzərində müşahidələr aparıb. Dubalın sözlərinə görə, alimlər beyin və digər orqanların işində, həmçinin cinsi xromosomların funksiyası və strukturu baxımında  kişi və qadınlar arasında bir çox fərqlərin olduğundan şübhələnib. Məsələ ondadır ki, Y - kişi xoromosomu, demək olar ki, həyati əhəmiyyətli genlərdən məhrumdur. Bir neçə kritik əhəmiyyətli (məsələn, rüşeymin inkişaf proqramının işə salınması üçün) DNT sahəsini köçürdükdən sonra onları genomdan kənarlaşdırmaq olar. Qadın - X xromosomu isə həm zəif, həm də güclü cins üçün həyati əhəmiyyətlidir və onların genində yaranan pozuntu, adətən, fatal sonluqla (ölümlə) nəticələnir. Dubal və onun komandası belə bir nəticəyə gəlib ki, qadınların kişilərlə müqayisədə uzunömürlülüyü məhz artıq X xromosomu ilə əlaqəli ola bilər. Bu ideyanı rəhbər tutaraq, tədqiqat qrupu dörd qrup erkək və dişi siçan böyüdüb. Onların yarısı “xətalı” xromosom düzümünə malik olub. Alimlər onların DNT-lərinə çatışmayan Y xromosomunun fraqmentlərini yeritməklə XX xromosomlarla erkək ərsəyə gətirə bilib, həmçinin XY düzümü ilə “transgender” erkəklər yaratmağa nail olublar. Növbəti üç il ərzində bioloqlar gəmiricilərin həyat və davranışlarını hərtərəfli şəkildə müşahidə edib. Təcrübələr göstərib ki, DNT modifikasiyasından sonra onların ömrü cinsdən yox, xromosom düzümündən asılı olub. Mənbə. oxu.az
568 Views