BMT-nin Beynəlxalq Məhkəməsi
BMT-nin Beynəlxalq məhkəməsi – BM (The International Court of the UN) baş məhkəmə orqanıdır. Bununla da beynəlxalq məhkəmənin əsas fəaliyyət sferası müəyyən edilir. Bu orqan özünün çoxsaylı spesifik xüsusiyyətlərinə malikdir. Belə ki, digər beynəlxalq məhkəmələrdən fərqli olaraq məhkəmənin baxdığı tərəf ancaq dövlət sayılır. BMT-nin beynəlxalq məhkəməsinə müraciət fakültetiv – yəni könüllülük xarakteri daşıyır. Yəni mübahisəni ancaq onunla bağladığı razılaşmaya – güzəştə getmək əsasında göndərir.
Bir çox dövlətlər bir neçə beynəlxalq müqaviləyə görə bunu hüquqi məhkəmə kimi qəbul edir. Məhkəmə ona təqdim olunan mübahisələri beynəlxalq qaydalara uyğun olaraq həll etməlidir. Beynəlxalq bəyannamələri qəbul edərək sivilizasiyalı millətlər tərəfindən qəbul edilmiş beynəlxalq adətləri, ümumi prinsipləri, qaydaları və həmçinin köməkçi vasitələri, məhkəmə qərarlarını, müxtəlif millətlərin bu istiqamətdə hüquqlarını müdafiə edən yüksək ixtisaslı mütəxəssislərin siyasi baxışlarını nəzərə almaqla məsələni həll etməlidir.
Beynəlxalq məhkəmə beynəlxalq hüquq sahəsində qəbul edilmiş və hörmətə layiq hüquqşünas olan, yüksək mənəvi keyfiyyətlərə malik, vətəndaşlığından asılı olmayaraq seçilmiş 15 müstəqil məhkəmədən ibarətdir. Məhkəmə Baş Assambleya və Təhlükəsizlik Şurası tərəfindən yenidən seçilmək hüququna malik olmaqla 9 il müddətinə seçilir. Yerləşdiyi yer – Haaqadır (Niderland). Məhkəmə fəaliyyəti ilə yanaşı Beynəlxalq Məhkəmə hüquqi məsləhətlər də həyata keçirir.
Beynəlxalq Məhkəmə BMT sisteminin bir hissəsi olmaqla 1945-ci ildə yaradılmışdır. Məhkəmə daimi palatada Millət Cəmiyyətinin beynəlxalq ədalət məhkəməsini əvəz etmişdir.
Keçmiş Ümumdünya Məhkəməsi cəmiyyətin ən fəaliyyətdə olan institutlarından biri idi. Işlədiyi 18 ildə 32 ən ağır cinayətlərə dair hökm çıxarmış və 27 məsləhət rəyi vermişdir.
Heç bir ölkəni beynəlxalq məhkəmədə başqa tərəfi dinləməyə məcbur etmək olmaz, lakin məhkəməyə müraciət edən hər hansı bir ölkə Məhkəmənin qərarını qəbul etməyə hazır olmalıdır. Məcburetmə mexanizmi nəzərdə tutulmamışdır. Ayrı-ayrı vətəndaşlar onun hökuməti təqdim etdiyi hallarda müraciət edə bilər. Məhkəmə səs çoxluğu ilə qərar qəbul edir. Məhkəmənin səlahiyyətlərini Təhlükəsizlik Şurası təmin edir.
Beynəlxalq Məhkəmə işləri 4 müxtəlif tipdə aparılır:
1.Şərq-Qərb arasında münaqişə;
2.Müstəmləkə əleyhinə mübarizə;
3.Regional daxili mübahisə;
4.BMT hüquqi səlahiyyətlərini müdafiə etmək.
1980-cı illərdən başlayaraq Şimal-Cənub, bir qayda olaraq ABŞ ilə onun əleyhinə olan ölkələr arasında münaqişələr kimi yeni kateqoriyadan olan işlər baş vermişdir.
Ən kəskin münaqişə kommunist olan və olmayan ölkələr arasında münaqişə idi ki, bunun da istintaqı ilə Məhkəmə məşğul olur. Məhkəmə Albaniya ilə Böyük Britaniya arasında Korf körfəzi üzrə dinləmələri eşitdi. 1964-cü ildə iki Ingilis hərbi gəmisi Albaniyanın ərazi sularında Korf körfəzindən keçən zaman minaya düşmüş və 44 ingilis dənizçisi həlak olmuşdur. Iş hər iki tərəfi dinləmək əsasında Beynəlxalq məhkəməyə təqdim olunmuşdur. Böyük Britaniya təsdiq edirdi ki, Alban hökuməti minanın qoyulmasını bilməli idi. Əks halda Alban hökuməti minanın qoyulmasına özü əmr vermişdir və bunun üçün o cavabdehlik daşıyır. Albaniya isə Böyük Britaniyanın gəmilərinin onun suverenliyini pozduğunu bildirmişdir.
Məhkəmə 11 səsə qarşı 5 səslə məsələni Ingiltərənin xeyrinə həll edərək Albaniyanın 2,4 mln. dollar kompensasiya ödəməsi haqqında qərar qəbul etdi. Lakin Albaniya Məhkəmənin qərarını yerinə yetirməkdən imtina etdi və nə Məhkəmə, nə də Ingilis hökuməti onu məcbur edə bilmədilər.
Məhkəməyə müstəmləkə xarakterli yeganə məsələ Cənubi-Qərbi Afrikadan (indiki Namibiya) daxil olmuşdur ki, bu da keçmişdə Millətlər cəmiyyətinin tabeliyində olan ərazi idi. Məhkəmə 1950-ci ildə bu məsələni qaldırdı və Baş Assambleya həqiqətən həmin ərazinin Cənubi Afrikanın əsas hissəsi olmaqla idarə edilməsi haqqında məsləhət sorğu apardı.
Axırıncı – yəni Cənubi Afrikanın həqiqi ərazisi haqqında beynəlxalq nəzarətin hər hansı bir formasından tam imtina etdi. Məhkəmə bir səslə keçmiş Millətlər cəmiyyətinin ərazisinin idarə edilməsinin BMT-nin ixtiyarına verilməsini qəbul etmiş və Cənubi Afrikanın qeyd olunan ərazi haqqında beynəlxalq statusu dəyişməyə ixtiyarı yoxdur. 1962-ci ildə Həbəşistan və Liberiya Cənubi Afrikaya qarşı iddia qaldırmışdılar ki, bu da çox böyük olmayan üstünlüklə kənar edildi.
Belə halda Baş Assambleya Cənubi-Qərbi Afrikanın Cənubi Afrika Respublikasından ayrılıb Baş Assambleya tərəfindən idarə olunması hüququ haqqında Qətnamə qəbul etdi. Məhkəmə həmçinin xırda regionlarda daxili münaqişələrin, xüsusilə Qərb yarımkürəsində həll edilməsində də iştirak etdi.
Məhkəmənin ən vacib qərarlarından biri hüquqi və siyasi təşkilat olan BMT-ni gücləndirmək idi. 1947-ci ildə BMT-nin Fələstində vasitəçisi qraf Folke Bernadott sionist terrorçu qrup tərəfindən öldürülmüşdü. Onda BMT «ola bilməzmi beynəlxalq təşkilat ərazisində onun tapşırığı ilə hərəkət edən nümayəndəsinin onun ərazisində öldürülən dövləti məsuliyyətə cəlb edə bilərmi» sualı ilə Məhkəmədən məsləhətçi qərar tələb etdi. Məhkəmə müsbət qərar qəbul etdi. Bu qərapa əsasən BMT Israildən Bernadottun ölümü əvəzini və BMT-nin digər nümayəndələrinə dəymiş ziyanı ödəməyi tələb etdi. Israil hökuməti bu tələbi ödədi.
Beynəlxalq məhkəmə BMT-nin beynəlxalq maliyyələşdirilməsinin işlənib hazırlanmasında da az rol oynamamışdır. Beynəlxalq Məhkəmə Assambleyadan öz üzvlərinin qanuni əsaslandırılmış səlahiyyətlərini təsdiq etdi. 3/2 iki səs çoxluğu, bu və ya digər aksiyaların əleyhinə səs verən hər hansı bir dövlətin nümayəndəsi Katibliyin tərkibinə daxil olan zaman mütləq onun BMT-yə sadiq olmasına və hər hansı bir dövlətin marağını kənarda qoymamalıdır.
Katibliyin yerinə yetirdiyi vəzifələr Birləşmiş Millətlər Təşkilatının yerinə yetirdiyi vəzifələr kimi çoxsahəlidir. Bu vəzifələrə sülhməramlı əməliyyatlardan başlayaraq beynəlxalq mübahisələrdə vasitəçiliyə qədər, iqtisadi və sosial meyllər, insan hüquqları haqqında tədqiqatlar aparmaq və sabitlik problemləri haqqında əməliyyatlar və s. aiddir. Bundan başqa, Katibliyin əməkdaşları Birləşmiş Millətlər Təşkilatının işi haqqında dünya informasiya vasitələrini məlumatlandırır, istiqamətləndirir, dünya problemləri üzrə əhəmiyyətli beynəlxalq konfranslar təşkil edir və Birləşmiş Millətlər Təşkilatının qərarlarının yerinə yetirilməsinə nəzarət edir, çıxışların və sənədlərin Təşkilatın əsas dillərinə tərcüməsini həyata keçirir.
Mənbə. kayzen.az