İMAM ZEYNƏLABİDİN (Ə) YEZİDİN MƏCLİSİNDƏ
Əhli-beyt əsirlərinin Şama səfəri “Aşura” (ə) inqilabının mahiyyət və səbəblərini aşılamaqda, Yezidin mənfur hakimiyyətinin əsl mahiyyətini tanıtdırmaqda böyük rol oynadı. İmam Hüseynin (ə) şəhadət libası ilə apardığı müqəddəs cihadı onlar əsirlik libası ilə yerinə yetirdilər. Əsirlərin Şamda saxlanılması, Müaviyənin qırx illik təbliğatı nəticəsində İslam və Peyğəmbər ailəsi haqda düzgün məlumatı olmayan Şam camaatına İslam və Peyğəmbər (s) barəsində düzgün məlumat verilməsi üçün yaxşı fürsət yaratdı. Buna görə də, əsirlər Şamda olan günlərin birində imam Zeynəlabidinin (ə) buyurduğu xütbə bu arada çox əsaslı rol oynadı və Yezidi rüsvay etdi.
Nəql olunur ki, bir gün Yezid məclis təşkil edib xətibə dedi ki, Hüseyn (ə) və atası Əlinin (ə) pisliklərinə dair söhbət etsin. Xətib minbərə qalxıb Allaha həmd-səna etdikdən sonra imam Əli (ə) və imam Hüseyni (ə) pisləməyə başladı, sonra da Müaviyə və Yezidi kifayət qədər təriflədi. Gözlənilmədən məclisdən uca bir səs eşidildi və camaatın sükutunu pozub xətibin səsini kəsdi. Bu, imam Zeynəlabidinin (ə) səsi idi: «Vay sənin halına, ey xətib! Camaatın razılığını Allahın qəzəbi ilə dəyişdin və cəhənnəmdə özünəyer hazırladın!» Sonra imam Zeynəlabidin (ə) əlavə edərək buyurdu: «Yezid, icazə verirsən buçubuqların (minbərin) üstünə çıxım, Allahın razılığı olan və camaata əcr-savab verəcək bir neçəkəlmə söz deyim?»
Yezid icazə vermədi. O, imamı tanıyırdı və bilirdi ki, Hüseynin oğlu və Əlinin balasıdır! Camaat dedi: “Əmir, icazə ver minbərə çıxsın, bəlkə ondan bir söz eşitdik. (Görək nə deyir?)”
Yezid dedi: “Əgər o, bu minbərə çıxsa, məni və Əbu Süfyan ailəsini rüsvay etməyincə aşağı enməyəcək.”
Bir nəfər dedi: “Əmir, məgər bu (gənc əsir) nə bilir və nə edə bilər?” Yezid dedi: “O, elə bir ailədəndir ki, onlar elmi uşaqlıqda südlə birgə əmmiş və elm onların qanına qatışmışdır.”
Camaat o qədər təkid etdi ki, Yezid, nəhayət ki, icazə verdi.
İmam Zeynəlabidin (ə) minbərə qalxıb əvvəl Allaha həmd-səna etdi, sonra isə elə bir xütbə söylədi ki, gözlərdən yaş axmağa, ürəklər titrəməyə başladı. İmam Zeynəlabidin (ə) buyurdu: «Camaat, Allah bizə(Peyğəmbər ailəsinə) altı üstünlük vermiş və yeddi fəzilətə görə bizi başqalarından üstüntutmuşdur. Bizim altı üstünlüyümüz budur ki, Allah bizə elm, helm, səxavət, fəsahət, şücaət vermişvə möminlərin qəlbində bizə qarşı məhəbbət hissi oyatmışdır. Yeddi fəzilətimiz isə odur ki, ey camaat, Allahın Rəsulu (s) bizim ailəmizdəndir, onun canişini (imam Əli) bizim ailəmizdəndir, şəhidlər sərvəri Həmzə, Cəfər Təyyar bizim ailəmizdəndir. Behişt gənclərinin iki sərvəri – Həsən və Hüseyn bizim ailəmizdəndir. Bu ümmətin Qaimi (son xilaskarı) bizim ailəmizdəndir. Camaat, mənitanıyan tanıyır, tanımayana indi özümü tanıtdıraram. Mən Məkkə və Minanın oğluyam. MənZəmzəm və Səfanın oğluyam. Mən Həcərül-Əsvədi (Məkkədəki qara daşı) öz əbası arasındaqaldırıb yerinə qoyan şəxsin (İslam Peyğəmbərinin (s)) oğluyam. Mən ehram bağlayıb təvaf və səyedən şəxsin oğluyam. Mən insanların ən yaxşısının (Peyğəmbərin) oğluyam. Mən (merac gecəsi) Məscidül-Həramdan Məscidül-Əqsaya aparılan şəxsin oğluyam. Mən (merac zamanı) Sidrətül-Müntəhaya çatan şəxsin oğluyam. Mən səma mələkləri ilə namaz qılan şəxsin oğluyam! Mənböyük Allahın ona vəhy etdiyi şəxsin oğluyam. Mən Mühəmməd Mustafanın (s) oğluyam. MənƏliyyi-Murtəzanın (ə) oğluyam... Mən Allah Peyğəmbərinin hüzurunda iki qılınc və iki nizə iləvuruşan şəxsin oğluyam. Mən iki dəfə hicrət edən, Peyğəmbərlə iki dəfə beyət edən, Hüneyndöyüşündə qəhrəmancasına vuruşan və bir an belə Allaha şəkk etməyən şəxsin oğluyam. Mənmöminlərin ən salehinin, peyğəmbərlər varisinin, kafirləri məhv edən, müsəlmanların rəhbəri, mücahidlərin nuru, abidlərin zinəti, (Allah qorxusundan) ağlayanların fəxri, səbirlilərin əndözümlüsü, Allah Peyğəmbərinin ailəsindən çıxmış inqilabçı şəxsin oğluyam. Mənim nəsil-nəcabətim o şəxsdir ki, Cəbrail onun himayədarı, Mikail onun köməkçisi, özü də müsəlmanlarınhimayədarı və namuslarının mühafizəçisidir. Mən dindən çıxanlarla (mariqinlə), əhd-peymanınıpozanlarla (nakisinlə), zalımlarla (qasitinlə) mübarizə aparıb Allahın kinli düşmənlərinə qarşı cihadedən şəxsin oğluyam. Mən Peyğəmbərə (s) hamıdan qabaq iman gətirən, müsəlmanların qabaqcılıolan və Qüreyşin ən üstün şəxsinin oğluyam. O, zalımların düşməni, müşrikləri məhv edən, münafiqləri qırmaq üçün atılmış Allah oxu, abidlərin hikmətli dili, Allah dininin köməkçisi, Allahıntəyin etdiyi rəhbər, Allah hikmətinin gülzarı və Allah elminin mərkəzi idi... Fatimeyi-Zəhranın (s.ə.) oğlu mənəm. Xanımlar xanımının oğlu mənəm...»
İmam Zeynəlabidin (ə) özünü, əslində isə imamət şəcərəsini tanıtdırmaq üçün o qədər söz dedi ki, camaatın ağlamaq səsi göyə ucaldı.
Yezid çaxnaşma düşəcəyindən qorxub azançıya əmr etdi ki, azan versin. Azançı ayağa qalxıb azan verməyə başladı: «Əllahu-əkbər, Əllahu-əkbər.»
İmam Zeynəlabidin (ə) buyurdu: «Allah hər şeydən böyük, hər şeydən əzəmətlidir.»
Azançı «Əşhədu əlla ilahə illəllah» deyəndə, imam Zeynəlabidin (ə) buyurdu: «Bəli, mənim tüküm,dərim, ətim və qanım Allahın yeganəliyinə şəhadət verir.»
Azançı dedi: «Əşhədu ənnə Muhəmmədər-Rəsulullah!»
İmam Zeynəlabidin (ə) belə bir fürsətin nitizarında idi, minbərin üstündən üzünü Yezidə tutub buyurdu: «Yezid, Mühəmməd (s) mənim cəddimdir, yoxsa sənin cəddin? Əgər desən ki, sənin cəddindir, yalan demiş və haqqı danmış olarsan. Yox, əgər desən ki, mənim cəddimdir, bəs onda nə üçünonun övladlarını öldürdün? Nə üçün atamı günahı olmaya-olmaya şəhid edib mal-dövlətini qarətedərək ailəsini əsir etdin?... And olsun Allaha, əgər dünyada bir nəfər varsa ki, Peyğəmbər onuncəddi olsun, o da mənəm! Bəs nə üçün bu kişi (Yezid) mənim atamı zalımcasına öldürdü və bizi(Rum imperiyasından tutulmuş) əsirlər kimi gətirdi? Ey Yezid! Bu cür iş görürsən, sonra da«Muhəmmədur-Rəsulullah» deyib üzü qibləyə durursan? Vay olsun sənin halına! Qiyamət günüatam və cəddim sənin düşmənin olacaqlar.»
Yezid azançının üstünə qışqırdı ki, davam etsin. Məclisdə böyük səs-küy yarandı. Kimisi namaz qılıb, kimisi də namaz qılmadan dağılıb getdi.» (Kamili-Bəhayi, səh.301.)
Yazar. Rza Şükürlü
Mənbə. maidə.az