Həyatlarına intihar edərək son qoymuş dünya ulduzları
Dünya ulduzlarını canlarına qıymağa məcbur edən şey nədir? Onların şöhrəti, pulu, heyranları və böyük nailiyyətləri var, ancaq təəssüf ki, bəzən bütün bunlar belə xoşbəxt etmir. Depressiya, xəyal qırıqlıqlarının fəsadı canlar bahasına gəlir. Onlar çıxış yolunu intiharda gördülər:
VINSENT VAN QOQBu gün Van Qoq dünyanın ən məşhur rəssamlarından biridir, lakin bu hər zaman belə deyildi. Uzun müddət həmkarları, eyni zamanda kolleksioner və satıcılar tərəfindən bəyənilməyən rəssam depressiya və naməlum ruhi xəstəlikdən əziyyət çəkirdi. 1890-cı ildə Vinsent Sen-Remi psixi xəstəxanasını tərk etmiş və özünü ürəyindən güllələmişdir.
ZIQMUND FREYDPsixoanalizin atası niyə bu addımı atdı? Qazandığı psixoloq, psixiatr və nevroloq təcrübəsi ona heçmi kömək etmədi? Yox, intiharın səbəbi başqa idi. Freyd mənəvi ağrıdan deyil, fiziki ağrıdan boğaza yığılmışdı. Dahi aşırı miqdarda siqaret çəkməkdən yaranmış ağız boşluğu xərçəngindən əziyyət çəkirdi. 1939-cu ildə xəstəlik sürətlə inkişaf etməyə başladı və dözülməz ağrılara səbəb oldu. 83 yaşlı alim həkimindən evtanaziya tələb etdi. Bu qərar Freydin qızının razılığı ilə 23 sentyabr tarixində tətbiq edildi.
ERNEST HEMINQUEYHeminquey təkcə istedadı ilə deyil, həm də unikal bioqrafiyası ilə də fərqlənir. O, iki dünya müharibəsinin iştirakçısı, saysız-hesabsız qəddarlıq və ədalətsizliklərin şahididir. Ağır təcrübə və zəngin fantaziya birləşdi və ortaya paranoid psixozu çıxdı. Yazıçı Federal İstintaq Bürosu tərəfindən təqib edildiyini düşünürdü. Klinikada müalicə alan Heminquey elektroşok terapiyasından sonra yaddaşını və yaradıcılıq qabiliyyətini itirdi. 1961-ci ildə klinikadan çıxdıqdan sonra Heminquey özünün güllələyərək həyatına vəda etdi.
MERILIN MONROİntihar, bədbəxt hadisə yoxsa planlı qətl? Divanın ölümü hələ də sirr olaraq qalır. 1862-ci ilin avqust ayında Merilin yüksək dozada yuxu dərmənı qəbul edərək dünyadan köçdü. Hollivud ulduzunu intihara sürükləyən səbəblərin uğursuz şəxsi həyatı, ana ola bilməməsi, ağır depressiya və narkotika aludəçiliyinin olması təxmin edilir.
ROBIN UILYAMSDünya bu şoku hələ də həzm edə bilməmişdir. Hər kəsin sevimli komikini bu addıma itələyən nə oldu? Sən demə, aktyor yenicə Parkinson xəstəliyinə tutulduğunu öyrənmişdi. Bu isə karyerasının sonu demək idi. Bundan əlavə Robin depressiyada əziyyət çəkir, spirtli içki və narkotik maddələrin asılılığından qurtulmaq üçün müalicə alırdı. Robin 2014-cü ilin avqust ayında həyatına son qoydu. Mənbə.bildirchin.az