5 PSIXOLOJI SERIAL TÖVSİYƏSİ 2

5 PSIXOLOJI SERIAL TÖVSİYƏSİ 2

5.Bates Motel (2013-2017) – IMDb: 8.1

Bu serial Məhşur film olan Psycho filmindəki hadisələrin öncəsindən bəhs edir. Norman Batesin anası Normanın əri öldükdən sonra oğlu ilə yeni həyata başlamaq üçün sahil yanı Oreqon şəhərində motel alması ilə başlayır. Ana və oğul öz evlərində məskunlaşdıqdan sonra şəhərin onların düşündükləri kimi olmadığını anlayır və sirlərini qorumaq üçün hər şeyi edirlər. Məşhur aktyor Freddi Haymor serialdakı Norman obrazına həyat verir.  

4.Sharp Objects (2018) – IMDb: 8.1

Özünə zərər verdiyi üçün uzun müddətdir ruhi xəstəxanada yatan müxbir Camille iki balaca qızın qətlini araşdırmaq üçün məmləkətinə getməyə məcbur olur. Bu müddət ərzində hər şeyin mükəmməl olmasını istəyən və aralarında soyuq münasibət olan Camille anasının yanında qalmalı olur. Qətlin üstünü açmağa çalışarkən Kamil unutmağa çalışdığı uşaqlıq faciələrinin və ərköyün bacısının öhdəsindən gəlməyə çalışır.      

3.Sense8 (2015-2018) – IMDb: 8.2

Sense8 amerikan elmi fantastika və dram televiziya serialıdır. Serial dünyanın müxtəlif yerlərində yaşayan səkkiz yad insanın bir-biri ilə ağlasığmaz şəkildə emosional ünsiyyətindən bəhs edir. Bu səkkiz yad adamın ağıl və istedadlarının paylaşılması zaman keçdikcə maraqlılaşmağa başlayır.  

2.The Leftovers (2014-2017) – IMDb: 8.3

Serial 150 milyon insanın eyni vaxtda və birdən-birə yoxa çıxması ilə başlayan hadisələrdən bəhs edir. “Qəfil gediş” adlanan bu hadisədən sonra “Günahkâr Geriye Qalanlar” adlı bir təriqət yaranır. Təriqət qalan insanları dünyanın sonu olduğuna və yaşamağa davam etməyin mənasız olduğuna inandırmağa çalışır.        

1. Utopia (2013-2014) – IMDb: 8.4

Bir qrup əlaqəsi olmayan insanlar onlayn komiks forumlarından birində görüşür və söhbət etmək və müzakirə etmək üçün qrup yaradırlar. Bu qrup Utopiya adlı hələ kəşf olunmamış komiks taslağını tapır. Bir müddət sonra gənclər başa düşürlər ki, bu komiks son əsrdə baş verən fəlakətlərdən və sonrasında baş verəcək hadisələrdən xəbər verir. İşlər daha da mürəkkəbləşdikcə, The Network Şəbəkə adlı bir təşkilatın onların arxasında olduğunu öyrənirlər.      
568 Views