Müharibə tək can almır
Müharibə bu dünya insanının icadı deyil. Qəlbində bu qədər mənəvi duyğuları olan, təbiətin belə gözəlliyindən zövq almağa bacaran bir canlı olan insan, necə ola bilir ki, bu qədər cinayətə qol qoya bilir? Bəzən müharibələr o qədər bəsit, hətta primitiv mövzuların üstündə olub ki, insan təəccüb etməyə bilmir.
Azmış itə görə 1925-ci ilin oktyabrında baş verən müharibədə Yunanıstan və Bolqarıstan sərhədində 100-dən artıq insan ölmüşdü .
1788-ci ildə spirtli içkiyə görə baş verən Karansebeş döyüşü Avropa tarixinin ən absurd döyüşlərindən sayılır.
Futbol müharibəsi Honduras və Salvador arasında baş verib.
Nəzərə alsaq ki, bu cür gülünc səbəblərdən baş verən müharibələrdə on minlərlə insan həlak olub – onda mövzunun rəngi dəyişir.
Müharibənin ən acı üzü – həlak olan dinc sakinlərdir. Qədimdən insanın evi – onun əmin-amanlıqda olduğu yer kimi qəbul edilib. Amma bu gün bir çox müsəlman ölkələrində yaşayan dinc əhali üçün ev, bilmərrə olaraq əmin-amanlıq yeri olmaqdan çıxıb. İraqda, Suriyada, Yəməndə, Qarabağda, Fələstində və s. kimi münaqişə yerlərində yaşayan dinc əhali sabaha hansı itkilərlə çıxacağından nigaran halda səhəri açır.
ABŞ rəhbərliyindəki koalisiya qüvvələrinin Raqqa şəhərini terrorçulardan azad etmək adı ilə keçirdiyi əməliyyatlarda 1600 silahsız vətəndaşı öldürdüyü vurğulanıb. Bu, sadəcə bir şəhərdə olan qətlamla bağlı göstəricidir.
Müsəlman kimlikli insanlar bu qədər cinayətlərin fonunda yenə də gündəmini formalaşdıra bilməyibsə, onda özlərini “yenidən başlayın” düyməsini basmağa cəhd etsinlər. Bu müharibələrin insanlığa vurduğu ziyanların aradan qaldırlmasına əsrlər lazım olacaq.
Şəhərlər yenidən qurula bilər, amma insanların gözləri önündə baş verən cinayətlərin təsirini rahatlıqla neytrallaşdırmaq olmayacaq. Nənələrimiz, babalarımız ölən günə qədər bizə yaşadıqları müharibə dönəminin çətinliklərindən danışırdılar.
Bu baxımdan hər kəs bu mövzu ilə bağlı düşünməli və yerini bəlli etməlidir.
Mətləb Həmzəli
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyasıorg
«Dəyərlər» Jurnalistika Məktəbinin məzunu
Qaynaq. deyerler.org