Astma xəstəliyi

Astma xəstəliyi

Astma tənəffüs yollarının iltihabi xəstələyi olub, xırıltılar, tənəffüs müddətinin qısalması, öskürək, döş qəfəsində gərginliklə xarakterizə olunur.Astma tənəffüs yollarında olan iltihab nəticəsində əmələ gəlir. Ölkəmizdə astma xəstəliyi tez-tez rast gəlinsə də dəqiq statistika yoxdur. Amerika Birləşmiş Ştatlarında təxminən 20.5 milyon amerikalı astma ilə xəstədir. Astmalı xəstələrin böyük əksəriyyətinin ailəsində və ya özündə  allergik rinit və ya ekzema tipli allergiya var. Astma tutmaları zamanı tənəffüs yolları əzələləri gərginləşir, selikli qişasi şişkinləşir. Bu bronxlarla keçən havanın həcmini azaldır və quru xırıltıların əmələ gəlməsinə səbəb olur. Bəzi xəstələrdə quru xırıltılar tutmalar şəklində olaraq simptomsuz dövrdən seçilir. Bəzi xəstələrdə uzun müddətli tənəffüs müddətinin qısalması müşahidə olunur. Digər qrup xəstələrdə isə öskürək əsas simptom olaraq qalır. Astma tutmaları bir neçə dəqiqədən bir neçə günədək davam edir. Tənəffüs həcmi kəskin azalarsa təhlükəli ola bilər. Həssas insanlarda allergiya törədən maddələrlə nəfəs alma xəstəliyin başlamasına start verə bilər. Bunlara heyvan xəzi, gənə, tarakan allergenləri, bitki tozları, plastik tozlar daxildir.  Eyni zamanda respirator infeksiyaları, soyuq hava, siqaret çəkmə, stress, qida və dərman allergenləri da buna səbəb ola bilər. Bəzi xəstələrdə aspirin və digər qeyri steroid tipli iltihab əleyhinə olan preparatlar astmanı provokasiya edə bilər. Astmanın əlamətləri (astmanın simptomları) — xırıltılar — qəfil başlanır — epizodik olur — gecə və ya səhər erkən daha güclü ola bilər — soyuq havadan, refluksdan güclənə bilər — öz-özünə keçə bilər — bronxodilatatorlarla müalicə olunur — Fiziki yüklənmə nəticəsində kəskinləşən tənəffüs qısalığı — Qabirğaarası dərinin tənəffüs zamanı dartılması
Təcili yardım simptomları: — Tənəffüsün çətinləşməsi — Üz və dodaqların göyərməsi — Həyacan və tənəffüsün qısalması — Sürətli nəbz — Tərləmə — Astma tutmaları zamanı xəstələrdə əmələ gələn çaşqınlıq Əlavə simptomlar: — Burun pərlərinin genişlənməsi — Döş qəfəsində ağrı və gərginlik — Qeyri normal tənəffüs-Nəfəsvermə nəfəsalmadan iki dəfə uzundur — Nəfəsalma müvəqqəti dayanır Astmanın müayinəsi: Allergik testlərin aparılması allergenləri tapmağa kömək edə bilər. Ümumi allergenlər heyvan xəzi, gənə, tarakan məhsulları, ev tozu, bitki və plastic tozlar allergenləridir. Ümumi tənəffüs yolları qıcıqlandırıcıları siqaret tüstüsü, ağac yanmasından və qazların yanmasından əmələ gələn tüstülərdir. Həkim ağciyərlərə qulaq asmaq üçün stetoskop istifadə edir. Xəstənin astması varsa uyğun səslər eşidiləcək. Lakin astma tutmaları arası ağciyərlər üzərində normal tənəffüs eşidilir. Əlavə olan testlər: — Ağciyər funksiyasını yoxlamaq üçün testlər — Nəfəsvermə zamanı tənəffüs həcminin ölçülməsi — Döş qəfəsinin rentgeni — Qan analizləri (eozinofillərin sayılması ilə) — Arterial qanda qazların təyini Astmanın müalicəsi Müalicə əsasən allergenlərdən, tənəffüs yollarını qıcıqlandıran maddələrdən uzaq olmaqdan və tənəffüs yollarının iltihabından qaçmaqdan ibarətdir. Müalicə üçün əsas 2 dərman növləri var: Uzun müddətli dərmanlar profilaktikası üçün istifadə olunur, onlar aşağıdakılardır: — İltihabın qarşısını alan steroidlər ( Azmacort, Vanceril, AeroBid, Flovent) — Leykotrien inhibitorları (Singulair və Accolate) — Anti-IgE terapiyası (Xolair) — Uzun müddətli bronxodilatatorlar (Serevent) — Xromolin sodium (Intal) və ya nedocromil sodium — Aminofillin və ya teofillin Bəzən steroid və bronxodilatatorlar birgə işlədilir. Tutma zamanı sürətli təsir edən dərmanlar: — Qısa təsirli bronxodilatatorlar (Proventil, Ventolin, Xopenex). — Kortikosteroidlər (prednisone və ya methylprednisolone), ağıza və ya venaya vurulur. Orta ağırlıqlı astma zamanı qısa təsir müddətli dərmanlardan istifadə olunmalıdır. Ağır formada özünü göstərərsə xəstəlik üçün daimi müalicə tətbiq olunmalıdır. Kəskin formada isə xəstəxana şəraitində müalicə aparılmalıdır. Peak flow meter (tənəffüs həcmini təyin edir) ağciyər həcmini ölçmək üçün sadə qurğudur, tutmanın başlayacağını simptomlardan əvvəl xəbər verir. Peak flow meter dərman müalicəsini nə zaman başlamağa ehtiyac olduğunu göstərir. Peak flow  50-80% arası olarsa bu orta ağırlıqlı xəstəlikdir,  50%-dən aşağı isə kəskin tutmadır. Ağırlaşmalar: — Tənəffüs sisteminin üzülməsi — Dərmanların əlavə təsirləri — Pnevmotoraks — Ölüm Həkimə nə zaman getməli: Əgər siz və ya uşağınız astmadan əziyyət çəkirsinizsə həkimə müraciət edin. Tənəffüs həcmi 50-80%-dirsə və əlamətlər əvvəl yazılmış müalicə ilə azalmırsa təkrar müayinəyə gedin. Kəskin tənəffüs problemləri, döş qəfəsində ağrı ilə təcili yardıma müraciət edin. Astma xəstəliyi zamanı profilaktika Allergenlərdən uzaq olmaqla xəstəliyin kəskinləşməsinin qarşısını almaq olar. Bunu toza allergiyası olanlarda evdən xalçaları yığışdırmaqla, quş tükündən olan balışları dəyişməklə, tez-tez evləri təmizləməklə etmək olar. Belə insanlar tüklü heyvanlardan da uzaq olmalıdır. Eyni zamanda belə xəstələr siqaret tüstüsundən və sənaye tüstülərindən də uzaq olmalıdır.   Bir çox xəstəlikləri sivilizasiyanın «ayağına» yazırlar. Belə xəstəliklərdən biri də astmadır. Amma bu xəstəlik qədimdən məlumdur. Məsələn, Homerin «İliada»sında Axill Hektorun boğazına nizə yeridir və o, «astma»ya məruz qalır. Doğru tapdınız: «astma» yunanca «boğulma» mənasını verir. Astmanın nə olduğunu anlamaq üçün ona tutulmaq lazımdır. Doğrudan da, rahat nəfəs almamağın nə demək olduğunu hər adam dəqiq izah edə bilməz. Xəstəliyin mahiyyəti bronxların allergiyaya həddən artıq həssas olmasındadır. Nəfəsalmada dəyişikliklər üzündən bronxlar sıxılır və nəfəsalma cingiltili və xırıltılı olur. Eyni zamanda adam öskürür və boğulma halları baş verir. Çirkli ekologiya, virus və bakteroloji infeksiyalar, müxtəlif qida əlavələri, məişət şəraiti və ilk növbədə passiv və fəal siqarətçəkmə son on ildə astma xəstəliyinə tutulanların sayını artırıb. Əvvəllər həkimlər astmanı perspektivsiz xəstəlik hesab edirdilər. Həkimlər ən yaxşı halda xəstəni boğulmalardan xilas edə bilirdilər. İndisə vəziyyət dəyişib. Təbabətin inkişafı astmaya tutulmuş xəstələrin vəziyyətini yaxşılaşdırmağa imkan verir. Artıq astmadan əziyyət çəkənlər idmanla da məşğul ola bilirlər. Çox az adamın məlumatı var ki, «Mançester Yunayted» futbol komandasının aparıcı oyunçularından biri Pol Skouz astmadan əziyyət çəkir. Düşünə bilərsiniz: futbol hara, astma hara. Lakin, gördüyünüz kimi, P.Skouz sakitcə İngiltərə çempionatında iştirak edir. Təbii ki, astma xəstələri daim həkimlə ünsiyyət saxlamalıdırlar. Ancaq təbabətin inkişafı astma xəstəliyini yüngül keçirməyə imkan verir. Çox güman ki, yaxın gələcəkdə astma ilə mübarizədə daha yüksək nəticələr əldə etməyə şərait yaradacaq. Hələliksə insanlar boğulmaya qarşı effektli mübarizə apara bilirlər. Astma ilə fəal mübarizə aparanlardan biri olan Mariya Hopenin dediyi kimi, «Mənim astmam var, lakin mən astmanın deyiləm». Yeri gəlmişkən, alimlərin araşdırması həftədə ən azı 3 hamburger yeyən uşaqlarda astma xəstəliyinə daha tez-tez rast gəlindiyini göstərib. Alman, ingilis və ispan alimlər qrupunun 50 000 uşaq üzərində apardıqları araşdırma bu faktı tam təsdiqləyib. Yaşı 8-12 arasında olan uşaqlarda astma xəstəliyinə tutulanların əksəriyyətinin hamburger düşkünü olduğu müəyyən edilib. Mənbə nida.az və www.etibb.org Xahiş edirəm astma xəstəliyi haqqında maraqlı bilgiləri olanlar burda yazsınlar. Ən pis xəstəliklərdən biridir.
Bronxial astma-xroniki residivləşən xəstəlikdir ki,bunun da əsasında bronx reaktivliyinin immunoloji və qeyri immunoloji mexanizmlərlə şərtlənən pozulması durur. Onun mütləq kliniki əlaməti bronxospazm,bronxun selikli qişasının hipersekresiyası və ödemi nəticəsində boğulma tutması hesab olunur. Yaşlı əhalinin 3-5% bu xəstəlikdən əziyyət çəkirlər.Xəstəliyin əsas yaş qrupunu cavan yaşlı şəxslər xüsusilə də qadınlar təşkil edir. Bronxial astmanın inkişafına bir saır faktorlar səbəb olur: müxtəlif allergenlər,bəzi dərman maddələri,infeksiyalar,professional faktorlar,fiziki gərginlik,metereoloji,endokrin və psixogen faktorllar aiddir. Bronxial astmanın aşağıdakı formaları var: 1)atopik 2)infeksiyadan asılı 3)aspirinli 4)fiziki gərginlik astması 5)xolinergik variant 6)dishormonal variant 7)psixogen variant Xəstəliyin inkişafında allergik mexanizmlərə daha çox üstünlük verilir.Allergenlər infeksion faktorlar(virus,bakteriya,göbələklər və s.),heyvani mənşəli maddələr(yun,lələk,gənə və s.),bitki mənşəli allergenlər(ot və ağacların toları),sadə və mürəkkəb quruluşlu kimyəvi maddələr və s. ola bilər. İrsi meyilliyin rolu da əhəmiyyətlidir. Bronxial astma zamanı allergik reaksiya sürətli və ləng gedə bilər.Sürətli tip reaksiya allergenlə təmasda olduqdan dərhal və ya 5 dəq dən sonra inkişaf edir. Ləng tipdə isə allergik reaksiya hətta bir neçə gündən sonra da meydana çıxa bilər. Mənbə. kayzen.az Mənbə nida.az və www.etibb.org
568 Views