Rihannanın neçə yaşı var? Rihanna haqqında Məlumat

Rihannanın neçə yaşı var? Rihanna haqqında Məlumat

Rihanna Haqqinda Melumat

Robyn Rihanna Fenty — (d. 20 fevral 1988, Saint Michael, Barbados), Barbadoslu müğənni və söz yazıçısıdır. 2005-ci ildə ilk albomu olan Music of the Sun'ı çıxartdı. Albomun çıxış parçası olan "Pon de Replay" Billboard Hot 100-də 2-ci sıraya qədər yüksəlmiş və böyük uğurlar əldə etmişdir. 2006-cı ildə isə "A Girl Like Me" adını verdiyi ikinci albomunu çıxartdı. Bu albom sayəsində bir çox mükafat almış və albomdakı "SOS" mahnısı Billboard Hot 100-də 1 nömrəyə qədər yüksəlmişdir. Sonraki il çıxartdığı "Good Girl Gone Bad" albomunda görünüş ve tərzini dəyişdirərək möhtəşəm bir çıxış edən Rihanna, özündən hər yerdə söz etdirməyi bacardı. Albomdakı "Umbrella", "Shut Up and Drive", "Don't Stop the Music" ən məşhur Rihanna hitləri sırasına daxil oldu. Bunlardan "Umbrella" mahnısı ilə ilk Grammy Mükafatını qazanan Rihanna, Entertainment Weekly tərəfindən də, "2008-in Divası" seçildi. Öz füsünkar səsi və gözəlliyi ilə musiqisevərlərin sevimlisinə çevrilən Rihanna'nın əsl adı Robyn Rihanna Fenty'dir. 1988-ci il fevralın 20-də Barbadosun Saint Michael şəhərində dünyaya göz açan Rihanna'nın uşaqlığı isə Bridgetown şəhərində keçib. Atası Ronald Fenty və anası Monica Fenty də Barbadosda yaşayır. Rihanna'nın 2 özündən balaca Rorrey və Rajad adlı qardaşları var. Təhsilinə Barbadosdakı "Charles F.Broome Memorial" ibtidai məktəbində başlamış və 15 yaşında "Combermere" adlı musiqi məktəbinə gedərək iki sinif yoldaşıyla birlikdə musiqi qrupu qurmuşdur. 2003-cü ildə yoldaşları Rihanna'nın qrupunu həmin vaxt Barbadosda tətil edən musiqi prodüseri Evan Rogers'a tanıtdılar. Evan Rogers qrupa səs testi etdikdən sonra "Rihanna bir dəqiqə mənimlə gəl, digər ikiniz gedə bilərsiniz." deyərək otağında Rihanna'dan Destiny's Child qrupunun "Emotion" və Mariah Carey'in "Hero" mahnısını dinlədi. Bundan sonra prodüser böyük partnyoru ilə Rihannaya ilk studiya yazımlarını həyata keçirməkdə kömək edir. ABŞ-da yazılan mahnı bir neçə musiqi şirkətinə göndərildi. Bu nüsxələrdən biri Jay-Z'ə də gəlib çıxdı və o, Rihannan'ı "Def Jam" şirkətinə qəbul etdi. Lazımı sınaqlardan uğurla çıxan Rihanna şirkətlə müqavilə imzalayır. Beləliklə, müğənninin həyatında sözün əsl mənasında dönüş baş verir. O anası ilə birliktə Barbadosdan ABŞ-a köçür və çalışmalarını sürətləndirir. Nəhayət 2005-ci ilin 30 avqust tarixində "Music of the Sun" adlı ilk studiya albomunu pərəstikşarlarına təqdim edir. Sözügedən albom nəinki ABŞ-da, eyni zamanda Avropada da böyük rəğbətlə qarşılandı. İlk single'ı "Pon de Replay" olmuş və həmin mahnı Billboard Hot 100-də 2-ci pilləyə qədər yüksəlmişdir. Bundan başqa çartlara başçılıq etməyə başlayan albom ABŞ və Kanada çartlarının Top 10-luğuna da düşdü. Müğənninin ikinci single'ı isə "If It's Lovin' That You Want" oldu. Bugünə qədər 8 Grammy Mükafati və 14 nömrə 1 single-ı olan müğənni ümumilikdə 130-dan çox mükafat qazanmışdır. Rihanna həmçinin 6 Oktyabr 2012-ci il tarixində Bakı Crystal Hall-da möhtəşəm bir konsert vermişdir.
568 Views