Qaqarin necə öldürüldü?

Qaqarin necə öldürüldü?

Bir müddət əvvəl pilot-kosmonavt Aleksey Arxipoviç Leonov Yuri Qaqarinin həlak olması haqqında gizli sənədləri ortaya çıxarıb. 1968-ci il martın 27-də baş verən faciənin təfərrüatları bütün dünyaya gizli qalmışdı. Leonov isə bu faciənin son versiyasını səsləndirib. Əslində bu haqda sənədlər Dövlət Komissiyası tərəfindən möhürlənmişdi. Lakin 2011-ci ildə həmin ekipajın bütün üzvləri dünyasını dəyişəndən sonra sənədlərin məxfiliyi aradan götürülür. Aleksey Arxipoviç müəyyən şərtlərə (məsələn, şəxsi məlumatlar hissəsinin yayılmaması kimi) əməl edərək sözügedən sənədlərlə tanış olur. Bundan başqa, orijinal versiyaların kopiyalanmaması şərtlərin ən önəmlisi idi. Amma Leonov sənədlərin təsdiq edilməsinin başqa üsullarını axtarıb tapırdı. Onun ölümündən sonra  uzun müddət müəmmalı qəzanın səbəblərinə dair rəsmi məlumatlar  bir çoxları  tərəfindən skeptik qarşılanır. Leonov, “Qaqarinin ölümü ilə həqiqəti söyləmək üçün 20 il mübarizə apardım. Qəza ilə bağlı rəsmi açıqlamada deyilir ki, guya Qaqarinin təyyarəsi ani manevr edib və yerə düşüb. Bu, tamamilə yalandır. Əslində isə hər şey fərqlidir. Qaqarinin mindiyi təyyarə havada olarkən həmin hava sahəsində başqa bir Su-15 tipli qırıcı təyyarə görünməyə başlayıb. Pilot da 450 metr hündürlüyə qalxaraq Qaqarinin təyyarəsinin 10-15 metrliyinə yaxınlaşıb. Bu da Qaqarinin təyyarəsinin yerə düşməsinə səbəb olub. Bunları mən bilirəm və hamısını şahidlər deyib. Bu anlatdıqlarım iddia deyil, Qaqarinin ölümünün əsl səbəbidir. Bunları qəzanı araşdıran komissiyanın açıqladığı gizli sənədlər də təsdiq edir. Burada gizli heç nə yoxdur” deyib. Qaqarinin həlak olmasının səbəblərini araşdırmış Dövlət Komissiyası nəticələri o dərəcədə gizli saxlayırdı ki, hətta mövcudluğunu belə bildirmirdi. Komissiyanın bəzi materiallarında göstərilir ki, Qaqarinin uçuş zonasında əlavə təyyarə uçuşuna icazə verilmir. Lakin bu maddə sənəddən götürülüb. Hazırda tapılan sənədlərdə isə Leonovun da dediyi kimi Qaqarinin təyyarəsi havada olarkən ondan 10-20 metr məsafədə başqa təyyarənin uçuşuna icazə verilib. Ən təhlükəli məqam isə o təyyarənin səs sürətindən daha sürətli uçması idi. Vladimir Komarov Qaqarinin ömrünü uzatdı 1968-ci il martın 3-də Jukovski adına Hərbi Hava Akademiyasının qərargahında toplaşanlar sadəcə yüksək vəzifəli şəxslər idi: Hərbi Hava Qüvvələrlərinin ali təhsil müəssisəsinin müdiri, Hərbi Hava Qüvvələrlərinin baş komandanının köməkçisi, general-leytenant, Sovet İttifaqı qəhrəmanı və başqaları. Saat 10.00-da polkovnik Qaqarin zala girir. Qısa məruzə ilə çıxış edir. Hesabatının əvvəlində nisbətən həyəcanlı idi, bütün zal ona qulaq asır, sual dolu gözlər ona dikilmişdi. Yuri öz çıxışını bitirib zaldakılara nəzər yetirir. Bir-birinin ardınca gələn suallar təkcə diplom işi ilə bağlı yox, həm də bu yaxınlarda nələrin baş verəcəyi ilə bağlı idi. Hətta zaldakılardan biri “Fibanoççi metodundan necə istifadə edirsiniz?” - deyə soruşur. Digər suallar kimi buna da dolğun və aydın cavab verilir. Və budur, müdafiə bitir. Komissiya müdafiə aktının hazırlığı üçün müdirin kabinetində müşavirə təşkil edir. On beş dəqiqə sonra ətrafa sakitlik çökür. Komissiyanın üzvləri yenidən öz yerlərini tutur. Komissiyanın sədri hər kəs tərəfindən imzalanmış protokolu oxuyur. Nəticə “əla” olaraq qiymətləndirilir. və Qaqarin akademiyada 6 illik təhsil hüququ qazanır. Bu vaxt ərzində o kosmonavtların birinci dəstəsinin komandiri tərəfindən və Kosmonavtların Hazırlığı Mərkəzinin rəis müavini tərəfindən “İttifaq-1” kosmik raketinin uçuşu üçün hazırlaşdırılırdı. (1966-1967) Bu uçuşda Vladimir Komarovda dublyor idi. Raket orbitə çıxarılandan sonra Dövlət komissiyası komandir Qaqarinlə və ya kosmonavt Bıkovskiylə “İttifaq-2”-nin startı üçün qərar qəbul etməli idi. Amma birinci “İttifaq” orbitə çıxanda günəş batareyasının paneli açılmır. Qaqarin bu zaman əzrayilin pəncələrindən xilas olsa da, eniş sisteminin natamamlığına görə Vladimir həlak olur. Bu hadisə Qaqarinin həyatını il yarım uzadır. Qaqarin göylərdə həlak olur Artıq martın 10-da Yuri təlimatçı ilə birlikdə uçmağa başlayır. 1968-ci il martın 27-si Qaqarin özünü “MİQ-17”-də sınayır. Amma bu uçuş onun əvvəlki bacarığını itirməkdə olduğunu göstərir. Yerə enən zaman düzgün hesablama apara bilmir və uzun müddət hərbi hava limanının üzərində dövrə vurmağa məcbur olur. O, yenidən kosmosa uçmaq niyyətində idi. Ona görə də Qaqarin inadla məşq edir, unutduqlarını bərpa etməyə çalışaraq gecə-gündüz hava limanından ayrılmırdı. Bununla belə, hamıya məlum idi ki, Qaqarin artıq təkbaşına uçmağa hazır deyil və bu, onu faciəyə doğru aparır. 1968-ci il mart ayının 27-də Moskva vaxtı ilə saat 10:18-də Qaqarin ve Seryogin Çkalovsk aerodromundan növbəti sınaq uçuşuna qalxırlar. Hava olduqca sakit və açıq idi. Sınaq uçuşu üçün 20 dəqiqə nəzərdə tutulmuşdu. Amma saat 10:30-da Qaqarin yerə enmək üçün icazə istəyir. Bundan sonra təyyarə ilə əlaqə kəsilir. 3 saatlıq axtarışdan sonra, saat 14:50-də təyyarənin qalıqlarını uçuş-sınaq mərkəzindən 85 kilometr aralı, Novoselovo kəndi ətrafında tapmaq mümkün olur. Bu, artıq son idi... Əslində nələr baş vermişdi? Martın 27-si 1968-ci il tarixinin birmənalı izahı yoxdur. Qəzanın başvermə səbəblərinin araşdırılması üzrə 3 hökumət komissiyası yaradılıb. Daha bir komissiya mövcud idi ki, onun yaradılmasından çoxlarının xəbəri olmayıb. Bir sıra ekspertlərə görə, 4-cü komissiyada "çekistlər" işləyib, məhz onların araşdırmaları "qərəzsiz" olub. Əks-kəşfiyyatın arxiv materiallarına görə, Qaqarin məhz rus səhlənkarlığının və başısoyuqluğun nəticəsində həlak olub. Fərqli fikirlər, fərziyyələr
568 Views