Məhşur film yönetmenlerin İfadələri

Məhşur film yönetmenlerin İfadələri

1. Lars Fon Triyer

“Tarkovskinin niyə möhtəşəm olduğunu izah etmək çətindir, amma məncə onun filmlərinə baxanda sanki adama vəhy gəlir.” 2. Jan Lük Qodar “Foto gerçəkdir, kino isə saniyədə iyirmi dörd dəfə gerçək.” 3. Federiko Fellini “Yaxşı filmin qüsurları da olmalıdır. Həyat kimi, insanlar kimi.” 4. Alfred Hiçkok Filmdəki mənfi qəhrəman nə qədər güclü alınıbsa film də o qədər yaxşıdır.  5. Nuri Bilgə Ceylan “Hər yeni film mənə həyatımı necə idarə edəcəyimi öyrədir.” 6. Akira Kurosava “Yaxşı rejissor yaxşı bir ssenariyə dahiyanə film çəkə bilər; eyni ssenariyə pis rejissor, ancaq adi film çəkə bilər. Amma pis ssenariyə yaxşı bir rejissor belə film çəkə bilməz.” 7. Fatih Akın “Film çəkmək boks oynamaq kimidir. Burda əsas olan gücü balanslaşdırmaq, taktika və zamanlamadır.” 8. Andrey Tarkovski “Geniş yayılmış fikrin əksinə, sənətin məqsədi düşündürmək, tezis irəli sürmək və ya bir nümunə təqdim etmək deyil. Xeyr, sənətin məqsədi ən çox insanı ölümə hazırlamaqdır, onu daxili dünyasının ən gizli yerindən vurmaqdır.” 9. Mixael Haneke “Kitablar həmişə kinodan təsirli olub. Çünki oxucuya heç nə göstərmir, hekayəni öz təxəyyülünün hesabına canlandırmaq imkanı verir. Əslində kinoda bunu eləmək mümkündür. Kino o andakı səhnədə göstərdiyi şeyi nəql etmək məcburiyyətində deyil, bəzi rejissorların bundan xəbəri yoxdur. Nəyi nəql edirlərsə onu göstərirlər, nəyi göstərirlərsə onu demək istəyirlər. Bu sənət deyil!” 10. Stenli Kubrik “Cinayətkarlara və sənət adamlarına qarşı məndə qəribə bir həssaslıq var. Heç biri həyatı olduğu kimi qəbul etmir. Hər bir həzin hekayə real həyatdakı hadisələrlə təzad içində olmalıdır.” 11. Robert Bresson “Film çəkəndə nə edəcəyim barədə çox düşünmürəm; sadəcə heç nəyin izahını vermədən göstərməyə çalışır və buna cəhd edirəm.” 12. Mel Bruks “Barmağımı kəssəm tragediyadır. Qapağı açıq kanalizasiyaya düşüb ölməyim isə komediya.” 13. Zeki Demirkubuz “Sənət mənə ortaya bir şey qoymaq, həyat haqqında deyilməsi bir az da çətin, bəlkə də hər kəs tərəfindən qəbul edilməyən, ideoloji və dominant fikirlərin xaricində bir iş görmək fürsəti və azadlığı verir. Buna görə kino ilə məşğulam. Kinonun mənim üçün dəyərli, möcüzəvi tərəfi də budur. Bir problemə toxunub fikirlərimi demək üçün obraz və hekayələri yazıram. Bildiyimiz şeylərdən bəhs etmək mənə görə deyil. Bunlar barədə yetərincə çəkirlər. Zülm, sinfi məsələlər və s. haqqında kinoda kifayət qədər bəhs olunub. Bəlkə də bunların arxasında ola biləcək, daha dərin, bəlkə mənim də izahını verə bilmədiyim mövzulardan çəkməyə çalışıram. Sanki çəkə-çəkə özüm də anlamağa çalışıram…” 14. İnqmar Berqman “Avtomobillər, mebeller, yollar kimi filmlərimin də insanlara faydalı olmasını istəyirəm.” 15. Vonq Karvay “Film çəkmək insanın fərqli yaşlarda öz fotosunu çəkməsi kimi bir şeydir. Hərəsi bir cür görünsə də, amma əslində hamısı eynidir.” 16. Çarli Çaplin “Nə vaxta qədər ki, insanlar ölməyi biləcəklər azadlıq da olacaq. Həyatda məni mutsuz edə biləcək ən böyük şey lüksə alışmaqdır.” 17. Bela Tarr “Məni tanımayan və ömründə heç bir filmə baxmamış bir adama belə filmlərimi göstərsəniz baxıb zövq alacaq. Çünki heç bir koddan, şifrədən istifadə etmədən sırf insan halından bəhs edirəm. Belə bir fikir var ki, filmi başa düşmək üçün intellektual qabiliyyət lazımdır. Məncə buna ehtiyac yoxdur. Filmi hər kəs başa düşə bilər, kino hamı üçündür.” 18. Frank Kapra “Dram filmlərimdə bəzi qüsurlar buraxdığımı etiraf edirəm. Mən elə bilirdim aktyor ağlayanda dram olur. Sən demə tamaşaçı ağlayanda dram olurmuş.” 19. Orson Uells “Hollivud sup sektoru da daxil olmaqla təcrübə məqsədli laboratoriyaları olmayan yeganə sənaye sahəsidir.” 20. David Linç “İnsan qaranlıqda qalanda düşüncələrini tapıb üzə çıxarmağa çalışır. Əgər bu vaxt qorxularınız hərəkətə keçsə elm adamı belə ola bilərsiz.” 21. Jak Tati “Mən istəyirəm ki, film siz kinoteatrı tərk etdikdən sonra başlasın.” 22. Luis Bunuel “Kino hissləri, arzuları və şüuraltını izah etmək üçün ən yaxşı vasitədir.” 23. Kventin Tarantino “İçində zorakılıq səhnələri olan filmlər uşaqları qəddar eləməz. Bəlkə qəddar prodüserlərə çevirər, amma bu da tamam başqa bir mövzudur.” 24 Nuri Bilgə Ceylan “Hər yeni film mənə həyatımı necə idarə edəcəyimi öyrədir Mənbə.senet.az
568 Views