Avropanın ən bahalı futbolçuları – SİYAHI

Avropanın ən bahalı futbolçuları – SİYAHI

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) Avropanın TOP-5 liqasında çıxış edən ən bahalı futbolçuların adlarını açıqlayıb. 1news.az Komanda.az-a istinadən xəbər verir ki, 100 futbolçunun yer aldığı siyahıda "Yuventus"un hücumçusu Kriştiano Ronaldo ilk 10-luğa düşə bilməyib. Siyahıya PSJ-nin 20 yaşlı futbolçusu Kilian Mbappe başçılıq edir. Onun transfer dəyəri 252 milyon avro müəyyən olunub. 2-ci sırada 219,6 milyonla "Liverpul"dan Məhəmməd Salah, 3-cü yerdə isə 207,8 milyonla "Mançester Siti"li Rahim Sterlinq yer alıb.
  "Barselona"nın futbolçusu Lionel Messi 167,4 milyonla 4-cü, "Yuventus"lu Kriştiano Ronaldo isə 118,1 milyonla 20-ci sırada yer alıb. İlk 10 yeri təqdim edirik: 1. Kilian Mbappe (PSJ) - 252 milyon 2. Məhəmməd Salah ("Liverpul") - 219,6 3. Rahim Sterlinq ("Mançester Siti") - 207,8 4. Lionel Messi ("Barselona") - 167,4 5. Ceydon Sanço ("Borussiya", Dortmund) - 159,4 6. Sadio Mane ("Liverpul") - 157,8 7. Harri Keyn ("Tottenhem") - 155,2 8. Roberto Firmino ("Liverpul") - 144,2 9. Antuan Qrizmann ("Atletiko") - 143,8 10. Leroy Sane ("Mançester Siti") - 137,1 Mənbə. 1news.az
568 Views