İMAM HÜSEYNİN (Ə) AŞURA GÜNÜ SÖYLƏDİYİ SON KƏLAMLARDAN – 12 HƏDİS
1. Düşmən qoşunundan bəziləri imam Hüseynin (ə) qətlə yetirildiyini güman edərək xeymələrə hücum çəkdikdə, İmam (ə) fəryad edərək buyurdu:
“Əgər dininiz yoxdursa və qiyamətdən qorxmursunuzsa, heç olmasa, dünyada qeyrətiniz olsun!”
2. İmam Hüseyn (ə) buyurmuşdur:
“And olsun Allaha, mən nə özümü zillətlə sizə təslim edəcək, nə də qul kimi qarşınızdan qaçasağam!”
3. İmam Hüseyn (ə) buyurmuşdur:
“Agah olun ki, bu zinazadə oğlu zinazadə (İbn Ziyad) məni iki işin arasında saxlayıb; ya zillətlə beyət edim, ya da qılıncla doğranım. Zillət isə bizdən çox-çox uzaqdır!”
4. İmam Hüseyn (ə) buyurmuşdur:
“İzzətli ölüm zillətli ömürdən yaxşıdır!”
5. İmam Hüseyn (ə) buyurmuşdur:
“Mən ölümü səadət, zalımlarla yaşamağı isə alçaqlıqdan başqa bir şey bilmirəm!”
6. İmam Hüseyn (ə) buyurmuşdur:
“Alçaqlıq və zillət bizdən çox-çox uzaqdır!”
7. İmam Hüseyn (ə) buyurmuşdur:
“Ölüm alçaqlıqdan çox yaxşıdır.”
8. İmam Hüseyn (ə) buyurmuşdur:
“Eşq olsun, Allah yolunda ölümə!”
9. İmam Hüseyn (ə) buyurmuşdur
“Bizim fəryadımızı eşidib cavab verməyəni və ya qaraltımızı görüb bizə qoşulmayanı Allah-Taala üzüüstə cəhənnəmə atarsa, haqqdır!”
10. İmam Hüseyn (ə) buyurmuşdur:
“Mənə qoşulmaq istəyən bir igid varmı? Bir kəs varmı ki, mənə yardım etsin? Bir kəs varmı ki, Peyğəmbərin “xanədan”ını (Əhli-beytini) müdafiə etsin?”
11. İmam Hüseyn (ə) buyurmuşdur:
“Biz Əhli-beyt yalnız Allahın istəyinə razıyıq!”
12. İmam Hüseyn (ə) buyurmuşdur
“Pərvərdigara, Sənin qəza-qədərinə razı və Sənin əmrinə təsliməm! Səndən başqa məbud yoxdur, ey fəryad edənlərin fəryadına yetən!”
Mənbə. (Maide.az)