Yemək yeyərkən izləyə biləcəyiniz Youtube kanalları

Yemək yeyərkən izləyə biləcəyiniz Youtube kanalları

Yemək yeyərkən telefonu qurdalamaq əvəzinə maraqlı videolar izləyə bilərsiniz. Bunun üçün sizə bir neçə maraqlı Youtube kanalları seçdik. 1. Barış Özcan Barış Özcanı ölkəmizdə də bir çox insan tanyır. İncəsənət, dizayn və texnologiya qavramlarını əsas götürərək, çəkdiyi videolar ilə həm əylənib, həm də bir çox şey öyrənə bilərsiniz. 2. Daire Bu kanalda maraqlı ev interyerləri və həmin evin içində yaşayan və onu dizayn edən insanları görəcəksiniz. 3. Ortapia Bu kanalda da maraqlı məlumatlar öyrənə biləcəyiniz informasiya dolu videolar mövcuddur. 4. Ted Ed (ingiliscədir, türkcə və ya rusca altyazı ilə baxmaq olar) Bu kanalda videoları izah etmək üçün animasiyalardan istifadə olunur. 5. Kurzgesagt – In a Nutshell (ingiliscədir, türkcə və ya rusca altyazı ilə baxmaq olar) Daha bir animasiyalı kanal, burada da bir çox maraqlı informasiya və onlara maraqlı baxış tərzlərini ortaya qoyan işləri görə bilərsiniz. 6. Liziqi Bu çinli bir qızın kanalıdır. Hansı ki, istifadə etdiyi hər şeyi özü hazırlayır və elə yaşayır. Tamamilə təbii şeylərlə necə yaşadığını isə videolara çəkərək yayımlayır. 7. TedxTalks Ted çıxışlarını da bir çoxumuz bilirik. Yemək yeyərkən izləmək istəyəcəyiniz videolar arasında ola bilər. 8. Belə Belə işlər Azərbaycan kanalıdır, tarixdəki və ya günümüzdəki şəxsiyyətlər, insanlar haqqında məlumatları yayımlayır. 9. Technote Texnologiya həvəskarısınızsa, öz dilimizdə yayımlanan texnologiya aləminə aid videoları bu kanalda tapa bilərsiniz. 10. ZehinX Azərbaycan dilində olan daha bir kanal. Bu kanalda da fərdi inkişaf mövzusunda faydalı videoları izləyə bilərsiniz. 11)Multiplayer 12) oyun konsulu  13) enis kirazoğlu 14)dost kayaoğlu  15) pindipanda  16) eastergames  17)oyun dəlisi  18)pqueen  Oyun sevərlərin üçün gözəl kanallardır. Qabağcadan çıxan oyunlarla bağlı müzakirələr xoş söhbətlər və gündəm xəbərləri olan kanlardı. Digərlərindən fərqli olaraq Pindipanda,  easter games, oyun dəlisi və pqueen isə yeni çıxan oyunlar oynayır. 19) Akın saatçı 20) Ağırsağlam  İdmanla bağlı əyləncəli motivasiya dolu məlumatlar və idman dietinin incəliklərini öyrənə bilərsiz Mənbə. bildirchin.az
568 Views