Pişiklər haqqında

Pişiklər haqqında

Evlərin xoşbəxtliyi, pozitivliyi olan pişiklər qulaqdan caynağa qədər müəmmalı heyvanlardır. Bəzən sahibləri belə onları tam tanıya bilmir. Uzun müddətdir pişikləri araşdıran antrozooloqlar mənfəətgüdən, nankor, təkəbbürlü sayılan pişiklərin əslində sevimli, istiqanlı heyvanlar olduğunu deyirlər. Dünyanın ən məşhur ev heyvanı pişikdir; evdə saxlanılan hər üç pişiyə bir it düşür. Çox insanın pişik saxlamasının əsas səbəbləri onların istiqanlı, özlərini sevdirəbilən və asan baxıla bilən olmasıdır. Pişikləri öyrətmədən də evdə bəsləmək mümkündür. Gün boyu evdə tək qala bilirlər və sahibləri evə qayıdanda onları sevgi ilə qarşılayırlar. Qısası, pişiklərlə həyat həm rahat, həm də gözəldir. Bunlarla yanaşı, pişikləri başa düşmək çətindir, ancaq itlər daha dürüst və itaətkardırlar. Pişiklərin insanlarla tanışlığı Pişiklərin ağlından nə keçdiyini başa düşmək, bəzi davranışlarının səbəblərini anlamaq asan deyil. İndi elm pişiklərlə insanlar arasında olan əlaqələri araşdırmaqla daha aydın nəticələr əldə etmək üçün çalışır. Pişik-insan münasibətləri çox qədimlərə dayanır. DNA araşdırmalarına əsasən ev heyvanları olan pişiklərin atası vəhşi ərəb pişiyi Felis silvestris libikadır. Bu heyvanın nəsli 10.000-15.000 il öncə orta şərqə aiddir. Vəhşi pişikləri ilk dəfə əhliləşdirən insanların Natufianlar olduğu deyilir. Onlar kənd təsərrüfatını ilk tapan insanlar sayılırlar, bu səbəbdən onların yaşadığı ərazi tez-tez siçanların axınına məruz qalırdı. Vəhşi pişiklər bu dəyərli yeməyi əldə etmək üçün insanların yaşayış məskənlərinə yaxınlaşırdılar. Pişiklərin taxıla zərər vermədiyini görən insanlar, pişiklərə evlərin ətrafında yaşamağa icazə verirdilər. Yumşaq tükləri, sevimli baxışları, müsbət enerjiləri sayəsində pişiklər getdikcə evlərimizə, hətta ürəyimizə yerləşməyə nail oldular. Hələ də vəhşidirlər Pişiklər əhliləşdirilsələr də, hələ də öz vəhşi xüsusiyyətlərini özlərində saxlayırlar. Ancaq itlər və atlar əhliləşdiriləndən sonra zehni dəyişikliklər keçiriblər, amma pişiklər vəhşi, ovçu xarakterlərini qoruyurlar. Digər heyvanlardan fərqli olaraq pişiklər heç vaxt öz həyatlarındakı idarəetməni əldən buraxmadılar. İstədikləri yerə istədikləri zaman gedə bildikləri kimi azadlığa sahibdirlər. Heç kəs evini qorumaq, sürüsünü mühafizə etmək və ovda ona kömək etmək üçün pişik saxlamaz. Pişiklər sizdən icazə almır. Pişiklər niyə miyoldayır? Pişiklərin insanlar əlaqə qurmaqlarının bir yolu da miyoldamaqlarıdır. Miyoldamaq pişiklərin təbii reaksiyasıdır, ancaq bunu nadir hallarda başqa pişiklərlə xəbərləşmək üçün istifadə edirlər. Küçə pişiklərinin miyoldamasına çox az rast gəlinir. Onlar miyoldamağı doğularkən bilirlər, ancaq bunu harada və necə istifadə edəcəklərini zaman keçdikcə öyrənirlər. Sahiblərinin onlarla maraqlanmasını istədikləri vaxt bu vasitədən istifadə edirlər, yalnız ikisinin başa düşdüyü “dil”ə çevrilir. Bu xüsusi dili digər pişik sahibləri və başqa pişiklər anlaya bilmirlər. Onları həmin yerdə saxlayan yalnız anlayış və sevgi deyil. Pişiklər yaşadıqları evlə daha güclü əlaqələr qururlar, kiçik bir ərazini belə özləri idarə etmək istəyirlər və evdəki digər pişiklərlə bunu bölüşməyi sevmirlər. Evdə sevilən, bəslənən pişiklər əlavə məkan axtarmırlar. Son 10.000 ildə pişiklər çox dəyişdilər. ? Əvvəlki dövrlərdə hər pişiyin öz ovlanma, qalma yeri var idi və həmin yeri tərk etmirdilər, heç bir pişiklə də paylaşmırdılar. Bu gün bir çox ev pişiyi nə qədər yaxşı bəslənsə də evdən qaçır, itir. Pişiyi itən insanların təxminən 1/4-i onun sonra geri qayıtdığını deyir.
Yazar: Pərişan Bəndərli
Mənbə. bildirchin.az
Əlavə məlumat. Pişiklər haqqında 20 qəribə məlumat
568 Views