Mahatma Gandhi həyatı ( Video film)

Mahatma Gandhi həyatı ( Video film)

Mohandas Karamçand "Mahatma" Qandi.  Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideridir. Gerçəklik və pisliyə qarşı, amma özündə şiddət ehtiva etməyən müqavimətlə bağlı olan Satyaqraxa fəlsəfəsinin qabaqcıl nümayəndələrindəndir. Bu fəlsəfə Hindistanı azadlığa çıxartmış, Dünya üzrə vətəndaş haqq və azadlıqları müdafiəçilərinə ilham qaynağı olmuşdur. Qandi Dünyada ona Rabindranat Taqor tərəfindən verilən və "Ulu ruh" mənasını daşıyan "Mahatma" və ata mənasını daşıyan "Bapu" adları ilə də tanınır. Hindistanda rəsmi şəkildə "Xalqın atası" elan edilmişdir. Qandinin doğum günü olan 2 oktyabr Hindistanda "Qandi Cayanti" adı ilə milli tətil günü kimi qeyd olunur. 15 iyun 2007-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi yekdilliklə 2 oktyabrı "Ümumdünya şiddətə yox günü" olaraq elan etmişdir. Qandi əvvəlcə Cənubi Afrikada Hind toplumunun vətəndaşlıq haqları uğrunda sülhsevər etiraz həyata keçirmişdi. Afrikadan Hindistana geri qayıtdıqdan sonra yoxsul əkinçi və işçiləri ağır vergi siyasəti və ayrıseçkiliyə qarşı təşkilatlandırdı. Hindistan Milli Konqresininliderliyini öz üzərinə götürərək yoxsulluğun azaldılması, qadın azadlıqları, müxtəlif din və etnik qruplar arasında qardaşlıq, kasta və toxunulmazlıq ayrıseçkiliyinə son qoymaq, ölkənin özünü iqtisadi baxımdan təmin etməsi və ən önəmlisi olan Svarac, yəni Hindistanın müstəmləkə vəziyyətindən qurtulması istiqamətində ölkə miqyasında təbliğat həyata keçirdi. Qandi Böyük Britaniyanın Hindistandan aldığı duz vergisinə qarşı 1930-cu ildə həyata keçirdiyi 400 kilometrlik "Duz yürüşü" ilə ölkəsinin Böyük Britaniyaya qarşı çıxmasına rəhbərlik etmişdir. 1942-ci ildə açıq şəkildə Böyük Britaniyanın ölkəni tərk etməsini istədi. Həm Cənubi Afrika, həm də Hindistanda bir neçə dəfə həbs edildi. Qandi hər vəziyyətdə pasifizm və realizmi müdafiə edərək bu düşüncələrini həyata keçirdi. Özünə yetərli olacaq bir aşram quraraq sadə bir həyat keçirdi. Yunəyirənlə toxunan ənənəvi dhoti və örtük kimi paltarlarını özü hazırlamışdı. Əvvəlcə vegetarian olsa da, sonradan ancaq meyvə ilə qidalanmağa başladı. Həm mənəvi təmizlik, həm də etiraz etmək məqsədi ilə bəzən bir aydan da çox davam edən oruclar tutdu. Mohandas Karamçand Qandi tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Mahatma Gandhini  fəlsəfəsi isə dünyanı dəyişməyə qadirdir və fəlsəfəsinə görə 8 yolu mövcudur: 1.  «Dünyanı dəyişmək istəyirsənsə, özün o dəyişiklik ol». 2. «Mənim icazəm olmadan, mənə heç kəs zərər verə bilməz».
3. «Zəif olan heç vaxt əfv etmir. Əfv – güc əlamətidir».
4. «Qana qan prinsipi dünyanı kor edə bilər». 5. «Öz təcrübəmizin bir qramı özgəsinin tonlarla nəsihətindən daha dəyərlidir». 6. «Hikmətindən əmin olmaq – hikmətdir. Ancaq unutmamalıyıq ki, ən güclü kəs belə zəiflik göstərə bilər, ən hikmətli kəs belə səhv edə bilər». 7. «Əvvəl sizi görmürlər, sonra sizə gülürlər, daha sonra sizinlə mübarizə aparırlar, daha sonra isə siz qalib olursunuz». 8. «Xoşbəxtlik düşüncənizin, sözlərinizin və hərəkətlərinizin ahəngdə olmasıdır» Mohandas Karamçand Qandi 2 oktyabr 1869-cu ildə Porbandarda, bir hindli modh ailəsinin övladı olaraq anadan olmuşdur. Atası Karamçand Qandi Porbandarın divanı, yəni baş vəziri idi. Anası Putlibaysa atasının dördüncü həyat yoldaşı və Pranami Vaişnava məzhəbindən olan bir hindli idi.  Karamçandın ilk iki həyat yoldaşı da bir qız övladı dünyaya gətirdikdən sonra bilinməyən səbəbdən ölmüşdülər. Dindar olan anasının yanında keçirdiyi uşaqlıq illərində Qucaratdakı Caynizmin də təsiri ilə Qandi canlılara zərər verməmək, ətyeməzlik, mənəvi təmizlik üçün oruc tutmaq, müxtəlif dini inanc və kastalardan olanlar arasında qarşılıqlı tolerantlıq kimi vərdişlərə yiyələnmişdir. Anadan olanda vaişya, yəni işləyənlər kastasına mənsubdu. Qandi 1883-cü ilin mayında 13 yaşında olarkən ailəsinin istəyi ilə 13 yaşındakı Kasturba Makhanci ilə evləndi. İlk uşaqları körpə olarkən öldü. Ümumilikdə cütlüyün 5 övladı olmuşdur. 1888-ci ildə Hariral, 1892-ci ildə Manilal, 1897-ci ildə Ramdas və 1900-cü ildə Devdas anadan olmuşdu. Qandi gənclik illərində Porbandar və Rackotda orta səviyyəli bir şagirddi. Bhavnaqarda yerləşən Samaldas Kollecinin qəbul imtahanından çətinliklə keçə bilmişdi. Ailəsi onun vəkil olmasını istədiyi üçün kollecdə də xoşbəxt deyildi.
Qandi və həyat yoldaşı Kasturba. (1902).
4 sentyabr 1888-ci ildə, 18 yaşında olarkən Qandi vəkil olmaq üçün London Universitet Kollecinə qəbul oldu. Londonda yaşadığı müddət ərzində ət, spirtli içki və cinsi əlaqədən uzaq durmaq kimi hindli qanunlarına əməl edəcəyi ilə bağlı Caynizm din xadimi olan Becharjinin qarşısında anasına verdiyi sözün təsirində qalmışdı. Bir müddət rəqs dərslərinə gedib ingilisadətlərini yoxlamağa çalışsa da, ev sahibinin qoyun ətindən hazırladığı yeməkləri yemirdi. Qandi ev sahibinin ona göstərdiyi, Londondayerləşən bir neçə vegetarian restoranında yemək yeyirdi. Qandi yalnız anasının istəyi ilə kor-koranə şəkildə bu cür qidalanmaq yerinə, ətyeməzlik haqqında yazılar oxuyaraq bu fəlsəfəni intellektual səviyyədə də mənimsəmişdir. O, Ətyeməzlər dərnəyinə üzv oldu və bu dərnəyin idarə heyətinə seçilib bir şöbəsini qurdu.  Qandi daha sonralar təşkilatlandırma bacarıqlarını bu dərnəkdəki işlərində öyrəndiyini demişdi. Onun qarşılaşdığı ətyeməzlərin bəziləri dünyada qardaşlığı bərqərar etmək üçün 1875-ci ildə qurulan Teosofiya cəmiyyətinin üzvü idi. Bu cəmiyyətin üzvləri özlərini Hinduizm və Buddizmlə bağlı olan əsərlərin araşdırılmasına həsr etmişdi. Onlar Qandini Bxaqavad Qitanı  oxumasına təşviq etdilər. Əvvəllər dini mövzulara xüsusi bir maraq göstərməmiş olan Qandi Hinduizm, Xristianlıq, Buddizm, İslam və digər dinlərin dini kitabları ilə bu kitablar haqqında yazılan əsərləri oxudu. İngiltərə və Uelsin vəkillər palatasına getdikdən sonra Hindistana qayıtdı, amma Mumbayda vəkillik edərkən o qədər də uğur qazana bilmədi.  Sonra liseydə müəllim işləmək üçün müraciət etsə də, burada da uğur qazana bilməyib Rackota geri döndü və bir növ notarius fəaliyyəti olan pul qarşılığında məktub, ərizə və s. yazmağa başladı. Britaniyalı bir zabitlə aralarında anlaşmazlıq yarandığından bu işini də davam etdirə bilmədi. Avtobioqrafiyasında bu hadisəni böyük qardaşının xeyrinə həyata keçirdiyi uğursuz bir lobbiçilik fəaliyyəti kimi qeyd etmişdi. Bu vəziyyətdə olarkən 1893-cü ildə Böyük Britaniyanın tərkib hissəsi olan Cənubi Afrikanın Natal əyalətində yerləşən bir Hindistan firmasının təklif etdiyi bir illik işi qəbul etdi.  1895-ci ildə Qandi Londona döndükdən sonra radikal düşüncələrə sahib olan Müstəmləkələr naziri Cozef Çembırleynlə tanış oldu. Sonralar bu nazirin oğlu olan Nevil Çembırleyn Baş nazir olmuş və 1930-cu illərdə Qandinin fəaliyyətlərini dayandırmağa çalışmışdı. Cozef Çembırleyn hindlilərə pis yanaşdığını qəbul etsə də, bu vəziyyəti düzəldəcək hər hansı bir qanun dəyişikliyinə meyil göstərmədi.

Cənubi Afrikada vətəndaş haqları hərəkatı (1893–1914)

Qandi Cənubi Afrikada hindlilərə tətbiq olunan ayrıseçkiliyə məruz qaldı. Əvvəlcə birinci dərəcəli biletə sahib olmasına baxmayaraq üçüncü dərəcəli yerə keçməyi qəbul etmədiyinə görə Pitermariçburqda qatardan qovuldu. Sonra yoluna at arabasında davam edərkən avropalı bir sərnişinə yer vermək üçün arabanın çölündəki pilləkəndə yoluna davam etməyi qəbul etmədiyi üçün sürücü tərəfindən döyüldü.Bu yolda müxtəlif hotellərə qəbul olunmamaq kimi çətinliklərlə qarşılaşdı. Buna oxşar hadisələrdən birində Durban məhkəməsi hakiminin Qandiyə sarığını çıxarmasını əmr etməsinə baxmayaraq bunu qəbul etmədi.Qarşılaşdığı sosial haqsızlıqlar onun həyatında bir dönüş nöqtəsi olmuş və daha sonrakı sosial etirazlarının əsasını təşkil etmişdir. Cənubi Afrikada hindlilərin qarşılaşdığı irqçilik, mənfi rəy, haqsızlıqlara şəxsən şahid olmuş və xalqının Böyük Britaniya içindəki yeri ilə özünün bu toplum içindəki yerini sorğulamağa başlamışdır. Qandi hindlilərin səs vermək haqqının qarşısını alan bir qanuna onların qarşı çıxmasına kömək etmək üçün burada qalmaq müddətini artırdı. Qanunun qüvvəyə minməsinin qarşısını ala bilməsə də, təbliğatı Cənubi Afrikada hindlilərin qarşılaşdığı problemlərə diqqət çəkmək baxımından uğurlu olmuşdu. 1894-cü ildə Natal Hind Konqresini qurdu və bu təşkilatdan istifadə edərək Cənubi Afrikada olan hindliləri ortaq bir siyasi gücün ətrafında toplaya bildi. 1897-ci ilin yanvar ayında Hindistandakı qısa müddətlik gəzintisindən sonra Cənubi Afrikaya qayıdan Qandiyə hücum edən bir qrup avropalı onu döymək istədi. Sonrakı təbliğatlarını formalaşdıracaq şəxsi keyfiyyətlərinin ilk təzahürlərindən biri olan bu hadisə ona edilən yanlışları şikayət etməmək idealını qazanmasına səbəb olmuşdu. Qandi ona hücum edənləri məhkəməyə şikayət etməkdən imtina etdi. 1906-cı ildə Transvaal hökuməti müstəmləkənin hindli əhalisini zorla qeydiyyata daxil etməyi lazım bilən bir qanun qəbul etdi. Qandi həmin ilin 11 sentyabrında Yohannesburqda həyata keçirilən bir mitinqdə hələ tam formalaşmayan Satyaqraxa ya da passiv etirazı ilk dəfə tətbiq etdi və hindli tərəfdaşlarına şiddət yerinə yeni qanuna qarşı çıxıb bunun nəticələrini qəbul etmələri istiqamətində bir çağırış etdi. Bu təklif qəbul olundu və yeddi il davam edən tətil etmək, qeydiyyatdan keçməkdən imtina etmək, qeydiyyat vərəqələrini yandırmaq kimi müxtəlif özündə şiddət ehtiva etməyən etirazlar səbəbindən aralarında Qandi də olmaqla minlərlə hindli tutuldu, qamçılandı hətta öldürüldü. Hökumət hindli etirazçıların qarşısını almağı bacarsa da, sülhsevər etirazçılara tətbiq olunan sərt metodlar toplumda etirazla qarşılandı. Bunun nəticəsində Cənubi Afrikalı general Jan Xristian Smuts Qandi ilə razılaşmağa məcbur olmuşdu. Bu mübarizə zamanı Qandinin düşüncələri formalaşdı və Satyaqraxa inkişaf etdi.

Zulu döyüşündəki rolu

1906-cı ildə britaniyalılar yeni bir vergi də tətbiq etdikdən sonra Cənubi Afrikada yaşayan zulular iki Böyük Britaniya zabitini öldürdü. Buna cavab olaraq Böyük Britaniya zululara müharibə elan etdi. Qandi britaniyalıların hindliləri də əsgərliyə qəbul etməsinə cəhd göstərdi. Qandi hindlilərin tam vətəndaş haqlarının qəbul olunması üçün müharibəyə dəstək olmalı olduqları düşüncəsini müdafiə etdi, amma britaniyalılar hindlilərə orduda rütbə verməkdən imtina etdi. Buna baxmayaraq Qandinin təklifini qəbul edən britaniyalılar bir qrup könüllü hindlinin xərək daşıyaraq yaralı əsgərləri sağaltmalarına icazə verdi. 21 iyul 1906-cı ildə Qandi əsasını qoymuş olduğu "Hindlilərin rəyi" (ing. Indian Opinion) qəzetində "Natal hökuməti tərəfindən yerlilərə qarşı həyata keçirilən əməliyyatlarda istifadə olunması üçün sınaq məqsədi ilə qurulan birlik 23 hindlidən ibarətdir" şəklində yazı yazmışdır. Qandi bu qəzetdə yazmış olduğu digər yazılarında da hindliləri müharibəyə qatılmağa təşviq edirdi. O, yazırdı: "Əgər hökumət necə bir ehtiyat qüvvənin boşa getdiyini başa düşsə, bundan yararlanmaq istəyəcək və hindliləri gerçək döyüş metodları ilə tam bir hazırlığa cəlb edəcək". Qandinin yanaşmasına görə 1906-cı ildə Hərbiyə qəbul etmə idarəsi hindliləri yerlilərdən daha aşağı səviyyəli görürdü. Qandi hindlilərə qaraları örnək göstərərək onları idarəçiliyə qarşı Satyaqraxaya uyğun olaraq etiraz etməyə çağırırdı. Qandi öz düşüncələrini belə deyirdi: "Bizdən daha az inkişaf etmiş qarışıq kastalar və kafirlər belə hökumətə qarşı çıxır. Paso qanunu onlara tətbiq olunsa da, heç biri paso almır"

Hindistanın Azadlıq Mübarizəsi (1916–1945)

1915-ci ildə Qandi Cənubi Afrikadan Hindistana qayıtdı. Hindistan Milli Konqresinin yığıncaqlarında çıxışlar etdi. Qandi Konqres partiyasının önəmli liderlərindən olan Qopal Krişna Qokhale tərəfindən hindlilər, siyasət və digər problemlər haqqında maraqlanmağa təşviq edildi.

Çamparan və Kxeda

Qandi ilk önəmli uğurlarını 1918-ci ildə Çamparan qarışıqlığı və Kxeda Satyaqraxası dövründə qazanmışdır. Çoxu britaniyalı olan torpaq sahiblərinin qüvvələrinin təzyiqi altında yaşayan kəndlilər həddindən artıq yoxsulluq içində idi. Kəndlər çirkab içində idi. Alkoqolizm, kasta sistemi səbəbi ilə həyata keçirilən ayrıseçkilik və qadınlara qarşı tətbiq olunan ayrıseçkilik geniş yayılmışdı. Qıtlıq olmasına baxmayaraq Böyük Britaniyagetdikcə artan yeni vergilər tətbiq etməkdə maraqlı idi. Qucaratın Kxeda bölgəsində də vəziyyət eyni cürdü. Qandi onu uzun müddətdir ki, dəstəkləyənlərə və bölgədən olan yeni könüllülərə burada yeni aşram qurdu. Ağır həyat şəraiti, çəkilən ağrılar və tətbiq olunan şiddət kəndlərin davamlı olaraq araşdırılması ilə qeydə alındı. Qandi kəndlilərin etibarını qazanaraq kəndlərin təmizlənməsinə, məktəblər və xəstəxanaların qurulmasına öncüllük etdi. Kənd başçılarını qeyd olunan problemləri həll etmək üçün cəsarətləndirdi. Polisin Qandini qarışıqlıq çıxartması səbəbi ilə tutub vilayəti tərk etməsini tələb etməsi ciddi əks səda yaratdı. Yüz minlərlə insan həbsxana, polis bölməsi və məhkəmələrin önünə axışaraq Qandinin azad olunması üçün aksiya keçirdilər. Məhkəmə istəksiz olsa da, Qandini buraxmağa məcbur oldu. Qandi torpaq sahiblərinə qarşı etiraz və tətillər təşkil etdi. Böyük Britaniya hökumətinin istiqamətləndirməsi ilə torpaq sahibləri bölgənin yoxsul kəndlilərinə daha çox kömək etməyə, qıtlıq bitənə qədər vergilərin ləğv olunmasına dair müqavilə bağladılar. Qandiyə bu qarışıqlıqlardan sonra Bapu və Mahatma deyilməyə başlandı. Kxedada Sərdar Patel britaniyalılarla aparılan danışıqlarda kəndliləri təmsil etdi. Bu danışıqlardan sonra vergilər təxirə salındı və tutulanlar buraxıldı. Nəticədə Qandinin şöhrəti bütün ölkəyə yayıldı

Xilafət hərəkatı

1919-cu ildə Qandi konqressdə olan öz zəif mövqeyi ilə müsəlmanların etdiyi etirazı artıraraq öz siyasi bazasını genişləndirmək qərarına gəlir. İmkan isə həmin dövrdə Xilafət və onun lideri olan xəlifənin devrilməsi, müsəlmanların dünyəvi etirazı zamanı ələ düşür. Müsəlmanların müqəddəs yerlərin təhlükəsizliyini təmin edən və dini prestiji baxımından qorxulan Osmanlı imperiyası Birinci Dünya Müharibəsində uduzmuş və regiondan çıxarılmışdı. Baxmayaraq ki, Qandi Hindistan Müsəlmanlar Birliyinin konfransında öz sözünü deyə bilməmişdi, tezliklə o bunu bərpa etdi və Hindistanda yaşayan müsəlmanlar üçün müsəlmanlara dəstək mərkəzi yaratdı. Artıq Qandi müsəlmanlarla həmrəy idi və hətta Bur və Zulu müharibələrində göstərdiyi şücaətə görə Britaniya hökuməti tərəfindən medalla da mükafatlandırılmışdı. Lakin Qandi bilirdi ki, Böyük Britaniya hökumətinin müsəlmanlarlabağlı rəyi heç də onun rəyi ilə üst-üstə düşmür. O, çoxmədəniyyətliliyi, biliyi ilə konqres çərçivəsində müsəlmanlara təsir etmək imkanında olduğuna görə hakimiyyətə kömək olmuşdur və onun bu uğuru Qandini Hindistanın ilk milli lideri etmişdir. 1920-ci ildə Qandi konqresin ən görkəmli və böyük lideri idi. Artıq 1922-ci ildə Xilafət çökmüşdü. Qandi həmişə müsəlmanları və hindliləri bir-birinə qarşı qoyan və böyük iğtişaşlara səbəb olan kommunalizmə qarşı mübarizə aparmışdır. Lakin bütün bu səylərə baxmayaraq 1922-ci ildə kommunalizm yenidən və daha da güclü şəkildə dirçəlməyə başladı. Təkcə Uttar Pradeş də daxil olmaqla 91 şəhərdə ölümcül iğtişaşlar baş vermişdir. Bu dövrdə rəhbərlikdə və konqres nümayəndələri arasında müsəlmanlar 1921-ci ildə 11% idilərsə, artıq 1923-cü ildə 4%-ə qədər azalmışdı

Əməkdaşlıq etməmək

Əməkdaşlıq etməmək və özündə şiddət ehtiva etməyən etiraz Qandinin haqsızlığa qarşı "silahları" idi. Pəncabda Böyük Britaniya birliklərinin silahsız vətəndaşları öldürdüyü Amritsar qırğını ölkədə getdikcə artan etirazlara və şiddət hadisələrinə səbəb oldu. Qandi həm britaniyalıları, həm də onlara şiddətlə qarşılıq verən hindliləri tənqid etdi. Britaniyalı silahsız qurbanlara da başsağlığı diləyən və üsyanları qınayan bir yazı yazdı. Partiya daxilində qarşı çıxılsa da, Qandinin hər cür şiddətə qarşı çıxılmasının gərəkli olduğunu bildirən çıxışından sonra onun təklifi qəbul olundu Buna baxmayaraq qırğından və şiddətdən sonra Qandi özünü idarə etmə və bütün Hindistan hökumət quruluşlarının idarəsini ələ keçirmə düşüncəsi istiqamətində diqqətini artırdı. Nəticədə tam şəxsi, mənəvi və siyasi azadlıq mənasına gələn Svarac formalaşdı. 1921-ci ilin dekabr ayında Qandi Hindistan Milli Konqresində icra edici səlahiyyətlərə sahib oldu. Onun liderliyində Konqres məqsədi Svarac olan yeni bir konstitusiya əsasında yenidən təşkilatlandı. Üzvlük haqqı ödəyən hər kəsin partiyaya qəbul olunmasına başlandı. İntizamı artırmaq üçün bir sıra komitələr qurularaq partiya elitar bir qurumdan xalq kütlələrinin marağını çəkən bir quruma çevrildi. Qandi özündə şiddət ehtiva etməyən etirazlarının içinə Svadeşi idealını da əlavə etdi. Svadeşi yad malların, xüsusən də Böyük Britaniyamallarının boykot olunması anlayışına deyilirdi. Buna əsaslanaraq Qandi bütün hindlilərin Böyük Britaniya malı olan parçalar yerinə əllə toxunmuş kxadi parçalarını istifadə etməli olduğu düşüncəsini müdafiə etdi. Qandi sosial dərəcə fərqi qoymadan bütün hindli kişi və qadınlara kxadi parçası toxumağı məsləhət gördü. Bu istəksizləri hərəkatdan kənarlaşdırmaq və intizam qurmaq, eyni zamanda o vaxta qədər belə etirazlara qoşulmağı uyğun görülməyən qadınları da hərəkata cəlb etmək üçün atılmış bir addımdı. Böyük Britaniyamallarından başqa, Qandi xalqı Böyük Britaniya təhsil sistemi və məhkəmələrini boykot etməyə, hökumət işlərindən istefa etməyə və bu ölkənin verdiyi titulları daşımamağa çağırdı. Əməkdaşlıq etməmək hərəkatı hindlilərin hər təbəqəsindən çox geniş bir iştirakçı kütləsi topladığından böyük uğur əldə etdi. Buna baxmayaraq hərəkat özünün zirvəsinə çatanda, 1922-ci ilin fevral ayında Uttar Pradeşin Çauri Çaura şəhərində baş verən şiddətli toqquşmadan sonra başa çatdı. Hərəkatın şiddətə doğru istiqamətlənməsindən və bunun bütün edilənləri heçə endirməsindən narahat olan Qandi milli itaətsizlik hərəkatına son qoydu. 10 mart 1922-ci ildə Qandi insanları üsyana təşviq etməyi əsas göstərilərək tutuldu və məhkəmənin qərarı ilə 6 il həbsə məhkum edildi. 18 mart 1922-ci ildə başlayan cəzası iki il sonra, 1924-cü ilin fevral ayında Qandinin appendisit əməliyyatı olunması zərurəti ilə başa çatdı. Qandi həbsdə olduğu müddət ərzində onun birləşdirici şəxsiyyətindən yararlana bilməyən Hindistan Milli Konqresi ikiyə bölündü. Bunlardan biri partiyanın seçkilərə qatılmalı olduğu düşüncəsini müdafiə edən Çitta Rancan Das və Motilal Nehru tərəfindən idarə olunurdu. Digər qrup isə seçkilərdə iştiraka qarşı çıxırdı. Bu qrupa Çakravarti Racaqopalaçari və Sərdar Patel başçılıq edirdi. Bundan başqa əməkdaşlıq etməmə dövründə hindli və müsəlmanlar arasındakı birlik də parçalanmağa başlamışdı. Qandi bu fərqlilikləri aradan qaldırmaq üçün 1924-cü ilin payızından başladığı üç aylıq oruc kimi metodlardan istifadə etsə də, o qədər də uğur qazana bilmədi.

Svarac və Duz Satyaqraxası (Duz yürüşü)

Qandi 1920-ci illərdə bir müddət gözlərdən uzaqda qaldı. Svarac partiyası ilə Hindistan Milli Konqresi arasındakı düşüncə ayrılıqlarını aradan qaldırmağa çalışdı. Eyni zamanda toxunulmazlıq,alkoqolizm, cəhalət və yoxsulluq problemləri ilə də mübarizəsini genişləndirdi. Onun yenidən önə çıxması 1928-ci ildə olmuşdu. Bu tarixdən bir il əvvəl ingilis hökuməti bölgəyə aralarında bir hindlinində olmadığı, Ser Con Simonun rəhbərliyindəki konstitusiya islahat komissiyasını təyin etmişdi. 1928-ci ilin dekabr ayında Qandi Kəlkətə konqresində ingilis hökumətindən Hindistana Millətlər Birliyinintərkibində olmaqla idarə haqqının verilməsini ya da bu dəfə məqsədi tam müstəqillik olan yeni bir əməkdaşlıq etməmə hərəkatı ilə qarşılaşacaqlarını bildirən bir qərarın qəbul edilməsini təmin etdi. Qandi Hindistana dərhal müstəqillik verilməsini istəyən Subhas Çandra Bose ilə Cəvahirləl Nehrukimi gənclərin düşüncələrini mülayimləşdirməklə yanaşı öz düşüncələrini də dəyişərək bu tələbin iki il əvəzinə bir il gözlədilməsinə razı oldu. Böyük Britaniya tərəfi bunu cavabsız qoydu. 31 dekabr1929-cu ildə Lahorda Hindistan bayrağı dalğalandırıldı. 26 yanvar 1930-cu il Lahorda toplanan Hindistan Milli Konqresi tərəfindən Müstəqillik günü kimi qeyd olundu. Həmin gün hindlilərin demək olar ki, bütün təşkilatları tərəfindən qeyd olunmuşdu. Sözünə əməl edən Qandi 1930-cu ilin mart ayında duz vergisinə qarşı satyaqraxa başlatdı. Öz duzunu hazırlamaq üçün Əhmədabaddan Dandiyə qədər 12 martdan 6 aprelədək piyada 400 kilometr getdiyi Duz yürüşü bu passiv müqavimətin ən önəmli hissəsidir. Dəniz istiqamətində edilən bu yürüşdə Qandini minlərlə hindli izləyirdi. Qandinin Böyük Britaniya idarəsini narahat edən ən əsas hərəkatı bu olmuşdur. Buna cavab olaraq Böyük Britaniya tərəfi 60000-dən çox insanı həbs etmişdir Lord Eduard İrvin tərəfindən təmsil olunan hökumət Qandi ilə görüşməyi qərara aldı. 1931-ci ildə Qandi-İrvin aktı imzalandı. Böyük Britaniya hökuməti dinc etiraz hərəkatının dayandırılmasına qarşılıq olaraq bütün siyasi məhbusları azad etməyə razı oldu. Bundan başqa Qandi Hindistan Milli Konqresinin yeganə nüməyəndəsi olaraq Londonda keçiriləcək dəyirmi masa konfransına dəvət olundu. İdarə edici gücün dəyişdirilməsindən çox hindli şahzadələr və etnik azlıqlar məsələlərinə toxunan Qandinin bu hərəkəti milliyətçilər tərəfindən məyusluqla qarşılandı. Bundan başqa Lord İrvinin xələfi olan Lord Vellinqton milliyətçilərin qarşısını almaq üçün yeni bir üsula baş vurdu. Qandi yenidən həbs olundu. Hökumət onu tərəfdaşlarından təcrid edib nüfuzunu qırmağa çalışsa da, uğur qazana bilmədi. 1932-ci ildə dalit lideri B.R.Ambedkarın öndərliyində həyata keçirilən təbliğat nəticəsində hökumət tərəfindən qəbul olunan yeni konstitusiya ilə toxunulmazlara tədric olunmuş şəkildə seçki haqqı verdi. Buna etiraz edən Qandi 1932-ci ilin sentyabr ayında tutduğu altı günlük orucdan sonra dalit siyasi lideri Palvankar Balonun vəsitəçiliyi ilə həyata keçirdiyi görüşlər nəticəsində hökuməti daha bərabər qanunlar qəbul etməyə məcbur etmişdi. Bu da toxunulmazların həyat şəraitlərini yaxşılaşdırmaq üçün Qandinin atdığı növbəti addımdı. 8 may 1933-cü ildə Qandi Harican hərəkatına dəstək olmaq üçün 21 gün davam edən mənəvi təmizlənmə orucuna başladı. 1934-cü ilin yayında Qandi uğursuzluqla nəticələnən üç sui-qəsd cəhdi ilə üzləşdi. Konqres partiyası seçkilərdə iştirak edib Federasiya layihəsini qəbul etməyi qərarlaşdırdıqdan sonra Qandi partiya üzvlüyündən istefa etməyə qərar verdi. Qandi Britaniya Hindistanı ilə siyasi razılaşmaya yanaşan partiyanı idarə edərək Britaniya Hindistanının propoqandasına hədəf olmaq istəmirdi. 1936-cı ildə konqresin Laknou iclasında və Nehrunun rəhbərliyində Qandi yenidən başçı oldu. Qandi yalnız Hindistanın azadlığa çıxması məsələsinə diqqəti artırmağı və ölkənin gələcəyi haqqında fərziyyə irəli sürülməməli olduğunu arzulasa da, konqresin sosializmi məqsəd olaraq seçməsinə qarşı çıxmadı. Qandi ilə 1938-ci ildə başçı seçilən Subhas Bose arasında anlaşılmazlıq yaşandı. Bose demokratiyaya bağlı biri deyildi və özündə şiddət ehtiva etməyən mübarizəyə qarşı inamsızdı. Qandinin tənqidlərinə baxmayaraq Bose ikinci dəfə də rəhbər seçildi, amma Qandinin ideallarından uzaqlaşması səbəbindən bütün Hindistan liderlərinin istefasına görə konqresdən ayrıldı.

II Dünya müharibəsi və Hindistanı tərk et hərəkatı

1939-cu ildə Nasist Almaniyası Polşaya hücum etdikdən sonra İkinci dünya müharibəsi başladı. Əvvəlcə Qandi Böyük Britaniyanın səylərinə özündə şiddət ehtiva etməyən mənəvi dəstək verilməsi düşüncəsinin tərəfini saxlayırdı. Buna baxmayaraq konqres liderləri xalqın nümayəndələrinə məsləhət etmədən Hindistanın birtərəfli şəkildə müharibəyə cəlb olunmasından narahat olmuşdu. Bütün konqres üzvləri toplu şəkildə istefa etmək yolun seçdilər. Uzun müddət düşündükdən sonra Qandi görünüşdə demokratiya uğrunda baş verən bu müharibəyə Hindistana demokratiya verilməsi rədd olunarkən qatılmayacağını elan etdi. Müharibə davam etdikcə Qandi azadlıq üçün səylərini daha da artırdı və hazırladığı çağırış ilə Böyük Britaniyanın Hindistanı tərk etməsini istədi. Bu Qandi və Konqres partiyasının Böyük Britaniyanın Hindistanı tərk etməsi üçün həyata keçirdiyi ən qərarlı etirazdı. Həm Böyük Britaniya tərəfdarı, həm də əleyhdarı olan qruplar və Konqres partiyası üzvlərinin bir qismi Qandini tənqid etdi. Bəziləri Böyük Britaniyanın ağır vaxtlarında ona qarşı çıxmağın əxlaqsızlıq olduğunu deyərkən, digərləri də Qandini lazımi qədər cəhd göstərməməkdə günahlandırırdı. Hindistanı tərk et hərəkatı mübarizə tarixinin zirvəsi oldu. Toplu həbslər və şiddət özünün pik nöqtəsinə çatdı.Minlərlə etirazçı polisin açdığı atəş nəticəsində ya öldü ya da yaralandı. Yüz minlərlə etirazçı da həbs olundu. Qandi və tərəfdarları Hindistana dərhal azadlıq verilməsə müharibədə dəstək olmayacaqlarını açıq-aşkar elan etdi. Hətta bu dəfə fərdi şiddət halları baş versə belə etirazın dayandırılmayacağını, ətrafdakı nizamlı anarxiyanın gerçək anarxiyadan daha pis olduğunu dedilər. Qandi konqres üzvləri və bütün hindlilərə etdiyi çağırışda Ahimsa və Karo Ya Maro ilə nizamı təmin etmələrini istədi. 9 avqust 1942-ci ildə Qandi və Konqres İşçi Komitəsinin bütün üzvləri Mumbayda həbs olundu. Qandi iki il Pune şəhərindəki Ağa Xan sarayında saxlandı. Burada olarkən katibi Mahadev Desay 50 yaşında ürək tutmasından öldü. Altı gün sonra, 22 fevral 1944-cü ildə 18 aydır ki, həbsdə olan Qandinin həyat yoldaşı Kasturba da öldü. Altı həftədən sonra Qandi ağır qızdırma xəstəliyi keçirdi. 6 may 1944-cü ildə sağlamlığının pisləşməsi və əməliyyat olunması zərurəti səbəbindən müharibə başa çatmadan sərbəst buraxıldı. Böyük Britaniya tərəfi bu addımı Qandinin həbsdə ölməsi ilə hindlilərin qəzəbinin daha da artacağından narahat olaraq atmışdı. Hindistanı tərk et hərəkatı hədəfinə çatmasa da, hərəkatın qəddarlıqla yatırılması 1943-cü ilin sonlarında Hindistandakı vəziyyəti nizama saldı. Müharibənin sonunda Böyük Britaniya tərəfi idarənin hindlilərə veriləcəyinə dair açıqlamalar etdi. Bu mərhələdə Qandi mübarizəni dayandırdı və aralarında Konqres partiyasının liderlərinin də olduğu 100000 siyasi məhbus sərbəst buraxıldı.

Azadlıq və Hindistanın bölünməsi

1946-cı ildə Qandi Konqres partiyasına Böyük Britaniya Kabinet Missiyasının təkliflərinin rədd edilməsini məsləhət gördü. Çünki Qandi müsəlmanların çoxluq təşkil etdiyi əyalətlərdə təşkil olunan qruplaşmaların parçalanmanın xəbərçisi olduğundan şübhələnirdi. Buna baxmayaraq bu Konqres partiyasının Qandinin təklifini nəzərə almadığı nadir hallardan biri oldu. Çünki Nehru və Patel bilirdi ki, təklifləri qəbul etməsələr hökumətin nəzarəti Hindistan Müsəlmanlar Birliyinə keçəcəkdi. 1946-1948-ci illərdə 5000-dən çox insan etirazlarda yaranan şiddətdən öldü. Qandi Hindistanı iki yerə böləcək hər hansı plana şiddətlə qarşı çıxırdı. Hindistanda yaşayan müsəlmanların böyük əksəriyyəti ayrılmanı dəstəkləyirdi. Hindistan Müsəlmanlar Birliyinin lideri Məhəmməd Əli Cinnahın Pəncab, Sind, şimal-qərb sərhəd vilayətləri və Şərqi Benqalda çoxlu tərəfdarı vardı. Bölünmə planı Konqres liderləri tərəfindən iri miqyaslı hindli-müsəlman toqquşmasının qarşısını alacaq yeganə yol kimi qəbul olunurdu. Konqres liderləri bilirdilər ki, partiya və ölkədə böyük nüfuza sahib olan Qandinin dəstəyi olmadan bu planı həyata keçirə bilməyəcəklər. Qandi isə buna kəskin şəkildə qarşı çıxırdı. Qandinin ən yaxın dostları bölünmənin ən yaxşı çıxış yolu olduğunu qəbul etmişdilər. Sərdar Patelin Qandiyə bunun vətəndaş müharibəsinin qarşısını almağın yeganə yolu olduğunu bildirməsindən sonra istəksiz də olsa Qandi razı oldu. Qandi Şimali Hindistanda və Benqalda ortalığı sakitləşdirmək məqsədi ilə müsəlman və hindli toplumlarının liderləri ilə tez-tez görüşdü. 1947-ci ildə baş verən Hindistan-Pakistan müharibəsinə baxmayaraq Bölünmə şurası tərəfindən müəyyənləşdirilən 550 milyon rupini verməmək qərarından narahat olmuşdu. Sərdar Patel kimi liderlər Pakistanın bu pulu Hindistanla müharibəni davam etdirməsinə sərf edəcəyindən narahatdı. Qandi müsəlmanların Pakistanazorla göndərilməsi tələbi meydana çıxanda və müsəlmanlarla hindli liderlərin danışıqlarda bir nəticəyə gəlməməsindən kədərlənmişdi. Qandi topluluqlar arasında şiddətin dayandırılması və 550 milyon rupinin Pakistana ödənilməsi üçün Dehlidə son ölüm orucuna başladı. Qandi Pakistandakı qeyri-sabitlik və güvənsizlik vəziyyətinin Hindistana qarşı olan qəzəbi daha da artıracağından və bu qəzəbin sərhəddi aşmasından narahatdı. Bundan başqa hindlilər və müsəlmanlar arasındakı düşmənçiliyin açıq-aşkar bir müharibəyə çevriləcəyindən də narahatdı. Həyatı boyunca onunla işləmiş dostları ilə etdiyi emosional danışıqların nəticəsində orucunu dayandırmadı. Hökumət qərarını ləğv edib Pakistanaödəməni həyata keçirdi. Aralarında Raştriya Svayamsevak Sanqh və Mahasabhanın da olduğu hindlilər, müsəlmanlar və siqhlər şiddətdən imtina edərək sülh çağırışı edəcəkləri məsələsində Qandini razı saldılar. Bundan sonra Qandi portağal şirəsi içərək orucunu sonlandırdı.

Sui-qəsd

30 yanvar 1948-ci ildə Qandi Yeni Dehlidə yerləşən Birla evinin bağçasında gecə gəzintisi edərkən vuruldu və öldü. Sui-qəsdi hindli bir radikal olan Nathuram Qodse həyata keçirmişdi. Sui-qəsdçinin Pakistana ödəmə həyata keçirməklə Hindistanın zəiflədiyi düşüncəsini müdafiə edən radikal hindli Mahasabha ilə əlaqəsi vardı. Nathuram Qodse və köməkçisi Narayan Apteyə məhkəmədə hökm oxundu və günahkar olduqları qərara alındı. Onlar 15 noyabr 1949-cu ildə edam edildilər. Qandinin Yeni Dehlidə yerləşən abidəsi üzərində Hē Ramyazılıb və bu yazı Aman Tanrım anlamına gəlir. Doğruluğu mübahisəli olsa da, bu yazının Qandinin vurularkən dediyi son sözlər olduğu hesab olunur. Cəvahirləl Nehru radio ilə ölkəyə etdiyi müraciətində belə demişdi:
" Dostlar, yoldaşlar işıq bizi tərk etdi və hər yerdə yalnız qaranlıq var. Sizə nə deyəcəyimi və necə deyəcəyimi hələ də bilmirəm. Sevgili liderimiz Bapu, ölkənin atası artıq yoxdur. Bəlkə də bunu deməməliyəm, amma bu qədər ildir ki, gördüyümüz kimi daha onu görə bilməyəcəyik, məsləhət almaq ya da təsəlli etməsi üçün onun yanına qaça bilməyəcəyik. Bu təkcə mənim üçün yox, bu ölkədə yaşayan milyonlar üçün də çox ağır bir zərbədir. "
Qandinin külləri qablara qoyularaq anım mərasimləri üçün Hindistanın müxtəlif bölgələrinə göndərildi. 12 fevral 1948-ci ildə küllərin çox hissəi Allahabadda Sanqama töküldü, amma bir hissəsi gizlicə başqa yerlərə göndərildi. 1997-ci ildə Tuşar Qandi bir bank kassasında yerləşən külləri məhkəmənin qərarı ilə geri aldı və Sanqamda suya tökdü. 30 yanvar2008-ci ildə Dubaydan olan bir biznesmenin Mumbay muzeyinə göndərdiyi küllər də ailəsi tərəfindən Qirqaum Çovpettidə suya tökülmüşdü. Başqa bir qab Qandinin bir müddət həbsdə olduğu Ağa Xan sarayına göndərilmişdir. Bir başqası da Los-Ancelesdə yerləşən Özünü Sübutetmə Birliyi Göl Məbədinə göndərilmişdir.Qandinin ailəsi məbəd və abidələrdə yerləşən küllərdən mənfi siyasi məqsədlər üçün istifadə edilə biləcəyini bilsə də, bu küllərin həmin abidələri dağıtmadan geri alına bilməyəcəyini anladıqları üçün onları geri istəmir.

Ətyeməzlik

Qandi uşaq olarkən ət yeməyi yoxlamışdır. Bunun səbəbi həm marağı, həm də onu razı salan yaxın dostu Şeyx Mehtabdır. Hindistanda ətyeməzlik Hinduizm və Caynizm inanclarının əsas prinsiplərindən biridir.[68] Hindiuzm və Caynizmə inananların sıx yaşadığı Qucaratdan olan Qandinin ailəsi də ətyeməzdi. Ətyeməzlik Qandinin də həyatı boyunca izləyəcəyi fəlsəfənin əsasını təşkil edirdi. Qandi yetkin yaşa çatdıqdan sonra qatı ətyeməz oldu. Ətyeməzliyin əxlaqi əsasları (ing. The Moral Basis of Vegetarianism) kitabından başqa bu mövzuda çoxlu məqalə də yazmışdı. Bu məqalələrin bir qismi London Ətyeməzlər Dərnəyinin mətbuat orqanı olan Vegetarian jurnalında dərc olunmuşdur.Bu dövrdə bir çox tanınmış məşhurdan da təsirlənən Qandi London Ətyeməzlər Dərnəyinin rəhbəri olan Coziah Oldfayld adlı həkimlə dost olmuşdu. Qandi gənc olarkən Henri Stepans Saltın əsərlərini oxuyub ona heyran qalmışdı. Qandi ətyeməzlik təbliğatı aparan bu şəxslə görüşdü və yazışdı. Qandi Londonda olarkən və daha sonralar ətyeməzliyi dəstəkləmək üçün çox vaxt sərf etdi. Qandi üçün ətyeməz bir həyat tərzi yalnız insan bədəninin tələbatlarını qarşılamırdı, həm də iqtisadi baxımdan sərfəli idi. Ət hələ də taxıl, tərəvəz və meyvədən daha bahalıdır. Dolayı yolla o dövrdə hindlilərin çox hissəsi aşağı gəlirli hesab olunurdu və ətyeməzlik təkcə dini məqsədlərə xidmət eləmirdi. Avtobioqrafiyasında ətyeməzliyin Brahmaçariyaya olan dərin bağlılığının başlanğıcı olduğunu qeyd etmişdir. Qandi bir müddətdən sonra təkcə meyvə yeməyə başlamışdı, amma həkimlərin məsləhəti ilə keçi südü də içirdi. Qandi inək südündən hazırlanan məhsulları heç bir zaman istifadə etməmişdir. Bunun səbəbi həm fəlsəfi yanaşmaları, həm inəkdən zorla süd əldə etmə üsulu olan phookadan iyrənməyi, həm də anasına vermiş olduğu sözlə bağlıdır.

Brahmaçariya

Qandi 16 yaşında olarkən atası ağır xəstələndi. Ailəsinə çox düşkün olan Qandi xəstə yatdığı müddətcə atasının yanından ayrılmadı. Ancaq bir gecə Qandinin əmisi dincəlməsi üçün onun yerinə keçdi. Qandi yataq otağına keçdikdən sonra bədəninin arzularına qarşı çıxmayaraq həyat yoldaşı ilə münasibətdə oldu. Bir müddət sonra xidmətçi atasının öldüyünü bildirdi. Qandi dərin günahkarlıq hissi keçirdi və buna görə özünü heç vaxt bağışlamadı. Özü bu hadisədən cüt utanc olaraq bəhs edir. Bu hadisə Qandiyə o qədər dərin təsir göstərmişdi ki, hələ evli olarkən, 36 yaşında cinsi həyatdan imtina etdi. Qandinin bu qərarı verməsində mənəvi və praktiki anlamda saflığı öyüdləyən Brahmaçariya fəlsəfəsinin də böyük təsiri vardı. Cinsi həyatdan uzaqlaşmaq və tərki-dünyalıq bu düşüncənin bir parçasıdır. Qandi Brahmaçariyanı Tanrıya yaxınlaşma və özünü sübut etmə yolunda bir əsas kimi görürdü. Avtobioqrafiyasında kiçik yaşlarında evləndiyi həyat yoldaşı Kasturbaya qarşı duyduğu şəhvət hissi və qısqanclıqla mübarizəsindən də bəhs edir. Cinsi həyatdan uzaq qalaraq şəhvət hissi duymaqdansa, sevməyi öyrənməyi özünə fərdi məcburiyyət kimi qəbul etmişdir. Qandi üçün Brahmaçariya "duyğuların düşüncə, söz və etirazla idarə olunması" deməkdir.

Digər tənqidlər

Dalit kastasından olan lider B.R.Ambedkar Qandinin Dalit toplumundan bəhs edərkən istifadə etdiyi Harican ifadəsini qınamışdır. Bu terminin mənası Tanrının uşaqlarıdır. Bəziləri tərəfindən dalitlərin sosial yetkinliyə çatmadığı və imtiyazlı hindli kastalarının özünü üstün hesab etməsi şəklində şərh olunmuşdur. Ambedkar və tərəfdaşları eyni zamanda Qandinin dalitlərin siyasi haqlarını baltaladıqlarını bildirirdi. Qandi Vaişya kastasının üzvü olaraq anadan olsa da, Ambedkar kimi dalit aktivistlərin olmasına baxmayaraq dalitlərin adından çıxış edə biləcəyini israr edirdi. Hindoloq Konrad Elst də Qandini tənqid etmişdir. O, Qandinin passiv müqavimət anlayışının fəaliyyətini sorğuladı və bunun britaniyalılardan yalnız kiçik bir parça qopara bildiyini ifadə etdi. Elst bundan başqa britaniyalıların passiv müqavimətdən yox, şiddətdən qorxduqları üçün Hindistanın müstəqilliyini qəbul etdiyini iddia etmişdir. Elstə görə buna misal olaraq Subhas Çandra Bosenin Hindistan Milli Ordusuna olan hindli dəstəyini göstərmək olar. Təsir olaraq isə bunu qeyd edir: "Qandinin məşhur olmasının başlıca səbəbi müstəmləkə toplumları arasındakı azadlıq liderləri içərisində qərb modellərindən yox, yerli mədəniyyətdən meydana çıxan siyasətlər və strategiyalar yaradan tək siyasi lider olmasıdır" Mənbə. wikipedia.org

Mahatma Gandhi Hakkında Bilgiler

https://youtu.be/pUOQfaa1nLI?t=18

Gandhi 1982 - Türkçe Dublaj - tek parça filmi

https://youtu.be/uTIBrGw4Bl4?t=1677

TURKUAZ Belgeseli 15/24 "Büyük Ruh - Mahatma Gandhi" - HİNDİSTAN - 1990 (Jaipur, Jantar Mantar)

https://youtu.be/r7vVIE6L8Xo?t=201
568 Views