Yuxuda səyahət etmək
İnsanların tez-tez gördüyü yuxulardan biri də səyahət, bir ölkə, şəhər və ya başqa yerlərə getməkdir.Birçoxumuzun həyatı boyu ən az bir dəfə gördüyü bu yuxunun mənası nədir?
Psixoloji cəhətdən :
Yuxunu görən insanın, öz düşüncələri, daxili aləmiylə üzləşməsidir.Gələcək və keçmiş barədə qayğıların, peşmanlıqların, səhvlərin, maddi və mənəvi cəhətdən itirilənlərin şüuraltında əks olunuşu, bir sözlə, həyatdan qazandığımız təcrübələrdir.Başqa bir cəhətdən, insanın özünüdərki və səhvlərini mühakimə etməsidir.Gələcəklə bağlı planlarımız, həyatdan gözlədiklərimiz haqqında düşünməyin psixologiyamıza göstərdiyi təsirdir.
Yuxularımızdakı səyahət – həyatımızın səyahəti, macərası kimi.
Yuxularımızda səyahət etmək, eyni zamanda real dünyada da, həm maddi, həm də mənəvi cəhətdən çıxdığımız yolun göstəricisidir. Yuxuda istifadə etdiyiniz nəqliyyat vasitəsi (təyyarə, avtomobil və s.) də bir işarə ola bilər. Maraqlı məqam isə bu macəralar boyu nə yaşadığınızdır; Sizi əngəlləyən bir şey varmı? Getdiyiniz yerə vaxtında çatmağa çalışırsınız? Və haraya gedirsiniz?
Səyahət yuxularında ən çox rast gəlinən mövzu, çox ağır yük, çemodan daşımaqdır, hansı ki, gecikmənizə səbəb olur. Əgər bu yuxunu görürsünüzsə, sizin üçün əsas sual bu ola bilər: Real həyatda da sizi əngəlləyən, irəli getmənizə mane olan, həyatınızdan kənarlaşdırmazsanız hər şeyi daha çətin bir hala salacaq bir şey varmı?
Sənədləri (pasport və s.) itirmək qorxusu. Bu yuxu, əsasən, həyatın müəyyən bir nöqtəsində (məsələn, kariyeranızda) bilinməyənə doğru gedərkən tez-tez görülür. Real həyatda status itirmək qorxusu insanı bilinməyən və təhlükədən çəkindirə bilər. Yuxuda, həmçinin, dəyərli əngəllərə də rast gəlinə bilər. Bunlar, əsasən, bizim öz mənəvi səddlərimiz olur, amma onlar başqalarının önümüzə qoyduğu əngəlləri də təmsil edə bilər.
Yuxarıda yazıldığı kimi, nəqliyyat vasitəsi də yuxunun mənasını anlamaqda vacib rol oynaya bilər. Əgər, maşını (avtomobili) siz idarə edirsinizsə, bu sizin üçün yaxşı məna ifadə edir: Haraya getdiyinizi, öz yolunuzu özünüz müəyyən edirsiniz. Sərnişinin siz olmağınız isə bunun əksini ifadə edir. Bu zamansa sürücü sizi idarə edən şəxs və ya onla əlaqəli şəxsdir.
Avtobus sürürsünüzsə, bu o deməkdir ki, siz həyatınızı başqalarının nə etdiyinə və ya onların sizdən nə gözlədiyinə görə idarə edirsiniz, bir sözlə, öz yolunuzu izləmirsiniz. Gəmiylə səyahət etmək, həyatınızda maşın vəya avtobusla səyahət etməkdən daha böyük mənaları ifadə edir – gəmi qəzaları, tufanlar və s. də görə bilərsiniz. Gəmini dənizə aparmaq isə ailədən ayrılmağı və ya indiyə qədər yaşadığınız həyatı təmsil edə bilər.
Getdiyiniz yol ikiyə ayrılırsa və siz hansını seçəcəyiniz barədə tərəddüd edirsinizsə, bu sizin real həyatınızda da qarşılaşdığınız situasiyanı təmsil edə bilər. Əsas olan isə sizin həyatınızda hansı yolu seçəcəyinizdir.
Yuxuda yad bir ölkəyə gedirsiniz? Bu halda siz həyatınızda əvvəllər tanış olmadığınız yeni məqamları kəşf edirsiniz. Bu sizin yeni tərəfləriniz, başlamaq istədiyiniz yeni bir hobbi, fəaliyyət və s. ola bilər. Son dayanacağa doğru irəliləyirsinizsə, bu ölümünüzün – həyatınızın da son dayanacağının təmsili ola bilər.
Unutmamalıyıq ki, yuxular hər bir insan üçün fərqli mənalar bildirə bilər.
Qaynaq : www.michaelrolsen.com
Mənbə. Bilgibazarı.com