Ən populyar brauzerlər
“Google” şirkətinə məxsus “Chrome” dünyanın ən populyar mobil internet brauzeri seçilib. Ekspertlərin qənaətinə görə, mobil qurğu sahiblərinin 55 faizi “Chrome” brauzerindən istifadə edir.
Mobil brauzerlər reytinqində ikinci yeri “Safari” tutub. “Apple” şirkətinin brauzerindən istifadəçilərin təxminən 17 faiz yararlanır. Mütəxəssislər qeyd edir ki, bu fakt “Apple” mobil qurğularının populyarlığını sübut edir.
Məlumata görə, ən populyar mobil brauzerlər üçlüyünə, həmçinin, “UC Browser”, “Samsung Internet” və “Opera” daxildir.
Qiymətləndirməyə görə, fərdi kompüter brauzerləri arasında lider mövcud olduğu 10 il ərzində kompüterlərin təqribən 67 faizində quraşdırılan “Google Chrome” olaraq qalır.
İkinci yerdə 11,5 faizlə liderdən xeyli geri qalan “Mozilla Firefox” qərarlaşıb.
Bazar payı 7 faizə bərabər “Internet Explorer” üçüncü ən populyar fərdi kompüter brauzeridir. Liderlər beşliyində, həmçinin, “Safari” və “Microsoft Edge” brauzerləri yer alıb