1. Ən çox dilin danışıldığı ölkə – Papua Yeni Qvineya
Dünyada ən çox dilin danışıldığı ölkə Papua Yeni Qvineyadır. Ölkənin rəsmi dili ingilis dili olsa da, əhalinin yalnız 1.2%-i ingiliscə bilir. Ölkədə 820-dən çox dildə danışılır.
2. Ən təhsilli insanlar – Kanada
Təhsilli insanların sayına görə Kanada dünyada birincidir. Ölkə əhalisinin 50%-i təhsillidir.
İkinci yerdə 45%-lə İsrail, üçüncü yerdə isə 44%-lə Yaponiya durur.
3. Ən çox zaman qurşağında torpağı olan ölkə – Fransa
Fransanın 12 zaman qurşağında torpaqları var. 11 zaman qurşağında olan torpaqları ilə siyahıda 2-ci yerdə ABŞ, 3-cü yerdə isə Rusiya durur – 9 zaman qurşağı…
4. Suların altında qalma ehtimalı ən çox olan ölkə – Maldiv Adaları
Maldiv Adaları dəniz səviyyəsindən 1.8 metr yüksəklikdə yerləşir. Qlobal istiləşmə isə ölkənin sular altında qalma ehtimalını daha da artırır.
5. Mercan örtüklü yollar – Quama
Quamada təbii qum əvəzinə mərcan olduğu üçün, yollar da mərcanla örtülür.
6. Adam başına 350 qoyun – Folkland adaları (BK)
Adada 3000 insan yaşamasına baxmayaraq, burada təxminən yarım milyon qoyun var.
7. Dünyanın ən qədim suveren dövləti – Misir
Misir e.ə. 3100-cü ildə əldə etdiyi suverenliyi ilə dünyada ən qədim suveren dövlət hesab olunur.
8. Ən çox göl olan ölkə – Kanada
Kanadada 3 milyondan çox göl var və ölkənin 9%-ni təşkil edir. Dünyada olan göllərin 60%-indən çoxu Kanadanın sərhədləri daxilindədir.
9. Qonşuya keçib söhbət etmək ehtimalı ən az olan ölkə – Monqolustan
Çünki Monqolustanda 1.2 km məsafəyə 4 nəfər düşür. Dünyada əhali sıxlığının azlığına görə bu ölkə öndə dayanır.
10. Ən çox tanka sahib ölkə – Rusiya
Rusiya dünyada ordusunda tankların sayına görə birinci ölkə hesab olunur: 21.000.
11. Ərazisində çay olmayan ölkə – Səudiyyə Ərəbistanı
Burada içməli su dəniz suyunun təmizlənməsi və yeraltı mənbələrdən əldə edilir.
12. Ən gənc əhali – Nigeriya
Ölkə əhalisinin 49%-ni gənclər təşkil edir
13. Ən çox müxtəlifliyə sahib ölkə – Hindistan
Demək olar ki, hər kategoriyada – mədəni, iqtisadi, iqlim, irqi, dini, dil və etnik baxımdan Hindistan dünyada ən çox müxtəlifliyi olan ölkələrdəndir
14. Ən surətlə azalan xalq – Ukrayna
İllik azalma 0.8% olan xalqın 2050-ci ilə kimi 30% azalması proqnozlaşdırılır.
15. Əhalisi ən çox xaricdə yaşayan ölkə – Malta
Ölkədə baş verən iqtisadi böhran nəticəsində əhalinin əksəriyyəti xaricə mühacirət edib.
16. New York-dakı Central Park-dan da kiçik olan ölkə – Monako
Vatikan dünyanın ən kiçik ölkəsi olsa da, daimi yaşayış icazəsi olmadığına görə, Monaco bu adı üstələnir.
17. Demək olar ki, heç ağac tapılmayan ölkə – Haiti
Haitidən fərqli olaraq, Surinam da demək olar ki meşələrə toxunulmayıb, ölkənin 91%-i meşəlikdir. Əhali sahil ərazilərdə məskunlaşıb.
18. Çöl ölkəsi – Liviya
Ölkə ərazisinin 99%-i səhralıqla örtülü olan Liviya ən quraq ölkələrdəndir. Ölkənin bəzi yerlərinə illərlə yağış damlası düşmür.
19. Sülhə həsrət ölkə – Somali
Son 3 ildə İraq bu siyahıda önlərdə olsa da, Somali yenə də birincidir.
20. “Dünyanın ağciyəri” – Rusiya
Dünyadakı meşələrin təqribən 25%-i Rusiyanın Sibir vilayətinin payına düşür.
21. Dünyanın ən böyük tiryək istehsalçısı – Əfqanıstan
Dünyadakı tiryək istehsalının 95%-i Əfqanıstanın payına düşür.
22. Həbsxanalarında ən çox insan olan ölkə – Amerika Birləşmiş Ştatları
Məsələ insanları həbs etməyə gələndə ABŞ burada birincidir. Həbsxanalarda olan 2.2 milyon insan ölkə əhalisinin 4%-ni təşkil etsə də, dünyada həbsxanalarda olan insanların 25%-ni özündə cəmləşdirir.
1.5 milyonla Çin 2-ci, 870 minlə Rusiya 3-cüdür.
Mənbə. onedio.com, telebe.az