Ət yeməklərindən istifadə etməklə bağlı fərqli fikirlər vər və bunlardan bəziləri ətin faydasını dəstəklərkən, bir qismi də bunun əlehinədir. Ancaq, bu fikirlə bağlı tək bir ortaq nöqtə var ki, bu da ətin düzgün şəkildə istifadə edilməsidir. Digər bir sözlə həm qırmızı ət (qoyun, mal) həm də toyuq ətinin özünəməxsus faydaları vardır və bunlardan gərəkdiyi kimi istifadə etmək başlıca şərtdir. Məsələn, diyetdə (pəhriz) olan biri üçün
qırmızı ət yerinə proteyinlə daha zəngin toyuq ətinin faydası daha yüksəkdir. Ətin tərkibinə gəldikdə isə, o A, C, D, E, B6, B12 vitaminləri ilə zəngindir. Ətlə qidalanmaq eyni zamanda sizin orqanizminizi kalsiyum, dəmirlə də zəndinləşdirəcəkdir. Sümüklər, beyin funksiyası, qanın təmizlənməsi baxımından da faydalı olan ətin ölkələrə görə sıralaması aşağıdakı kimidir. Bu statistik məlumatda İngiltərənin Telegraph qazetinin araşdırma nəticəsi yer almışdır və kiloqramla göstərilmiş ət miqdarı il ərzində adambaşına istehlak edilmiş ət kiloqramını ifadə edir.
Sıralamadakı son sırada yer alan Banqladeş eyni zamanda dünyanın ən çox tərəvəz istehlak edən ölkəsidir.
Sıralama |
Ölkə |
Ət Kq |
89 |
Bangladeş |
4 |
88 |
Hindistan |
4.4 |
87 |
Sri Lanka |
6.3 |
86 |
Mozambik |
7.8 |
85 |
Qambiya |
8.1 |
84 |
Efiopiya |
8.5 |
83 |
Nigeriya |
8.8 |
82 |
Tanzaniya |
9.6 |
81 |
Nepal |
9.9 |
80 |
İndoneziya |
11.6 |
73 |
Pakistan |
14.7 |
72 |
Takicstan |
14.7 |
63 |
Suriya |
22.8 |
61 |
Türkiyə |
25.3 |
60 |
Gürcüstan |
25.5 |
57 |
Misir |
25.6 |
53 |
Özbəkistan |
28.4 |
50 |
Azərbaycan |
32 |
44 |
İran |
36.3 |
39 |
Yaponiya |
45.9 |
36 |
Ukraniya |
48.5 |
29 |
Səudiyə Ərəbistanı |
54.4 |
28 |
Çin |
58.2 |
26 |
Rusya |
62.9 |
24 |
Norveç |
66 |
22 |
Yunanıstan |
74.8 |
19 |
İsveç |
80.2 |
18 |
İngiltərə |
84.2 |
16 |
Hollandiya |
85.5 |
14 |
Fransa |
86.7 |
13 |
Almaniya |
88.1 |
12 |
İtaliya |
90.7 |
10 |
Kanada |
94.3 |
6 |
Yeni Zellandiya |
106.4 |
5 |
Luksemburq |
107.9 |
4 |
Baham Adaları |
109.5 |
3 |
Avstraliya |
111.5 |
2 |
Küveyt |
119.2 |
1 |
ABŞ |
120.2 |
Tablodan da göründüyü kimi həyat şəraitinin yaxşı olduğu ölkələrdə eyni zamanda ət yeməklərindən istifadə etmə vərdişi də digərlərinə nisbətdə yüksəkdir. Tabloda diqqəti çəkən ölkələrdən biri də Hindistandır. Çünki, Hindistanın bəzi bölgələri yetərli qədər inkişaf etsə də, ət istehlakına görə bu sıralamada axırdan ikinci yerdə mövqe tutmuşdur. Bunun başlıca səbəbi isə, ölkədə dini inancdan və inəklərin müqəddəs sayılmasından dolayı Hindistan əhalisinin bir hissəsi bu ətdən istifadə etməməsidir. Azərbaycanın sıralamada tutduğu mövqe isə orta göstəricidir.
Qaynaq: Telegraph news və bilgibazarı.com