Beyin, Yoxsa Kompüter ?

Beyin, Yoxsa Kompüter ?

Son zamanlar sürətlə inkişaf edən texnologiyanın, robotların, kompüterlərin insan beynini geridə qoyması ilə bağlı düşüncələr mövcuddur. Görəsən bu həqiqətdirmi ?   BGR’dakı bir məqaləyə görə keçən bir neçə il ərzində elm adamları, insan beyninin qarma-qarışıq funsksiyalarını təqlid etmək üçün tədqiqatlar aparmışlar.   Bioloqlar, toplam 90 milyard sinir hüceyrəsinin, “sinaps” adlandırılan trilyondan çox əlaqənin mövcud olduğu insan beyninin təqlid edilə bilinməyəcəyini qeyd etmişlər. Belə ki, çox araşdırmalar nəticəsində çox maraqlı bir nəticə ilə rastlaşmışlar. Normal bir insan beyninin fəaliyyətinin sadəcə 1 saniyəsini təqlid etmək üçün 82000 kompüter prosessoru gücündə bir mexanizmanın mövcudluğu lazımdır.  Bu nəticəyə görə insan beyninin fəaliyyətlərini yaddaşda saxlamaq üçün ən az petabytelik enerjiyə ehtiyac vardır. Araşdırmanın nəticələrindən də görüldüyü kimi insan beyni dil qabiliyyəti, düşünmə texnikası, duyğusal zəka göstəricilərinə görə kompüter və digər mexanizmalardan üstündür. Gələcəkdə nə olacağını bilinmir, amma ən azından bugünkü reallıq budur. Mənbə.bilgibazarı.com
568 Views