Avropa ölkələrində ən çox satılan konsol açıqlanıb

Avropa ölkələrində ən çox satılan konsol açıqlanıb

  Google məlumatları ilə aparılan araşdırmada Avropa ölkələrində ən çox satılan konsolların sıralaması müəyyən edilib. Tədqiqat yalnız üç konsola, Xbox Series X, PlayStation 5 və Nintendo Switch-ə əsaslanır. Araşdırma nəticəsində Nintendo Switch-in Fransa, İspaniya və Hollandiya daxil olmaqla 24 ölkədə ən çox axtarılan konsol olduğu görüldü. PlayStation 5 Almaniya və Norveç də daxil olmaqla 20 ölkədə ən çox satılan və axtarılan konsol oldu. Son üç rübdə Xbox Series X PS5 satışlarını ötsə də, yalnız üç ölkədə, Macarıstan, Kosovo və Böyük Britaniyada birinci yerdədir. Bu nəticələr əsasən hər bir konsolun satış rəqəmlərinə uyğundur, lakin Nintendo Switch digər konsollara nisbətən bir neçə il əvvəl çıxdığı üçün vaxt üstünlüyünə malikdir, yəni onlardan daha uzun müddətdir bazarda yer sahibidir.
568 Views