Hər fürsətdə kitab oxuyanların fotoları

Hər fürsətdə kitab oxuyanların fotoları

Fotonun müəllifi STEVE MCCURRY 

Chiang Mai, Tailand, 2010

Dünya üzrə tanınmış fotoqraf Steve McCurry-nin 30 ölkədən mütaliə edən insan fotoları, bir kitabda toplanıb. Bu şəkillər, kitabın gücünü bir daha sübut edir.

Myanmar, 1994

Steve McCurry: Oxumaq adı altında dərc olunan və dünyanın bir çox ölkəsindən mütaliə edən insan fotolarının daxil olduğu kitabın ön sözünü yazan Paul Theroux, "Mütaliəçilər, nə yalnızdırlar, nə də darıxarlar: çünki, oxumaq aydınladan bir sığınacaqdır" deyir. Theroux oxuyan insanın üzündə hər zaman bir nur görünə bildiyini söyləyir. Roma, İtaliya, 1984 Həqiqətən də, bu nuru, istər İtaliyada bir muzeydəki qadının, istərsə də Kabildəki bir küçə satıcısının kitab üçün əydiyi başında əks olunduğunu hər fotoda görmək mümkündür. Mumbay, Hindistan, 1996 40 ildir şəkil çəkən Magnum fotoqrafı McCurry, bu müddət ərzində kitab oxuyan insanların fotolarını lentə alıb. McCurry, bir macar fotoqrafından ilham alıb. Umbria, İtaliya, 2012 "Əfsanəvi fotoqraf Andre Kertesz-i 30 yaşlarımda New Yorka köçdükdən sonra tanımışam," McCurry kitabında deyir. "Onun ən maraqlı işlərindən biri də, oxuyan insan fotolarıdır. 50 illik bir zaman kəsiyi içində çəkilən və 1971-ci ildə çap olunan Oxumaq Haqqında adlı kitabda dərc olunan fotolar." McCurry yeni kitabını, "Kertesz-in qabiliyyətinə, təsirinə və zəkasına hörməti" olaraq təqdim edir. Küveyt, 1993 McCurry fotoları çəkərkən mütaliə edən bu insanlar, kitaba dalan və çəkilişdən xəbərləri olmayanlardır. Məşhur isveçrəli şair, yazıçı və rəssam Hermann Hesse, 1920-ci ildə yazdığı "Kitab Oxumaq Haqqında" məqaləsində oxuma anını belə izah etmişdi: Kəşmir, 1998 "Həyat gücümüz və əlaqə qurma bacarığımız ən yüksək nöqtəyə vardığı andan, kağız üzərindəki yazıları oxumuruq, oxuduqlarımızdan bizə çatan ilham və impuls axınında üzürük." Brain Pickings bloqunda Marina Popova isə, kitabın və oxumanın fərqli insanlar üzrə, mənasını izah edir. Şri Lanka, 1995
  • Franz Kafka: daxilimizdəki buz dənizini parçalayan balta
  • Carl Sagan: insanların sehr bacarığının sübutu
  • James Baldwin: taleyimizi dəyişdirməyin yolu
  • Neil Gaiman: ən dərin insani həqiqətlər vasitəsi
  • Polşalı Nobel mükafatçı şair Wislawa Szymborska: azadlığın çata biləcəyi ən üst mərtəbə
  • Galileo: insandan ötə gücə sahib olmanın yolu
Suri Tayfası, Omo Vadisi, Efiopiya, 2013 Hermann Hesse "Kitabın Möcüzəsi" əsərində belə yazır: "İnsanın təbiətdən hədiyyə olaraq almadığı, öz zehni ilə yaratdığı bir çox dünya arasında, kitabların dünyası ən üstünüdür. Sözlər olmasa, kitablar yazılmasa, nə tarix olar, nə də insanlıq anlayışı. Əgər adam kiçik bir yerə, bir evə və ya bir otağa insan ruhunun tarixini sığdırıb, onu özündən asılı etmək istəyirsə, bunu ancaq kitablar vasitəsilə edə bilər." Gabinete Portugues de Leitura, Rio de Janeiro, Braziliya, 2014 McCurry-nin kitabının ön söz müəllifi Theroux, kitabın sehrini bu sözlərlə ifadə edir: "Bədii əsər oxumanın ən böyük cazibələrindən biri, oxuyanın kitabdakı obrazların iç dünyasını öz ailə üzvləri və bacı-qardaşlarınınkından daha yaxşı tanımasındadır. Mütaliənin yorğunluğunu, oxumayan bir insana izah etmək olmaz; bədii obrazların insana həqiqi görünməsi, nümunə, tragik, komik və əlçatan olması bundandır ... Yaxşı kitablar, insanı ovsunlayır, onu bəzən nümunəvi dünyalara, bəzən də Orwel-in 1984-ü kimi, anti-utopiyaya aparır."
Kabil, Əfqanıstan, 2002
Theroux-a görə, McCurry-nin fotoları "bu yazılanların vizual sübutudur. Oxuyanın özünü unutmuş vəziyyəti, aydınlanmış baxışları, yalnızlıq qavrayışı, rahat duruşu və zövqü kəşf etmə duyğusu". MKS Polad, Serbiya, Yuqoslaviya, 1989 Bu şəkillər həm də, dünyanın hər yerində bir çox insanın kitabı smartphone-dan üstün tutduğunu xatırladır. Hesse, hələ 1930-cu ildə deyirdi ki, "Kitabın gələcəkdə aradan çıxacağından qorxmamalıyıq. Əksinə, başqa icadlarla əyləncə və təhsil ehtiyacı daha çox qarşılandıqda da, kitab daha çox etibar və üstünlük qazanacaq. Kitab və yazının ölümsüz bir funksiyaya malik olduğu qəbul ediləcək." Küveyt, 1991 "İnsanlıq tarixinin mövcudluğu və öz şüuru ilə davam edə bilməsi, ancaq bu yolla mümkündür." Tokio, Yaponiya, 2008
  • Bu məqalənin orijinalını ingilis dilində BBC Culture səhfəsində oxuya bilərsiniz.
  • Mənbə. bbc.com istinadən
568 Views