Fly me to the MOON! musiqisi haqqında (Video)

Fly me to the MOON! musiqisi haqqında (Video)

Francis Albert Sinatra Nyu Jerseydə doğulan italyan əsilli imigrantların yeganə uşağı idi. Onun atası yanğınsöndürən, anası isə həvəskar müğənni idi. Yaşadığı məhəllələrdə özünü qorumaq çox önəmli idi. Ona görə də boksla məşğul olurdu və bir müddət məktəbdə də yaxşı savaşanlardan idi. Müğənni olmaq həvəsi isə əmisinin ona ukulele hədiyyə etməsindən sonra olmuşdu. İsti yay günlərində sevimli aləti ilə küçələrdə gəzib, musiqi ifa etmək çox xoşuna gəlirdi. Ona görə də məktəbi atdı və balaca klublarda mahnı oxumağa başladı. 1935-ci ildə olan musiqi yarışmasına qatılımı isə onun həyatını dəyişdi. 20-ci əsrin ən yaxşı musiqiçisi, aktyoru oldu. Bir çox mahnısı ilə insanların sevimli səsinə çevrildi.   Mən də Sinatra heyranıyam. Hər cür hava şəraitində, hər cür əhvalda dinlənilə biləcək mahnıları olan bu adamı sevməmək mümkünsüzdür məncə. Ən sevdiyim isə “Fly me to the MOON“-dur! 1954-cü ildə Bart Howard tərəfindən yazılan bu mahnının ilk adı başqa idi. 2 il sonra daha başqa versiyada səsləndirilən “In Other Words” adı dəyişdirildi və həqiqətən də musiqisinə layiq ad seçildi deyə bilərəm. Bu mahnı çox insanlar tərəfindən oxunub. Count Basie Orkestri ilə Sinatranın ifası isə insanı daha fərqli yerlərə aparır. Frank bunu oxuduğu ərəfələrdə 21 yaşlı Mia Farrow ilə evlənmək ərəfəsində idi. Elə ona görə də bu musiqidə əlavə yaz təravəti hiss etməyimiz mümkündür.
Bir neçə mükafata layiq görülən bu musiqinin sözləri də çox dərindir. Gözəl ifa ilə bəzənən “Fly me to the MOON” indi də bir çoxları tərəfindən sevilən mahnıdır:     https://youtu.be/mQR0bXO_yI8 Mənbə.bildirchin.az
568 Views