7-Cİ İMAMDAN 7 HƏDİS
1. İmam Museyi-Kazim (ə) buyurmuşdur:
“Rəcəb – cənnətdə süddən ağ, baldan şirin bir çaydır. Hər kəs Rəcəb ayında bir gün oruc tutarsa, Allah-Taala onu bu çaydan sirab edər.” (“İqbalul-əmal”, səh.635; “Məfatihul-cinan”, “Mübarək Rəcəb ayının fəzilət və əməlləri” bölümü.)
2. İmam Museyi-Kazim (ə) buyurmuşdur:
“Əmanətdarlıq və düz danışmaq ruzinin artmasına, əmanətə xəyanət və yalan danışmaq isə fəqirliyə və ikiüzlülüyə səbəb olur.” (“Tuhəful-uqul”, səh.297; “Biharul-ənvar”, 75-ci cild, səh.327, hədis 4.)
3. İmam Museyi-Kazim (ə) buyurmuşdur:
“Dili doğru olanın əməlləri saf olar, niyyəti gözəl olanın ruzisi çox olar, qardaşları və yaxınlarına yaxşılıq edənin isə ömrü uzun olar.” (“Tuhəful-uqul”, səh.388; “Biharul-ənvar”, 75-ci cild, səh.303, hədis 25.)
4. İmam Museyi-Kazim (ə) buyurmuşdur:
“Bəndənin Allaha yaxınlaşması üçün ən gözəl vasitə Onu tanıdıqdan sonra namaz qılmaq, ata-anaya yaxşılıq etmək, həsəd,xudbinlik və öyünməkdən uzaq olmaqdır.” (“Biharul-ənvar”, 75-ci cild, səh.306.)
5. İmam Museyi-Kazim (ə) buyurmuşdur:
“Dünya zahiri yumşaq, batini isə öldürücü zəhərə sahib ilana bənzəyir ki, ağıllı insan özünü ondan qoruyur, uşaq (uşaqxislətli insan) isə, özünü onun üstünə atır.” (“Tuhəful-uqul”, səh.292; “Biharul-ənvar”, 1-ci cild, səh.152, hədis 30.)
6. İmam Museyi-Kazim (ə) buyurmuşdur:
“Həqiqətən, Əli şiəsi o şəxsdir ki, sözü əməlini təsdiqləsin.” (“Kafi”, 8-ci cild, səh.228, hədis 290.)
7. İmam Museyi-Kazim (ə) buyurmuşdur:
“Alimin üzünə məhəbbətlə baxmaq ibadətdir.” (“Vəsail”, 18-ci cild, səh.458.)
Yazar.Rza Şükürlü
Mənbə.(Maide.az)