Kişi stilində kobud səhvlər
Son moda tendensiyalarının dalınca getmək qadınlara yaraşar.Hər yeni çıxan geyim,aksessuarlarla oynamaq kişilərin bəxtinə yazılmayıb.Neyləyək,hamısı zəmanədəndir...
Çox rəng.Maksimum 3 rənglə kifayətlənin.Şalvar boz,köynək qırmızı,ayaqqabı qəhvəyi,palto da qonur olanda çox pis olar,əzizlərim.Çalışın alabəzək tutuquşuya dönməyin.
Çoxtəbəqəlilik.Bunu həm qocalar,həm gənc oğlanlar,həm də yekə kişilər edir.Az qalırlar şkafda nə varsa,hamısını geysinlər.Futbolka,köynək,sviter,jiletka,sonra da pencək.Hamısı da bir-birinin altından çıxır.Soyuqdursa,get isti kurtka al,daha niyə özünü pis göstərirsən?
Köhnə ayaqqabı.Əgər əşya öz ideal görünüşünü itiribsə,onu tullamaqdan çəkinmə.Çoxları köhnə,rahat,ayağa öyrəşmiş ayaqqabılarına elə öyrəşir ki,onları atmaq istəmir.
Aksessuarların yanlış seçimi.Ay kişilər,yadda saxlayın ki,qalstuk,zaponka,portfel,qayış(kəmər),saat bizim haqqımızda çox şeyi deyir,çalışın ona fikir verin.Yalnız bir aksessuar parlaq rəngdə(və ya kostyumun fonunda seçilə) ola bilər.Paltarda və aksessuarda müxtəlif şəkil və naxışların olması da yolverilməzdir.Özü də aksessuarlar lap çox olmamalıdır,yoxsa qaraçı baronuna oxşayarsınız.
Odekolonun çox iyi.Bəzən yaxşı ətir saçmaq istədiklərinə görə kişlər bütün flakonu üstlərinə əndərirlər.Guya ki,onda ətur çox qalır.Bununla həm paltarı xarab edir,həm də ətrafdakıları əsəbiləşdirirlər.
Şalvarın yanlış ölçüsü.Adam bəzən öz-özünə sual verir ki,kişilərin gözü var ya yox?Ya şalvarlar döşəməni süpürür,ya da dizə çatmır.Çalışın ki,gözgüdə özünüzə baxın.
Hündür bel.Bəzən də şalvarı yuxarı çəkir,göyün yeddinci qatına qoyurlar.Başa düşmürlər ki,onda klouna oxşayırlar.
Divaysları kəmərdə gəzdirmək.Kəmərə mobil telefon,kiçik çanta,pulqabı taxmaq ciddi adama yaraşmır.
Boyunun dibində papaq.Bir də görürsən papağı bərk-bərk boyunlarına dürtürlər və ya qulaqlar iri papaqdan kənara çıxır....
Uyuşmayanı uyuşdurmaq.Dəri kurtka+idman şalvarı,palto+krossovka.Yenə də nümunə görmək istəyirsinizsə,küçəyə çıxın,görəcəksiniz...
Sandaliya və nəleyinlərlə(şəp-şəp) corab geymək.Daha sözüm yoxdur:-):-)
Mənbə. kayzen.az