Bir cənub şəhərində filmi
Bu film ən çox sevdiyim filmlərdən biridir.Film komediya janrında olsada,əsas süjet xəttini traqikomediya tutur.Çünki burda o vaxtın qatı qanuları,insanların mənəvi azadlıqlarının tapdalanması,istədiyi və düşündüyü kimi hərəkət edə bilməməsi filmin ısasını təşkil edir.Bu film yazıçı Rüstəm İbrahimbəyovun "9-cu xrebtovı" povesti üzrə ekranlaşdırılıb.Rejissoru isə Eldar Quliyevdir.Film 1969 cu ildə şəkilmışdır.Əsas rolları paylaşan Həsən Məmmədov (Murad) və Eldəniz Zeynalovdur.(Tofiq)
Murad neft mədənlərində işləyən,həyatı ilə bağlı yaxşı düşüncələrdə olan gəncdir.Lap erkən yaşlarından atasını itirib,anası,bacısı və qardaşına daim kömək olmuşdur.Onların oxumaqları üçün əlindən gələni etmişdir.Bacısı isə onun yaxın dostu həm də məhəllə qonşusu olan Tofiq ilə nişanlıdır.Tofiq isə bir o qədədrdə lazımi həyat sürməyən,çox vaxt bacısının qardaşından istifadə edən bir obrazdır.
Bir gün Tofiqi atası müharibə qəhrəmanı olduğu üçün,yəni heykəlinin açılşı üçün onu Moskvaya dəvət edirlər.Tofiq orda iştirak edir,və qayıdandan sonra özü ilə bir qadın da gətirir.Nişanlısı ola-ola.Təbii ki,məhəllədə artıq bu hərəkətə hamı pis baxmağa başlayır.Əsas qınaq obyekti isə Murad olur.Tin dostları onunla artıq söhbət etmir,onun yanında belə oturmaq istəmirlər.Çünki o Tofiqi cəzalandırmır.Dəqiq desək namusunu yumur.Nəhayət bütün bunlardan bezən Murad Tofiqlə bir danışığa gəlir.Yüngülcə onu hədələyərək qonşularının gözündən tor asmaq qərarına gəlir.
Bir gün Murad Tofiqi məhəllənin ortasında hədələyərək,azacıq bıçağı onun qarnına salır.Beləliklə də Murad həbsxanaya düşür.Həmin məhəllə və tin dostlarının sayəsində.
https://youtu.be/3q-VB79CYc0?t=1
Əslinə qalsa,elə indi də belə düşüncə ilə yaşayan insanlar çoxdur.Guya hər xırda məsələ qanla yuyulmalıdı.Bu əsl kişilikdi.Bəs heç nədən puç olan bir gəncin ömrü nə ilə əvəzlənəcək?Ömür boyu ona acı xatirələri xatırladan həbsxana divarları ilə.Ətrafda hər şey öz axarı ilə gedəcək,hamı öz işində olacaq.Amma bir gəncin taleyi kimlərinsə sözlərinə,atmacalarına görə puç olacaq.
Mənbə. kayzen.az