Onibaba qorxu filmi.

Onibaba qorxu filmi.

Qorxu janrında film desəniz biraz tarixi köhnə olan film tövsiyə edə bilərəm. Kaneto Shindo-nun "Onibaba (1964)" adlı filmindən qısa da olsa bir iki bir şey deyecəm. İlk öncə bu film hansı filmlərin çəkilməsinə ilham mənbəyi olub onu baxaq.
William Friedkin-in qorxu janrında şah əsəri olan "The Exorcist (1973)" bu filmdən ilahamlanıb
Jim Carrey-in iştirak etdiyi The Mask (1994) filmindəki Maskanın Onibaba filmindəki maskaya bənzəməsi.
Hideo Nakatinin "Ringu (1998)" filmindəki quyu hissəsinin Onibaba filmindən təsirlənməsi.

Pacific Rim (2013) filmindəki canavarlardan birinin adı Onibaba idi.

Night Shyamalanın "The Village (2004)" qorxu filmi də Onibaba filmindən təsirlənib. Zamanına görə Onibaba filmi çox möhtəşəm işidir. Hətta filmin qeyd etdiyim kimi bu günlərdə çəkilən filmlərə təsiri danılmazdır. Film qorxu janrında olmasına rəğmən fəlsəfi mesajları da bir xeyli çoxdur. Alman filosof Nitşenin "Canavarlarla savaşanlar canavar olmamaqlarına diqqət etməlidirlər". Məhz filmdəki canavar da kişinin nəfsini təmsil edir. İnsanın öz nəfsi ilə mübarizəsinə diqqət etmədiyi halda, vəziyyəti Onibaba filmində fərqli olmayacaq.

Mövzusu-
XIV əsrdə Yaponiyada Nanboku-chō dövründə Şimali və Cənub hökmdarları arasında uzun sürən vətəndaş müharibəsi zamanı zorla müharibəyə götürülən döyüşçü Kiçin uzun zamandır evinə dönmürdü Bu vaxt ərzində yaşlı anası (Nobuko Otowa) və həyat yoldaşı (Jitsuko Yoshimura) Kiçinin yolunu gözdəyirdi . Alaq otları ilə örtülmüş bir bataqlıq ərazidə yoxsulluq içində yaşamağa çalışırlar. Kiçinin qayıdacağını gözləyərkən həmin ərazidən keçən yolunu azmış yaralı əsgərləri tələyə keçirərək qamışların içərisinə öldürürdülər, sonra əllərində olanları ilə qarət etdib və çılpaq cəsədlərini bataqlıqdakı dərin bir quyuya atdılar. Əsgərlərin qiymətli silahlarını və əşyalarını yemək qarşılığında ətrafdakı tacirlərə sataraq dolanışıqlarını davam etdirirlər.

Ta ki bir gün Oğlu ilə müharibəyə gedən qonşularından olan Hachi (Kei Sato) müharibədən qaçıb gəlir. Hachi yaşlı qadına oğlunun öldüyünü öz gözləri ilə gördüyünü söyləyir. Haci onların yaxınlığında bir daxmadan məskən salır. Lakin Yaşlı ana Gəlinini yanında saxlayan tək yeganə şeyin, oğlunun bir gün çıxacağına ümid etməsinin bu xəbərlə yıxılacağını çox yaxşı bilirdi. Yaxınlıqdakı daxmada məskunlaşan bu etibarsız, qaçan hərbçi gəlininə padxod etməyə və gəlin də ona biganə olmadığını görən ana narahat olmağa başlayır. Üçü də birlikdə əsgərləri öldürməyə və qarət etməyə davam edərkən, gəlin və Hachi arasındakı yaxınlaşma yaşlı qadını narahat edir . Bunun üçün tədbir almağı çalışan yaşlı ana anidən hər şeyi dəyişməyinə səbəb olacaq. Bundan sonrasını demək spoiler ola bilər ona görə izləməyi tövsiyə edirəm.

568 Views