Platonik sevgi və ya Adel sindromu
Yəqin ki, siz də platonik sevgi yaşayan insanlarla qarşılaşmısınız və ya onlardan biri olmusunuz. Bu sevgi realda var olmayan, xəyalda qalan, həyata keçməyən sevgidir. Platonik sevgidə hər şey romantik və ruhi müstəvidə olur. Bu sevgi fiziki doyum üçün deyil, hisslərin doyumu üçündür.
Platonik sevgilər zamanla unudulur, bəzi hallarda isə bu xəstəliyə çevrilə bilir. Tibbdə platonik sevginin yaratdığı xəstəliyə Adel sindromu adlanır. Ancaq bu ad o qədər də məşhur deyil.
Psixoloqlar deyir ki, Adel sindromu yaşayanlar gecələr narahat yatır, sevdikləri insanı ən azı 2 dəfə yuxuda görürlər. Adel sindromlular telefonlara cavab vermir, məktubları cavabsız qoyur, zamanla onların əmək qabiliyyətləri də zəifləyir. Sindrom qurbanının hər kəlməsində sevdiyi insanın adı olur, hər yerdə onun haqqında danışır. “Məni sevir, belə sevgiyə cavabsız qalmaq olarmı?“ deyə düşünməyə başlayır. Sevdiyi insana aid olan hər şeyi saxlayır, mesajları, biletləri, aldığı hədiyyələri və onunla bağlı bütün xatirələri. Adel sindromlular sevgidə aktiv partnyor sayılırlar.
Xəstə sevgiyə o qədər qapılır ki, zamanla özünə diqqət etməyi unudur.
Adel sindromuna çirkin qadınların tutulmasını düşünmək yanlış fikirdir. Belə ki, seksuallıq və gözəllik simvolu sayılam Merlin Monro Robert Kennediyə dəlicəsinə aşiq olur. Onu əlində saxlamaq üçün Monro hər bir qalmaqala da hazır idi. O, hər zaman Kennedini təhdid edirdi ki, əgər onunla görüşməsə, o, mətbuat konfransı keçirərək, öz münasibətləri barədə danışacaq.
Xəstə özünü ələ almaq üçün bir neçə məsləhətimiz var, amma bunlar alınmadığı təqdirdə isə həkimə müraciət etməyinizdə fayda var.
Vaxtınızı elə idarə edin ki, sevgiliniz haqqında düşünməyə az zamanınız qalsın. İdmanla məşğul olun və ya meditasiya edin. Əgər siz yatağınıza uzanıb, tavana baxanda onun haqqında düşünürsünüzə, uzanmaq formasını dəyişin. Əgər siz pəncərə qarşısında durub ətrafa baxanda onu düşünürsünüzsə, pəncərəyə yaxın getməyin. Onu xatırladan insanlarla ünsiyyət qurmayın. Bir yerdə getdiyiniz və ya onun getdiyi kafeyə getməyin, sevgiyə aid mahnılara qulaq asmayın. Özünüzə bloknot alıb, onun pis vərdişlərini, qüsurlarını yazın.
Adel sindromu illər boyu sürə bilən bir xəstəlikdir. Bu sindromun əlamətləri, demək olar ki, 100 adamdan 90-da özünü müəyyən formalarda ortaya çıxarır. Sadəcə xəstəlik haqda məlumatlı olub, problemi həll etmək lazımdır.
Mənbə. bildirchin.az