Paket Çayların Bitkilərə Xeyri
İstifadə olunmuş çay paketlərini bir daha atmayacaqsınız
Adətən istifadə etdiyimiz paketləri çay dəmlədikdən sonra atırıq. Əslində, bu, böyük bir israfdır, çünki istifadə etdiyiniz çay paketlərinin bağınızda böyük fərq yarada bilər.
Çox müxtəlif növ fidan yetişdirmək həqiqətən çətin ola bilər. Bunun əsas səbəbi tinglərin çoxunun onlara nə qədər sevgi və qayğı göstərsəniz də, heç vaxt cücərməməsidir. Xoşbəxtlikdən, bağınızı bitkilər üçün əsl cənnətə çevirməyin çox asan yolunu tapdıq. Sadəcə işlənmiş çay paketini torpağa basdırmaq kifayətdir.Bağçanızdaki torpağa bir paket çay əlavə etməklə, onu əlavə qidalarla təmin etmiş olursunuz. Çay yarpaqlarında torpaq üçün təbii gübrə rolunu oynayan digər qida maddələri var. Çay torpaqda asanlıqla həll olunaraq çiçəklərin və bitkilərin böyüməsi üçün sağlam mühit təmin edir.İşlənmiş çay paketləri bitki və çiçəklərinizə zərər verici həşaratları yaxınlaşmasının qarşısını alır. Onların yaydıqları qoxu, qiymətli bitkilərinizi yeməyə çalışan zərərli parazitləri dəf edir. Bitkilərinizə əlavə edəcəyiniz üzvi gübrəyə çay paketi qoymaq da ağıllı bir fikirdir. Çayın tərkibindəki turşular gübrənin parçalanma prosesini sürətləndirəcək. Beləliklə, bağçanızda istifadə etdiyiniz üzvi gübrənin faydalarını çox daha erkən göstərməsini təmin edə bilərsiniz. Bu, həm sizi, həm də bağınızı çox sevindirəcək! İstifadə olunmuş çay paketlərini çiçəklərinizin və ya otlarınızın köklərinə yaxın yerə basdırın. Bunu etmək, bitki və çiçəklərinizin yerin altında daha çox su saxlamasına kömək edəcək. Bağınızda qətiliklə istəmədiyiniz bir şey varsa, o da alaq otlarıdır! Xoşbəxtlikdən, çay paketləri də bu problemin əla həllidir. İstifadə olunmuş çay paketini yerə basdırmaqla, sağlam bitki və çiçəklərinizin altında alaq otlarının böyüməsini çətinləşdirəcəksiniz.