Ən yaxşı 10 dağ filmi

Ən yaxşı 10 dağ filmi

1. “Everest” – Sizə bu mövzuda dünyaca məşhur olan, ən ən möhtəşəm filmini deyirəm. 1996-cı ildə baş vermiş gerçək hadisələr əsasında çəkilib, filmə baxdıqca olanları yaşayırmış kimi hiss edəcəksiniz. Filmdə sevgi, dostluq, birlik, macəra, həyəcan və kədər var… Müxtəlif ölkələrdən gəlmiş, başqa-başqa hekayələri və zirvəyə çıxma məqsədləri olan alpinistlərin yaşadıqları sizləri də həyəcanlandıracaq. 2015-ci ildə çəkilmiş, IMDb balı 7.1 olan bu filmi mütləq izləyin. “Everest – Yer Kürəsinin ən təhlükəli yeri”. 2. “Alive” – Siyahıda olan növbəti film “Alive” adlanır. 13 oktyabr 1972-ci ildə And dağlarında qəzaya düşmüş təyyarənin içində sağ qalanların həyat mübarizəsi bu filmdə əks olunmuşdur. Onların 71 gün ərzində yaşadıqları çətinlikləri filmə baxarkən açıq-aydın hiss edə biləcəksiniz. Film haqqında daha çox yazıb spoiler vermək istəmirəm, bu mövzuda izləyə biləcəyiniz ən təsirli film olacaq. Film 1993-cü ildə çəkilmişdir, IMDb balı 7.1-dir. 3. “K2” – Bu film də “Everest” kimi real hadisələr əsasında çəkilmişdir. “K2” zirvəsi dünyanın ən hündür 2-ci zirvəsi sayılır (Everestdən sonra). İki ən yaxın dostun ortaq cəhəti olan dağçılıq onları dünyanın ən təhlükəli zirvəsi olan, K2-ə doğru aparır. Komandanın yaşadığı çətinliklər, həyat mübarizəsi filmə baxarkən sizi də təsirləndirəcək. Film 1991-ci il istehsalıdır, IMDb-də 6.2 balla qiymətləndirilmişdir. 4. “6 Below: Miracle on the Mountain” – Məqalənin başlığında sizə bildirdiyim bioqrafik filmlərdən biridir. Məşhur skiboard’çı Eric LeMARQUEnin həyatı əsasında çəkilmişdir. Narkotik vasitələr qəbul edən, ailəsi ilə yola getməyən, psixoloji vəziyyəti gərgin olan birinin dağlarda özü ilə baş-başa qalması sizə də nələrsə öyrədəcək. Bəzən ən pis hadisələr nəticə olaraq xoşbəxtlik gətirə bilir. Filmdə baş verənlər bunu sübut edir. Dağ macəraları mövzusunda çəkilmiş maraqlı və motivasiyaedici filmlərdəndir. Ümidi itirməməyi, həyatın hər an sizi dəyişə biləcəyini xatırladır. Yetər ki, siz mübarizə aparın ? 5. “The Mountain Between Us” – Bu film digərlərindən çox fərqlənir. Birincisi, gerçək hadisə ilə bağlı olduğu haqda məlumata rast gəlməmişəm. İkincisi, filmdə sevgiyə də rast gəlmək olur. Romantik dağ və macəra filmi desək daha doğru olar. Səfər edən iki yad şəxs helikopterdə qəzaya düşərkən bəxtləri gətirdiyindən sağ qala bilirlər, ancaq neqativ hal ondadır ki, qəza dağlarda baş verir və heç kəs onların harada olduğunu bilmir. İnsanlar çətinlikləri birlikdə aşanda xoşbəxtlik və sevgi yaranır… Film 2017-ci il istehsalıdır, IMDb-də balı 5.7 olaraq göstərilir. 6. “The Summit” – Dünya dağçılıq tarixinin ən ölümcül günləri haqqında çəkilmiş sənədli film. 2008-ci ilin 1 avqust tarixində zirvəni fəth etmək istəyən 11 dağçının ölümləri, digər dağçılar tərəfindən həmin gün çəkilmiş və sonradan əlavə edilmiş videolardan ibarətdir. IMDB balı 6.9-dur. 7. “127 Hours” – Film bir macərapərəstin kanyonda çıxılmaz vəziyyətdə qalması haqqındadır. 127 saat 127 əsr kimi gələ bilir bəzən, bu film onu isbat edir. Əli daşların arasında qalan dırmancın yaşam mübarizəsi sizi filmi sona qədər izləməyə vadar edəcək. 2010-cu ildə tamaşaçılara təqdim edilmişdir. Filmi izləyicilər IMDb-də 7.9 balla dəyərləndirmişdilər. 8)Cliffhanger- Bir Silvester klassiklerinden bu film eylenceli retro filmlerden biridir. O dönəmi yaşamaq isteyenler izleyə biləcəyi cərəzlik filmdir. 1993 yapımı olan bu film İMDB 6.4-dür 9)Frozen gerilim və azcada qorxu janırında olan efsanə filmlərdəndir . Amma narahat olmayın qorxu filmini sevməyənlər qorxacaq bir şey yoxdur bizim bu filmdə əcayib bədheybet yoxdur sadəcə vəhşi canavarlarımız var. Bu film 3 gencin şaxtadan qorunmaq üçün  sağ qalmağa çalışmasını göstərir. İmdb 6.2 film 2010 yapimi 10)How the Grinch Stole Christmas (2000)  filmi mənə gğrə çəkilmiş ən həqiqi yumor hissi ilə cəkilmiş ən yaxşı qış mənzərəsini yaşatmış filmdir Bir çoxları bu filmi qədimi film kimi görsədə indiki genclərmiz bu film tanimasada bilənlər bu filmin sehrini bilir. İmdb 6.1 Mənbə. bildirchin .az elavələr isə qoz.az
568 Views