Smartfonun istifadə müddətinin bitmə əlamətləri

Smartfonun istifadə müddətinin bitmə əlamətləri

Batareyanın daha tez-tez sıradan çıxması və qızması, smartfonun yaxın zamanda fəaliyyətinin sona çatmasının əlaməti ola biləcəyi qeyd olunur.
"Gem4me" messencerinin sınağı üzrə mütəxəssis Anastasiya İliçevanın dediyinə əsasən, smartfonda tətbiqlərin sayının çox olması sistemi daha çox mürəkkəbləşdirir bu da cihazın resursunun daha tez tükənməsinə səbəb olur.
Cihazla diqqətsiz davranma onun sıradan çıxmasını sürətləndirə bilər. Mexanik gərginlik nəticəsində ekranla bağlı problemlərin yaranması, ekran həssaslığın azalmasına səbəb ola bilər. İliçeva telefonun fəaliyyət müddətinin tükənməsinin əlamətləri kimi tez-tez "donma", sistem reaksiyasının gecikməsi, digər müxtəlif nasazlıqların yaranmasını misal çəkib. Cihazın sıradan çıxmasının əlamətlərindən bəziləri kimi batareyanın qızması və cihazın avtanomluğunun azalması qeyd edilir. "Telefon istifadəsiz olduğu halda qızırsa, bu batareyanın təcili dəyişdirilməsi üçün ciddi siqnaldır, bu batareyanın alışmasına səbəb ola blər", - deyə mütəxəssis qeyd edir. Onun sözlərinə görə ekrandakı zolaqların yaranması, şəkillərdə görsənən kənar elementlər və şəbəkənin tez-tez itməsi, cihazın istifadə müddətinin bitməsinin əlaməti ola bilər.
Mənbə. Ölkə.az  
568 Views