Napoleon Bonapart həyatı
Fransanın görkəmli yazıçısı Anna Luiza Stal bir gün Napoleona rast gəldikdə: «İmperator həzrətləri, portretinizi mənə yadigar olaraq verməyinizi xahiş edirəm.» Napoleon üzərində öz şəkli olan pulu cibindən çıxarıb ona vermiş və demişdi: «Buyurunuz, bu da mənim portretim!»
Bir dəfə Taleyrana xəbər verdilər ki, Napoleonun oğlu artıq özü yeriyə bilir, hətta hərdənbir qaçmaq da bacarır. Bu hadisə, Napoleon ordusunun Rusiyada məğlubiyyətə uğrayıb geri çəkildiyi 1812-ci ilin axırında baş vermişdir. Taleyran bu xəbəri eşidib demişdi: - Çox qəribə hadisədir ki, ata ilə oğul eyni zamanda qaçmaq öyrənirlər.
Boyda kiçik olan (164 sm) Napoleon dəmir iradə sahibi kimi hamını özünə tabe edə bilirdi. Öz qüvvəsinə inam o qədər güclü idi ki, nəyi isə bacarmayacağı, nəyin isə öhdəsindən gələ bilməyəcəyi fikri onun üçün ağlasığmaz idi.
Deyirlər ki, bir dəfə Napoleon, atını mahmızlayıb yerə düşən bombaya tərəf çapırmış, yanmaqda olan bomba partlayaraq atla birlikdə onu havaya qaldırır. Bonapart sıçrayaraq tez başqa ata oturub oradan uzaqlaşır. O, hətta cüzam və taun xəstəliyinə tutulanların yanına qorxmadan girərmiş.
Döyüşün qızğın vaxtı ölümcül yaralanmış marşallardan biri Napoleona düşmən üzərində qələbəni xəbər vermək üçün bir neçə yüz metrlik məsafəni at üstündə çaparaq: «Əlahəzrət, biz qalib gəlirik» – deyəndə, Napoleon başından yaralanmış marşala qorxu və təəccüblə baxıb: «Aman allah, marşal siz necə də ölümcül yaralanmışsınız» - demişdi. Marşal: «Siz səhv edirsiniz, əlahəzrət, mən çoxdan ölmüşəm» - cavabını vermiş, dərhal atından yıxılıb canını tapşırmışdır.
Misirdən Hindistana səfər zamanı Napoleon arvadı Jozefinanın ona xəyanət etdiyini eşidir. Bu xəbər Napoleonda şiddətli reaksiyaya hətta konvulsiyaya səbəb olur. Deyilənə görə bu səbəbdən ruhdan düşmüş sərkərdə Sen-Jan D'Akr qalasının mühasirəsini və Hindistana yürüşünü lazımi dərəcədə təşkil edə bilmir.
Napoleon demişdir: «Düşmənə qələbə çalmağın ən əla üsulu – düşməni özünə dost etməkdir.»
Napoleon döyüşdən sonra meydanda qalan minlərlə fransız əsgərlərinin meyitinə baxıb demişdi: «Eybi yoxdur, Parisdə bir gecəyə bunun yeri bərpa olunacaq».
Tarixi məlumatlara görə, Napoleon Bonapart 1821-ci il mayın 5-də Müqəddəs Yelena adasında vəfat etmişdir, həm də o arsenlə zəhərlənmişdi. Lakin ölən adamın Napoleon olması bir qədər şübhəli qalmışdır. Belə ki, güman edildiyinə görə, ölən Napoleona oxşayan Revar adlı bir şəxs olmuşdur. Napoleon etibarlı dostlarının köməyi ilə qaçırılmış, yerinə Revar salınmışdır. Napoleon isə Avstriyada arvadının təkidi ilə qeydiyyatsız bir qəbirdə basdırılmışdır.
Fransa İmperatoru və böyük sərkərdə I Napoleon (1769-1821) müqəddəs Yelena adasında sürgündə olduğu zaman ingilislərin onun ətrafında güclü keşikçi dəstəsi qoyduqlarını görüb demişdi: «Mənim burada qaçacağımdan qorxmamaq üçün yeganə vasitə məni məhv etməkdir. Çünki ancaq ölülər qayıtmazlar.»
Yaxınlığında gedən qanlı vuruşmaların qızğın çağında, düşmən fransız qoşunlarını şiddətli atəşə tutduğu zaman Napoleon qoşuna komandanlığı marşal Bertyeyə tapşıraraq özü yerə sərilmiş, xəz paltonun üstünə uzanaraq dərhal yuxuya getmişdir. Eyni hadisə Vaterlouda bir daha təkrar olunur. Səhər vuruşdan əvvəl onu yuxu aparır və döyüşün başlanmasına iki saat gecikir. Bütün bunlara səbəb əsəb gərginliyinin özünü göstərməsi və «stressə davamlı» Bonapartın buna davam gətirə bilməməsi olmuşdur.
Bir dəfə Napoleon əsirlikdən qaçdıqdan sonra yenicə özünə qoşun topladığı vaxtlarda bir dəstə gizli bir marşrutla gecə bir neçə keçmiş silahdaşları ilə qayıqla gedirdi. Gecənin bir yarısında qayığın kənarında durub, dənizə bax-baxa qayıqda onu müşayiət edən Sent-Andre və qraf Benyoya deyir:
- Görürsünüzmü necə heyrətamiz bir fürsət! Bütün dünyanın taleyi indi cəmisi bir güclü zərbədən asılıdır.
Nəzərdə təbii ki, özünün itələnib dənizə atılmasını tutur. Qraf Benyo bu sözlərdən bərk həyəcanlanır və titrəyə-titrəyə deyir:
- Nə danışırsınız ! Belə deməyin siz allah ! Sent-Andre isə çox sakitliklə deyir:
- Narahat olmayın imperator, dünyada qətiyyətli insanlar çox nadirdir.
Səfər uğurla başa çatdı qayıdan başı yolda Sent-Andre bayaqkı vəziyyəti yadına salıb Qraf Benyoya deyir :
- Bilirsən, inanın ki, bir vaxt gələcək, biz onun bugünkü səfərinin onun üçün uğurla başa çatmasına görə qanlı göz yaşları ilə ağlayacağıq.
Yəqin ki, Napoleonun həyatında bu cür hallar çox olubdu ki, insanlar sonradan belə fürsətləri əldən verdikləri üçün heyfslənsinlər.
1798-ci ildə Napoleon növbəti dəfə verdiyi qonaqlıqlardan birində məclisə yığılanlara həvəslə öz İtaliya yürüşü barədə danışır. Məclis çoxdan başa çatıb və qonaqların bir çoxu artıq getmək istəyir. Lakin Napoleon söhbətə o qədər aludə olur ki, onu başa çatdırmağı hələ ağlına belə gətirmir və elə hey danışır. Bu vaxt Jozefina bir neçə dəfə ona işarə edir və yaxınlaşıb qulağına qurtarmaq barədə nə isə deyir. Lakin Napoleon hələ də danışmağında davam edir. Nəhayət Jozefina ona yaxınlaşır, zarafatla çiynindən vuraraq qulaq asmaqdan yorulduğunu deyir:
- Cənablar - Napoleon zarafatla deyir - görürsünüz, arvadım məni döyür.
Qonaqlardan biri Kollei d'Arlevil buna cavabən dərhal deyir :
- Hamıya məlumdur ki, bu imtiyaza yalnız o malikdir, cənab imperator.
Napoleon heç vaxt generalların «bəlkə», «deyəsən» və s. tipli qeyri-müəyyən sözlərlə danışmasını sevməzdi. Generallar da onun bu xasiyyətini çox yaxşı bilərdilər. Bir dəfə döyüşlərdən birinə hazırlıq ərəfəsində bir generaldan soruşur:
- Polkunuzda nə qədər əsgər var ?
- 1225, hökmdar! - general dərhal cavab verir.
- Bəs bunların neçəsi yaralı, xəstədir ?
- 1310!
Cavabın belə səlis və sürətli verilməsi Napoleonu sakitləşdirir və ağlına da gəlmir ki, cavabları tutuşdursun.
https://youtu.be/wRtTyhpp53Q?t=2
Mənbə İlyas Həsənov,Ellada Həziyevanın Əslində onlar kimdir? kitabından
Mənbə sayt. kayzen.az