Avrasiya Materiki

Sahəsi 54 mln km2 olan Avrasiya materiki dünyanın ən böyük materiki olub, bütün qurunun 1/3-ni əhatə edir.
Avrasiya 2 qitədən ibarətdir. Onun ərazisinin 4/5 hissəsi Asiya; 1/5 hissəsi isə Avropanın payına düşür. Avropa ilə Asiya arasında sərhəd şərtidir. Hazırda bu sərhəd Ural dağları, Ural (və ya Emba) cayı, Xəzərin şimalı, Kuma-Manıç çökəkliyi, Azov dənizi, Kerç boğazı, Qara dəniz, Bosfor boğazı, Mərmərə dənizi, Dardanel boğazı, Egey və Aralıq dənizi vasitəsilə ayrılır.

  • Ucqar nöqtələri. Şimalda –Çelyuskin burnu, cənubda-Piay burnu, qərbdə-Roka burnu, şərqdə-Dejnyov burnu.
  • Avropanın ucqar nöqtələri: şimalda — Nordkin burnu, cənubda — Marokko burnu, qərbdə – Roka burnu, şərqdə — Qütb Uralı.
  • Asiyanın ucqar nöqtələri: şimalda — Çelyuskin burnu, cənubda — Piay burnu, qərbdə – Baba burnu, şərqdə – Dejnyov burnu. 

Avrasiya 4 yarımkürədə yerləşib. Avrasiya ekvatordan şimalda, bəzi adaları isə ekvatordan cənubda yerləşib. Materikin ucqar qərb və şərq hissəsi Qərb yarımkürəsində yerləşib. O, bütün okeanlarla həmsərhəddir. O, şimal-şərqdən Berinq boğazı ilə Şm. Amerikadan, Cəbəllütariq boğazı, Aralıq və Qırmızı dəniz, Süveyş kanalı və Bab-Ül-Məndab boğazı ilə Afrikadan ayrılır. Materikin sahilləri əsasən qərbdən, qismən isə şərqdən daha çox girintili-çıxıntılıdır. Skandinaviya yarmadası sahillərində dalğaların dağıdıcı fəaliyyəti nəticəsində fiord tipli sahillər formalaşıb.

Bir cavab yazın

Your email address will not be published.