Qədim Afinada qadınların sosial statusu

Qədim Afinada qadınların sosial statusu

Qədim Yunanıstanda qadına münasibət qədim yunan filosofu Sokratın «Qadınlar heç də kişilərdən pis deyillər. Onlara lazım olan yalnız bir qədər artıq fiziki qüvvə və ağıl enerjisidir» - ifadəsində öz əksini tapmışdır. Afinada qadınların sosial statusu barədə danışanda, qeyd etmək lazımdır ki, qullara nisbətən onlar bir qədər artıq siyasi və vətəndaşlıq hüququna malik idilər, ömür boyu onlar yaxın kişi qohumunun tam tabeliyində olublar. Onlar formal təhsil almırdılar, ömrünün çox hissəsini öz evlərinin, qadınlara məxsus hissəsində, keçirirdilər və arzularından asılı olmayaraq, ərə gedirdilər. Arvad, çox az hallarda əri ilə birgə nahar edirdi (evdə qonaq olanda o heç vaxt əri və qonaqlarla bərabər əyləşib nahar etməzdi). Evin astanasından kənara ayaq basmağa çox az hallarda icazə verilirdi, evdən çıxanda isə onun yanında mütləq yaşlı bir adam olmalı idi, evdən çıxarkən o, yalnız 1 obol (müasir analogiyaya görə bir buterbrod və bir stəkan südün qiymətidir) qiymətində yeməyi, üç ədəd geyim paltarı, yemək və içmək üçün su götürə bilərdi. Ər, öz arvadı ilə hər bir səbəb olmadan, boşana bilərdi əgər arvad ərinə xəyanət edirdisə o, qanuna görə, onunla boşanmalı idi. Arvad yalnız ən son həddə çatdırılmış bir vəziyyətdə (ərin xəyanəti buraya daxil olunmurdu) onunla boşana bilərdi. Bir sıra alimlər belə qeyd edirlər ki, həqiqətdə vəziyyət o qədər də pis deyildi, rəsmi qadağalara baxmayaraq, qadınlara teatra, heykəltəraşların emalatxanalarına getməyə və ildə bir neçə gün Tesmoforidə qadın bayramlarında iştirak etməyə icazə verilirdi. Bununla bərabər aydın olur ki, Afina qadınların sosial statusu, onların müasirlərinin Babilistan, Misir və yəhudilərin arasında olan sosial statusa bərabər idi. Qədim yunanlar – afinalılar siyasət, fəlsəfə və incəsənətdə sferaların yeni musiqi simfoniyasını yaradırdılar, lakin bir qədər yerə endiriləndə onlar az qala palçıqda eşələnirdilər. Hər yerdə olduğu kimi, e.ə. I minillikdə Yunanıstanda qadınlardan bəziləri sərbəst təfəkkürə malik olsalar da, onlar daşınmaz əmlak sayılırdı. Qədim dövrdə yunan üçün qadın (onun yaşından və sosial vəziyyətindən asılı olmayaraq) «gyne – uşağı boyunda yetişdirən adam» idi. Yunanlar qadına münasibəti sisteminə yeni «elementi də əlavə etdilər. Əgər babilistanlılar və misirlilər qadın cinsinə qarşı çox vaxt əsəbi ifadələrlə çıxış edirdilərsə, əgər yəhudilər xain çıxmış arvadlarına qarşı açıq nifrətlərini bildirirdilərsə, yunanlar isə e.ə.III əsrə qədər qadınların hamısını ağılsız, əxlaqi cəhətdən kəsirli məxluq hesab edirdilər. Belə başa düşmək olar ki, qadınlar savaddan məhrum olduqlarına görə ağıllı deyildilər. Mənəvi cəhətdən ona görə kəsirli idilər ki, kişilər azuqə haqqında fikirləşmək əvəzinə vaxtlarını xalq iclaslarında həddən artıq faydasız söhbətlərə sərf edirdilər. O dövrlərdə qədim yunanlar üçün ailədə harmoniya xarakterik hal deyildi. Qadınlar çox vaxt yunan faciələrin surətləri kimi çıxış edirdilər, öz ərini öldürmüş Klimetnestra, qardaşını tikə-tikə doğrayan, sonra da öz oğlanlarını öldürən Medeya, günahsız adamı nahaq yerə təqsirləndirən və sonra da özünü öldürən Fedra, anasının ölümündə günahı olan Elektra. Hətta faciələrin qəhrəmanları belə qüsurlu idilər. İlahə Afrodita gözəl, füsunkar və abırsız idi. Həmin sözləri Yelena Troyanskaya barədə də demək olar. Sadiq və ləyaqətli Penelopa ona qarşı o qədər də sədaqətli olmayan və səyahətlərə çıxmış əri Odisseyin 20 il yorulmadan yolunu gözləmişdir, belə ki, heç bir ağlı başında olan yunan təsəvvür edə bilməzdi ki, onların münasibətlərini müvəffəqiyyətlə bərpa olunmasının şansı var idi. Alkestidanın fədakarlığı – bu xaraktersiz, iradəsiz məxluqun əməli idi. Afinanın kişiləri bu cür düşünürdü. Alkestida onun arvadı olsa da, onunla birgə olanda o, hədsiz dərəcədə darıxırdı. O, belə məziyyətləri olan arvad tapsa idi, özünü xoşbəxt hesab edərdi. E.ə VIII əsrin sonunda yaşamış yunanların Homerə qədər hörmət etdikləri kəndli şair Hesiod, – kişi ümumiyyətlə nə üçün evlənməlidir? – sualını bu cür aydınlaşdırır: “Qadınların başımıza gətirəcəyi bütün bədbəxtliklərdən qaçmaq üçün evlənməyənlər qocalıb əldən düşdükləri zaman onların əl tutanları (övladları) olmayacaqdır”. O biri tərəfdən kişi, taleyinə tabe olaraq evlənməli olarsa, ola bilsin ki, onun qarşısına mərhəmətli və sağlam qadın çıxsın. Lakin bu halda da kişi görəcəkdir ki, onun həyatında yaxşılıqdan çox yamanlıq vardır. Kişi üçün 30 yaşında, qadın üçün isə 16 yaşında nigaha girmək əlverişli sayılırdı və ümumiyyətlə tövsiyə edilirdi ki, qadınla evlənmək lazım deyil, onu satın almaq lazımdır, o zaman vacib olarsa, onu kotanın ardınca qoşulmağa da məcbur etmək olar. Mərhəmətli qadın barədə Afina təsəvvürü qədim yəhudilərdə çox oxşar idi. O, bakirə və sağlam düşüncəli olmalı, toxumağı, tikməyi bacarmalı, nökərləri idarə etməli, ərinin əmlakı və pullara qənaət etməli, bətnində uşağı saxlamalı və ləyaqətlə müdrikcəsinə təsərrüfatı idarə etməyi bacarmalı idi. Yunan kişisi, Redyard Kiplinqlə tam razılaşmalı idi. O, 2000 il sonra demişdi: «Qadın – yalnız qadındır, yaxşı siqara isə – tüstüdür». Kişilərin qadınlara və nikaha olan belə mənfi fikri ümumiyyətlə (yəqin ki, tarixdə ilk dəfə) ona gətirib çıxartdı ki, həddən çox ərə getməmiş qadınların sayı artdı. Bu situasiya çoxsaylı müharibələrdə tələf olan kişilərin hesabına daha da kəskinləşə bilərdi, lakin anadan olan qız uşaqlarının dərhal öldürülməsi adəti cinslərin bərabərliyinin saxlanılmasına köməklik edirdi. Düzdür, Spartada bəzən yeni anadan olmuş oğlan uşaqlarını da öldürürdülər, belə ki. spartalıları yalnız kəmiyyət deyil, keyfiyyət problemi də maraqlandırırdı. Bu, qədim yəhudilərdən sonra ilk cəmiyyət idi ki, yevqenikaya (bioloji təlim) çox aludə olaraq, Spartada bütün yeni doğulan uşaqların hamısını hərtərəfli yoxlamadan keçirərək, zəif, xəstə, çatışmayan cəhətləri olan uşaqları Tayqet dağının ətəyində ölmək üçün qoyub gedirdilər. E.ə. X əsrin ortalarından VII əsrin sonuna kimi Afina doriyalıların hücumlarından sonra ardı kəsilməyən qaçqınların artdığına görə çox əziyyət çəkirdi. E.ə 750-ci ildə uzaq dənizlərdə əldə etdikləri müstəmləkələrin hesabına Afinada əhalinin sayı aşağı düşmüşdü. Lakin o dövrdə istisna etmək olmazdı ki, kişilərin qadınlara olan mənfi münasibəti, şəhərin əhalisini lazımi həddə çatdırılması üçün onların özləri də düşünülmədən atdıqları addım idi. E.ə IV əsrin, xüsusilə də III əsrin sonunda öz arvadlarına aid olmasa da, Afina kişilərində başqa qadınlara maraq oyanmağa başladı, lakin afinalıların ləyaqətli ailə başçısı olmaq fikri yox idi. Hər şeydən əvvəl bu, geteralara olan marağın artması ilə bağlı idi. Qadınlara qarşı müsbət münasibətinin yaranması, ilk növbədə Böyük İsgəndərin dəniz istilaları ilə bağlı idi: kişilərin dünyagörüşünün, qismən də onların siyasi fəallığının artmasına, rifah hallarının yaxşılaşmasına səbəb oldu. Bu isə kişilərin vaxtlarının daha çox olması və azad pulların miqdarının artması demək idi. Bu, heykəl taraşlıqda özünü büruzə verirdi. Əvvəllərdə kişi heykəlləri geyimsiz, qadınlarınkı isə geyimli olurdu. İndi isə qadın heykəllərinin örtüyü düşməyə başladı. Bu səhnə mədəniyyətində özünü göstərməyə başladı. Köhnə komediya əsasən siyaşiləşmiş idi; yenilərdə kişi və qadın arasında romantik məhəbbətə üstünlük verilirdi. Heteralar gözəl, savadlı, istedadlı, ağıllı idilər və çox vaxt onların klassik ədəbiyyatdan məlumatları olurdu. Afinalıların qanuni arvadlarının geteralarla rəqabətə girməsi üçün şansları qalmamışdı. Afinalı kişiləri geteralarda o cəlb edirdi ki, arvadlarına icazə vermədiklərini geteralar edirdilər. Məsələn, masa arxasında intelektual söhbətə qoşulmaq, mədəni, siyasi həyatdan kifayət qədər xəbərdar olmaq üçün axşam yeməyi zamanı arvadlara kişilərlə bir masa arxasında oturmağa icazə verilmirdi. Aşağa mənsəbdən olan geteralar isə uşaqlıqdan kübar mədəniyyətini öyrənirdilər. Geteralar bəzən kişi məşğələlərində müvəffəqiyyət əldə edirdilər. B.e-ın VI əsrində yaşamış Targeliya adlı Coniyale getera İran şahı Böyük Kirin agenti olmuş və İoniyanın könülü olaraq İranın hakimiyyəti altına keçməsinə kömək etmişdir. Makedoniyalı İsgəndərin məşuqəsi olan afinalı Taisin Persepolisin yanmasında əli olmuşdur. Sonralar o, I Ptolomeyə ərə getmiş və Misirin çariçasi olmuşdur. Məşhur geteralardan sayılan afinalı Aspaziya ədəbi və siyasi salonların sahibəsi idi, o dövrün məşhur adamları bu salonlara təşrif gətirirdilər. Ona görə Perikl öz adamlarından, uşaqlarından imtina etmişdi, hesab edilir ki, onun birbaşa təsiri ilə Afina, Samosa müharibə elan etmişdi. Bəzi heteralar özlərinin çiçəklənən çağlarında çoxlu pullar yığmağa və bu pulları böyük maliyyə gətirən işlərə sərf edirdilər. Afinalı Lamiyə Korinfin yaxınlığında Sikion şəhərində dağıdılmış rəssamlıq qalereyasını bərpa etdi, Frakiya heterası Rodopis isə, deyildiyinə görə Misirdə bütöv bir piramidanı tikdirmişdi. Heteralardan sonra sosial nərdivanın bir pillə aşağıda kəniz-məşuqələr dayanırdı, onlar haqqında az məlumat vardır. Hər halda, kəniz-məşuqənin vəziyyətini xoşbəxt adlandırmaq olmazdı, onun arvad kimi qanuni hüquqları, hetera kimi müstəqilliyi yox idi. Sahibi ondan bezəndə, onu sata bilərdi və bu işdə ona heç kim mane ola bilməzdi. Mənbə. kayzen.az məqaləsi
568 Views