Solaxay İnsanların Bəzi Xüsusiyyətləri

Solaxay İnsanların Bəzi Xüsusiyyətləri

İki hissədən ibarət olan insan beyninin hansı yarımkürəsinin daha aktiv istifadə edilməsi insanın sağ və solaxay olmasından təsirlənir. İnsan organizminin fərqli funksiyalarını idarə edən bu yarımkürələr həmin şəxsin həyat uğurlarında da söz sahibidir. Sol yarımkürə sağ olanlarda daha fəal ikən, sağ yarımkürə isə solaxaylarda biraz daha yüksək inkişaf edir.
Beynimizin sol yarımkürsində nitqin bacarıqla istifadə edilməsi, məntiq, zəka xüsusi yer aldığından sağ tərəfini yaxşı istifadə edən insanlarda bu cəhətlər digərlərinə nisbətən inkişaf etmiş olur. Sağ yarımkürədə isə yaradıcılıq, rəssamlıq, musiqi duyumu və bəstəkarlıq, geniş üfüqlü zəka yer aldığından solaxaylar bu cəhətlərindən nisbətən daha yüksək səviyyədə yararlana bilirlər. Eyni zamanda solaxay insanlar çevik və ani refleks baxımından üstün olduqlarına görə bu insanlar idmanın bir sıra növlərində uğurludurlar. Solaxay insanların ən böyük çətinlikləri isə texnolojiya alətlərinin (avtomobil, silah, musiqi alətləri) sağ əl və ayaqlarından daxa yaxşı istifadə edən insanlar üçün hazırlanmasıdır. Dünya əhalisinin 8%-10% faizini təşkil edən solaxaylar tarixdə iz buraxa bilmiş insanlar arasında yer almışlar. Bu şəxsiyyətlərdən bəziləri aşağıdaki kimidir. Tom Cruise Barak Obama Bill Clinton Mozart Picosso Morgan Freeman Böyük İskəndər Napolyon Albert Enşteyn Anjelina Jolie
Mənbə. bilgibazarı.com
568 Views