Ayaqdan qoxu və ondan yaranan xəstəliklərlə mübarizə
Ayaqdan iy gəlməsi sosial problem olamaqla yanaşı, həm də sağlamlıq problemidir. Bəs ayaq qoxusunu necə yox etmək olar?
Corabsız gəzmək
Evdə corabla gəzdikdə o, bütün bakteriyaları toplayaraq ayaq basdığınız hər tərəfə yayır. Bu səbəbdən də evdə corab və çəkələk geyinmədən gəzin. Bu, sizin ayağınızdan pis iy gəlməsinin qarşısını alacaq.
Corablarınızı tərs tərəfindən yuyun
Coraplarınızı tərs yuduğunuzda həm qoxusu yaxşı təmizlənir, həm də ayaqlara bakteriya yoluxdurmağın qarşısı alınmış olar.
Ayaqlarınıza dezodorant vurun
Dezodorantlar tərləməyin qarşısını alan maddələrdən ibarətdir. Bu səbəbdən də ayaqlarınıza dezodorant vurmaq, ayaqlarınızın tərləyərək pis iy gəlməsinin qarşısını alacaq.
Ayaqlarınızı dəsmalla qurulayın
Ayaqlarınızı yuyan kimi onları dəsmalla qurulayın. Beləliklə ayaqlarınızda göbələk və bakteriyaların artması səbəbindən meydana çıxan pis qoxunun yaranmasının qarşısını almış olacaqsınız.
Alma sirkəsi
Ayaqlarınızdan pis qoxunun getməsi üçün onları alma sirkəsi əlavə edilmiş su ilə vanna edin. Suya bir miqdar sirkə əlavə edib qarışdırın və ayaqlarınızı bu suda 10 dəqiqə saxlayın.
Ayaqqabılarınızı mütləq quru saxlayın
Ayaqqabıları çıplaq ayağa geyinmək ayaqları tərlətdiyi üçün həm ayaqqabılara nəm verir, həm də ayaqlardan pis iy gəlməsinə səbəb olur. Bu səbəbdən də ayaqqabılarınızın quru olmasına diqqət edin.
Ayağından çıxardığı corabdan iy gəlib-gəlmədiyini yoxlamaq üçün bəziləri onu iyləyir. Təbii ki, bu corabları yumamaq üçün olunan cəhddir. Xüsusən də subayların... Lakin bu, "corabı iylədim, atdım" deyəcəyiniz qədər bəsit bir şey deyil. Məsələ heç də bu hərəkətin etik görünməməsində deyil, sağlamlıq üçün təhlükəli olmasındadır.
Çirkli corabları iyləməklə ciddi ağciyər infeksiyayına yoluxmaq mümkündür. Belə ki, ayaqqabıda yaranmış göbələk infeksiyası coraba keçir, orada inkişaf edir. Corabları iynəyərkən o, ağciyərə düşə və insanı sinə ağrısı və öskürəklə müşayiət edən güclü xəstəliyə yoluxdura bilər.
Mütəxəssislər bildirir ki, torpaqda olan sərbəst elektronlar yalın ayaqdan dabanın dərisi ilə bütün bədənə hopur. Elə xəstəliklər var ki, bu elektronların müsbət təsirindən ağırlaşmaları aradan qalxır, simptomları yüngülləşir, müdafiə olunur.
Aşağdakı xəstəliyi olanlara tez-tez ayaqyalın gəzməyin faydalı olduğunu aydınlaşdırıb.
-Yuxu pozğunluğu olanlar, apnoe
-Əzələ, sümük və oynaqlarda xroniki ağrıları olanlar
-Asma bronxiti olanlar
-Revmatoid artriti olanlar
-Aybaşı pozulması
-İmmun sistem zəifliyi
-Diabet xəstələri
-Ürək ritmi pozuntusu olanlar
Bu adamlar xüsusən yayda qumda, torpaqda, çınqıl üzərində, dəniz kənarında azı 45 dəqiqə ayaqyalın gəzməlidirlər.
Bina evində olanlar isə bir ləyənə torpaq və ya çınqıl tökməklə onun üzərində addımlasınlar.