Pun müharibələri Hannibal
«Karfagen» Finikiya dilində «yeni şəhər» deməkdir. Şimali Afrikada quldar şəhər dövləti olan Karfagen şəhəri dənizə uzanmış daşlı burun üzərində yerləşmişdi, coğrafi mövqeyi əlverişli idi. Dəniz ticarəti aparırdı. Şəhər ətrafındakı münbit torpaqlar quldarlara məxsus idi. Şimali Afrikanın bir hissəsi, İspaniyanın cənubu, Aralıq dənizinin bir sıra adaları Karfagenə tabe idi. E.ə. III əsrdə Karfagen və Roma Siciliya adasını ələ keçirməyə çalışırdı. Bu hər iki dövlət arasında müharibəyə səbəb oldu. Romalılar karfagenliləri «pun» adlandırdıqlarına görə bu müharibəyə Pun müharibəsi deyilir. E.ə. 264-146-cı illərdə fasilələrlə üç pun müharibəsi olmuşdu.
Birinci pun nıüharibəsinə səbəb (e.ə. 264-241) Roma və Karfagenin Siciliyanı işğal etmək cəhdi idi. Müharibə 20 il davam etdi. Romalılar quruda, karfagenlilər dənizdə üstün idilər. Romalılar müharibənin gedişində güclü donanma yaradaraq Siciliyanı işğal etdilər. E.ə. 241-ci ildəbirinci Pun müharibəsi qurtardı. Karfagen Siciliyanı Romaya güzəştə getdi, təzminat verməyi öhdəsinə götürdü. Çox keçmədi Roma Sardiniya və Korsika adalarını da tutdu.
İkinci pun müharibəsi e.ə. 218-201-ci illərdə olmuşdu. Roma Sardiniya və Korsika adalarını tutduğu bir vaxtda e.ə. 219-cu ildə karfagenlilər İspaniyada Romanın müttəfiqi olan Saqunt şəhərini ələ keçirdilər. Bu isə ikinci Pun müharibəsinin başlanması üçün bəhanə oldu. Hər iki dövlət Aralıq dənizinin qərb sahillərinə sahib olmaq istəyirdi. Karfagen qoşununa gənc sərkərdə Hannibalbaşçılıq edirdi. O, Romaya ömürlük nifrət edəcəyinə uşaqlıqda and içmişdi. Romalılar müharibəni İspaniya və Afrikada aparmağı nəzərdə tutdular. Lakin gözlənilmədən Hannibalın qoşunu Şimali İtaliyada göründü. Hannibal İspaniyadan hərəkət edərək, Alp dağlarına gəlib çıxmış, döyüş filləri və qoşunları ilə Alp buzlaqlarından keçib Şimali İtaliyada Po çayı vadisinə çıxdı. Onun bütün filləri, qoşunun yarısı Alp dağlarında məhv olmuşdu. Hannibal İtaliyanın simalında qallarla birləşmiş, digər narazı xalqları öz tərəfinə çəkmiş, Roma üçün təhlükə törətmişdi. Bir neçə vuruşmada Roma legionlarını məhv etmiş,Roma dövlətində vahimə yaratmışdı. E.ə. 216-cı ildə Roma ordusu ilə Karfagen ordusu arasında Kanna kəndi yaxınlığında vuruşmabaşlandı. Hannibal Romanın 80 min piyada, 6 min süvarisinə qarşı özünün 40 min piyada, 14 min atlı döyüşçüsünü aypara şəklində düzdü. Ortada zəif, cinahlarda ən güclü hissələri yerləşdirdi. Dördbucaq şəklində düzülmüş Roma legionu Hannibalın ordusunun içərisinə yeridi, cinahdan güclü zərbə alıb mühasirəyə düşdülər. Karfagenlilər 70 min Roma döyüşçünü qırdı və əsir aldılar.
Kanna vuruşmasından sonra karfagenlilər sülh bağlamaq istədilər. Lakin Roma senatı onların elçisini heç dinləmədi. Karfagenlilər Romanı təhlükə altına aldılar. Hannibal İtaliyanın cənubuna gəldi, orada yaşayan xalqları Romaya qarşı qaldırdı, Siciliyadakı Sirakuz şəhərindən və Makedoniyadan kömək istədi. Roma onların hər ikisinə müharibə elan etdi. Sirakuz şəhərini tutdu. Məşhur alim-riyaziyyatçı Arximed burada öldürüldü. Romalılar Hannibalın qoşunu ilə üzbəüz vuruşmayaraq karfagenlilər tərəfinə keçmiş şəhərləri mühasirəyə alır, karfagenlilərin kiçik dəstələrinə hücum edir, böyük döyüşlərdən çəkinir, beləliklə, «qüvvə tükədən» müharibə aparırdılar. Onların qoşununda vuruşan gənclər inadla döyüşür, Hannibalın qoşunu azalır, romalıların qoşunu artırdı. Bu müharibə Hannibalın qüvvəsini tükəndirdi.
Kanna vuruşmasından 12 il sonra e.ə. 204-cü ildə Roma sərkərdəsi Ssipionun başçılığı ilə Afrikaya qoşun çıxarıldı. Bunu eşidən Hannibal Karfagenə qayıtmağa məcbur oldu. E.ə. 202-ci ildə Zama şəhəri yaxınlığında vuruşmada romalılar Hannibala qalib gəldilər. Bir il sonra İkinci Pun müharibəsi qurtardı. Karfagen hərbi donanmasını Romaya təslim etdi, çoxlu miqdarda pul verməyə, bütün torpaqlarından əl çəkməyə məcbur oldu. Afrikadakı ərazisi ilə kifayətləndi. Senat Hannibalı tələb etdi. O, Kiçik Asiyaya qaçdı. Buradakı evi tapılıb mühasirəyə alındı. Hannibal ələ keçməmək üçün özü həyatına qəsd etdi. İkinci Pun müharibəsində qələbədən sonra Roma həm Aralıq dənizinin Qərb sahillərinə sahib oldu, həm də başqa əraziləri işğal etmək üçün yeni imkan əldə etdi.
Üçüncü Pun müharibəsie.ə. 149-146-cı illərdə oldu.Karfagen dəniz ticarəti aparır və varlanırdı. Roma aristokratları və tacirləri Karfageni yer üzərindən silməyi tələb edirdilər. Roma Karfagenin Numidiya dövləti ilə müharibə aparmasını bəhanə edərək, Afrikaya qoşun çıxartdı. Şəhər üç il qəhrəmancasına müdafiə olundu. Xəstəlik və aclıq əhalinin taqətdən saldı. Gənc Roma döyüşçüsü Tiberi Qrakx qala divarları üzərinə birinci çıxdı və qızıl çələnglə mükafatlandı. E.ə. 146-cı ildə şəhər tamamilə dağıdıldı, sakinləri qul kimi satıldı, şəhərin yeri şumlandı. Karfagen Romanın Afrika əyaləti elan edildi.Roma Aralıq dənizində ən güclü dövlətə çevrildi.
https://youtu.be/wZ6I9lP8vTk?t=7
Mənbə. kayzen.az