Moda dahisi - Koko Şanel

Moda dahisi - Koko Şanel

“Əgər siz sizdə olmayan nəyisə istəyirsinizsə, demək ki, siz heç vaxt etmədiyinizi etməlisiniz.” Bunu, işləməkdən heç vaxt yorulmayan, ən əsası da fədakarcasına çalışan, işi yolunda can qoyan valehedici bir qadın – Koko Şanel demişdi. O hər zaman nə istəyirdisə və ən çox nə sevirdisə onu da edirdi. Ona görə, insan sevdiyi işlə məşğul olmalıdır. Şanel üçün uğurun açarı: biz başa düşməliyik ki, biz daha çox nə ilə məşğul olmağı xoşlayırıq; bunu anladıqdan sonra isə biz həyatda özümüzü, öz yerimizi tapmalı, sonra çalışıb, şərait qurub, uğura dərs verməliyik.

Bundandır ki, o uğur qazanmış və “əfsanəvi  qadın” adına layiq görülmüşdür. Belə bir deyim var: “Uğurlu bir başlanğıc üçün hansısa xüsusi bir şərtlər tələb olunur” deyə bir deyim var. Amma, Şanel bu fikri, illuziyanı darmadağın edir. Buna yetərincə səbəbi və deyədim ki haqqı da var. Çünki, Qabriel Şanel dünyaya şanslı bir ulduz altında gələnlərdən deyildi. Onun həyatını izləyənlər bilirlər ki, Şanel 1883-cü ilin (bəzi mənbələrdə isə 1893) Fransanın Overni şəhərində kəndli qanından olan, qanunsuz olaraq dünyaya gəlmiş, yetimlər evindi yetişdirilmiş bir qız. Məşhur modelyerin yaranması üçün belə bir yerdə yetişməsini insan çətin təsəvvür edir. Amma, Şanel bu təsəvvürləri yerləyeksan etmiş olur. 18 yaşından geyim dükanında satıcı kimi işləyən, boş vaxtlarında isə kabaredə mahnı oxuyan bir qız -   sonra da adi, provinsial bir modaçıdan öz mada evinin sahibi bir qadın.  Məşhur bir modelyer olana kimi onun keçdiyi yollar heç də asan olmayıb.

Onun tanışları, dostları sırasında məşhur musiqiçilər və rəssamlar olub. Eləcə də, hersoq və knyazlar da onun rəğbətini qazanırdılar. Belə demək üzgün olarsa Şanel varlı kişilərlə qurduğu münasibətlərdən sonra o 1910-cu ildə öz dükanını açmaq imkanına sahib olur, hansı ki, orda qadın şlyapaları satılırdı. Amma, gözəllik və çəkiciliklə yanaşı bu qadında sözsüz talant, əməksevərlik, xasiyyətində qətilik də var idi.

O çox qabiliyyətli, bacarıqlı idi və o heç vaxt özünü rəssam adlandırmırmış, uzaq başı kustar, dərzi. O əllə nəsə düzəltmək bacarığına malik idi. Kişi modelyerlər öz kolleksiyalarında valehedici qadını, gülü tərənnüm edirdilərsə, o, qadın olduğu halda ancaq bir şeyə can atırdı, o da ki – azadlıq. Sosial yollardan, əziyyətli narahatlığacan, bütün şeylər, hansı ki, bədənin hərəkətini, beyni və ürəyi sıxlaşdırırdı – o bütün bunlara qarşı idi. Qadınların üstündən karseti çıxararaq, onların bədəninə rahatlıq gətirdi. Onun arzusu bu idi ki, qadına özü olmağı, öz təbiəti ilə qarmoniya içində yaşamağı çatdıra bilsin.

Artıq 1912-ci ildə o özünün ilk Moda evini açmışdı. Amma, Birinci Dünya Müharibəsi onun bu işini yarıda qoymuşdu. Sonra isə 1919-cu ildə bu qısa saçlı, şlyapalı və eynəkli qadın (daha çox bu görünüşdə olardı) yenidən Moda evi açdı, amma, bu vaxtacan onun artıq bütün dünyadan müştəriləri var idi.

“Qadınlar üçün o ətir ki, hansı ki ordan ancaq qadın ətri gəlir.” Qabriel Şanel bu sözləri sırf bu ətir üçün demişdi – məşhur “Chanel №5” ətirləri. Tərkibində 80 inqredient olan bir ətir. O, nəyə əl atırdısa o iş mütləq uğurıu alınırdı. Şanelin vaxtınacan qadın ətirləri heç də sərt iylərə sahib olmamışdılar. Şanel ətir dünyasına yenilik qataraq novatorluq etmiş oldu. Belə ki, qadınlara digər ətirlərdən savayı elə bir ətir təklif olundu ki, artıq bu ətirdə hansısa gülün iyi gəlməyəcəkdi. Ətir özündə bütün bağçanın təravətini əks etdirirdə, amma, ordan heç bir gülün iyini hiss etmək olmurdu.  Bu həqiqətən də qeyri-adilik və yenilik idi. Belə bir işə imza atmaq da Şanelə yaraşan bir iş idi və nəticədə 1921-ci ildə də “Chanel №5” ətirləri meydana çıxdı.

Jaklin Kennedi hər zaman bu ətirdən istifadə edirdi. Eləcə də məşhur sarışın Merlin Monro. Bir dəfə jurnalistlər Monrodan soruşublar ki, “o nə ilə yatmağı xoşlayır?”, cavabında isə Monro deyir ki, “ona sırf 2 damcı “Chanel №5” ətri kifayət edir”. Bu, o vaxt elə böyük səs-küyə səbəb olmuşdu ki, bir neçə gün içində milyonlarla flakonlar satılmış oldu. Bu çox böyük uğur idi.

Beləcə illər bir-birinin üstünə qalandıqca həyat da öz axarını sürdürür, davam edir. Şanel bəzi varlı, tanınmış şəxslərlə əlaqələrdə olur və eyni zamanda da öz işinin üstündə duraraq fəaliyyətlərini artırmış olur. Belə ki, artıq 1928-ci ildə Şanel Parijin mərkəzində “Şanel Evi” adlı möhtəşəm bir moda evinin sahibinə çevrilir.

Fransanın təmsilçisi… Onu amerikalılar belə adlandırardılar. 1920-1939-cu illər Şanel ömrünün “qızıl tarixi” adlandırılır. Onun daim şöhrəti yayılır və var-dövləti də artırdı. Amma, artıq elə bir zaman yetişmişdi ki, onun konkurentləri də var idi. 1931-ci ildən sonra elə hal yarandı ki, onun qulluqçuları tətil elan etdilər və Şanel Hollivuddan Parijə döndüyü vaxt öz evinə belə girə bilmirdi. Necə deyərlər hər bir gözəl nağılın da bir sonu var. Sonra İkinci Dünya Müharibəsi başlandı və “Şanel evi”, bununla yanaşı bütün butikləri bağlandı, işçilər qovuldu və beləcə Şanel öz işini dayandırmış oldu. Məşhur Şanelin adı bir çox yerlərdə hallanmış oldu, eləcə də siyasətdə. Onu hətta həbs də eləmişdilər.

1940-cı illərdən sonra Kristian Dior adlı bir modelyerin gün işığına çıxması Şanel üçün daha bir zərbə oldu. Şanelin qadın üçün yaratdığı rahatlıq və sadəlik elə bil ki, yerləyeksan edildi və Şanelə görə yenidən əvvəlki darıxdırıcı və sıxıcı geyimlər modaya düşdü. Amma, Şanel bilirdi ki, bunun ömrü çox olmayacaq. Elə düz də bilibmiş. Artıq 85 yaşında Şanel yenidən öz işinin başına geri dönmüş olur. Təbii, bu sırf öz istəyi ilə deyil, həm də çoxsaylı insanların Şanel markasını, bu markanın yetişdirdiyi rahalıq dolu geyimləri axtarması, istəməsi ilə baş verdi. Yenidən yeni bir stil üzərində çalışmağa başladı. O stil ki, asketlik və ya klassika ilə bərabərlik təşkil edirdi. Başqa modelyerlərlə onun işlərindən, ideylarından kopyalayaraq, öz kolleksiyalarında istifadə edirdilər. Bu isə Şanelə böyük sevinc və fərəh verirdi. Jaklin Kennedinin çəhrayı kostyumu da Şanel tərəfindən yaradılmışdı. Bununla Şanel elə bil ki, artıq ikinci dəfə idi ki, qadın görüntüsünü dəyişirdi.

Koko Şanel 88 yaşında vəfat etdi. Bu 88 il ərzində məşhur xanım geyim stillərinə, kostyumlara, moda evlərinə, ətirlərə öz adını və həyatını vermiş oldu. Şanel çox yeniliklər yaratmaışdı, ən əsası da, o elə bir qadın yaratmışdı ki, hansı ki, ona qədər heç kim bunu bilmir, tanımırdı. Bu məşhur xanım “moda dahisi, filosofu” idi. Amma, bütün bunlara baxmayaraq qoca yaşlarında Şanel elə tərfiləniləsi halda deyildi: özündənrazı, burnu göylərdə, kinli, ədavətli və hökmlü bir qarı kimi idi və tənha idi.

XX əsrin qadın siluetini yaradan, “Mən bütün dünyanın qadınları üçün geyim yaratdım, amma, indi onlar lüt gəzməyə can atırlar” deyən Qabriel Şanel 10 yanvar 1971-ci ildə ömrünün sonuna da tamamilə tənhalıqda son vermiş oldu. O, tənhalığı da sevirdi.

Mənbə. kayzen.az

568 Views