Yuxuda Qar Görmək (Ətraflı)

Yuxuda Qar Görmək (Ətraflı)

Yuxuda qar görmək ümumi şəkildə bolluq, bərəkət, sağlamlıq şəklində izah edilir. Ancaq, yuxunun görülmə şəklindən, mövsümündə aslı olaraq dəyişir. Yuxuda qar yağması-Havadan qarların sakit-sakit başınızın üzərindən yağaraq yerə töküldüyünü görmək bir qədər gərginliklərlə qarşılaşacağınız və bu gərginliyin isə birbaşa sizin çevrənizlə bağlı olduğu mənasına gəlir. Bəhs olunan gərginlik sizin həyatınıza güclü təsir etməyəcək, ancaq bir qədər keyfinizi pozacaqdır. Bununla bərabər yağan qarda mühafizə üçün çətirdən istifadə etdiyinizi görmək planlı hərəkət edəcəyinizə işarədir. Digər bir sözlə əmin olduğunuz qərarları qəbul edəcəksiniz.

Yuxuda qar yemək – Yuxuda qar yemək yuxunu görən şəxsin ani qərarla sevinəcəyinə və xoş hadisələr olacağına işarə edər.

Yuxuda qar süpürmək – Bu yuxu xoş günlərin başlanğıcına işarədir və eyni zamanda yuxunun sonluğundan aslı olaraq dəyişir. Əgər siz bütünlüklə yerdəki qarı süpürürsünüzsə bu uzun davam edən mübarizədən sonra xoşbəxt günlərin başlayacağına işarədir.

Yuxuda qar kürəmək (təmizləmək) – Bu yuxu dəyişimin astanasında olduğunuza, pisliklərdən uzaqlaşmaq üçün əlinizdən gələni etdiyinizə işarə edər. Qarda od qalamaq – Yuxuda soyuq olmasından dolayı qarda od qalayaraq qızınmağa çalışmaq həmin şəxsin sevdiyinə qovuşacağı, subay olanları isə ən qısa zamanda evlilik qərarı alacağına işarə edər. Yuxuda qar üzərində yerimək – Bu yuxu demək olar ki, qarla əlaqəli görülən yuxuların içində ən müsbət əlamətlərə işarə edənidir. Yuxu çətinliklərin ortadan qalxacağının, xəyalların yavaş-yavaş real olacağının xəbərçisidir. Yuxuda qarın əridiyini görmək – Bu yuxu bir qədər bədbin tərzdə izah edilir. Bəhs olunan yuxu sizin maddi və eləcə də mənəvi olaraq arzuolunmaz vəziyyətlə qarşılaşacağınıza işarə edər. Eyni zamanda özünüzü olabiləcək fiziki təhlükələrdən (qəzalardan) qorumaqda fayda var. Yuxuda qar və buz görmək – Öz işini qurmaq istəyən birinə yaxınları və ailəsi tərəfindən verilən dəstəklə uğurlu olacağına işarə edər. Əldə edilən qazanc bir neçə qat artacaq və eyni zamanda gəlirlərin bir hissəsi xeyriyyə məqsədi ilə xərclənəcəkdir. Yuxuda qar və boran görmək – Bu yuxu başlanğıcda sıxıntı və problemə işarə etsə də sonda xoşbəxtliyin əldə ediləcəyinə işarədir. Bəhs olunan problemlər əsasən yuxu sahibinin yaxınları tərəfindən yaradılacaqdır. İlk başlarda maddi qıtlıq olsa da sonradan hər şey qaydasına düşəcəkdir. Yuxuda qar toplamaq – Bu yuxu şəxsi biznes və iş həyatında uğura işarədir. Yuxu eyni zamanda qısa vaxt dilimində əldə ediləcək var dövlətə, gözəl ailə və sevilən övlada işarə edər. Yuxuda qar adam görmək – Bu şəkildə bir yuxu sizin haqsız olaraq bir şeyə məcbur ediləcəyinizə işarə edər. Bir başqa sözlər yuxu görən şəxs bir başqasının təkidi ilə yalan danışacaqdır. Yuxuda qartopu oynamaq – Bu yuxu ümumi olaraq müsbət şəkildə yozulur. Bəhs olunan yuxu şəkli sizin aktiv həyata başlayacağınıza, çevrənizi genişlədəyinizə işarədir. Siz eyni zamanda çevrənizdəki bəzi uğurlu insanlarla, hətta dostlarınızla yaxşı mənada rəqabət edəcəksiniz. Yuxuda qar üzərində yatmaq – Əsasən mənfi tərzdə izah edilən bu yuxu, yuxu görənin yalnız olduğuna və dosta ehtiyac duyacağına işarə edər. Bu yuxu eyni zamanda cinayət işləmiş birinin həbs olunacağı mənasına gəlir. Yaz mövsümündə qar yağması – Bu yuxu ümumi şəkildə xoşagəlməz tərzdə izah edilir.Yuxuya görə siz özəl və ya iş həyatınızda qəbul edəcəyiniz qərarlarda bəzi yanlışlara yol verəcək, problemlərlə qarşılaşacaqsınız. Son olaraq ümumi şəkildə yuxuda qar görmək əsasən bolluq, xəstəliklərin sağalması və uğura işarə edər. Qaynaq – dreamatico, rüyatabirleri. Mənbə. bilgibazarı.com
568 Views