Mənalı statuslar | Menali statuslar
Hər biri bir birindən mənalı sevgiyə, dostluğa, ayrılığa, yalnızlığa aid müxtəlif statusları bu səhifədə tapa bilərsiniz
Menali Statuslar
Heç vaxt başqa insanlar üzülməsin deyə özünü üzmə. Unutma; Sən dözürsənsə, onlar da dözə bilər.
Dünyadakı ən qəribə və üzücü şey; Bir vaxtlar bir-birinin hər şeyini bilən iki insanın tamamilə yadmış kimi davranmasıdır.
Qəribədir insan, eyni zarafata dəfələrlə gülməz amma eyni acıya dəfələrlə ağlayar.
Hər kəsin istədiyi kimi biri olmaq üçün doğulmamışam.
Bir gün ürəyincə yaşamaq yüz il sürünə sürünə yaşamaqdan yaxşıdır.
Dünya hamıya çatacaq qədər böyükdür. Başqasının yerini tutmağa çalışmaqdansa, öz yerin haqqında fikirləş.
Heç bir şey yolunda getmir əslində, sadəcə mən görməməzliyə vururam.
Əhəmiyyətsiz saydığımız ən adi hadisələr bəzən həyatımızı cəhənnəmə döndərə bilər.
Bəzən düşünmədən yaşamaq lazımdır, bəzən də yaşadıqlarını düşünməmək...
Məsafələr, sevməyi bacarmayanların bəhanəsidir...
Birini sevməyə başlamaq başlı başına bir iş, bir cəhddir. Güc istər, ürək istər, korluq istər. Hətta başlanğıcda elə bir an vardır ki uçurumun üstündən sıçramaq istər; düşünməyə çalışsan aşa bilməzsən onu.
Əgər bir insan sənin üçün həqiqətən də dəyərlidirsə, o sənə nə qədər acı yaşatsa da, sən onu bağışlayacaqsan...
Səni sevəni sevmək özünə vurğunluqdur. Səni sevməyəni sevmək, bax bu məhəbbətdir...
Könül almağı bacarmayana ömür əmanət edilməz..
Həyatdan dərs almağı bacaran insan xoşbəxtdir.
Dünyada üç fəlakət var: yanğın, qadın, dəniz.
Bu gözəl həyat təkcə bizim deyil. Bu həqiqəti anlayıb başqalarına ziyan vermədən yaşamağı öyrənməliyik.
Əlimdən bir şey gəlmir demə! Ovuclarında nə dualar gizlənir...
A`sını yaşamadığım bir məhəbbətin, Z`sinə qədər acısını çəkdim mən.
Əlin telefona gedir amma mesaj belə ata bilmirsən, varmı bundan daha pis bir şey?
Heyat beşiklə məzar arasında sınaq müddətidir.
Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır
Hər gün insan üçün yeni bir həyatdır.
Mən həyatın mənasını yorulmadan işləməkdə və çətinliklərlə döyüşməkdə görürəm.
İncitmək istəmədiyim üçün susuram verecek cavabım yoxdu sanır.
Mən sənə oyandım yenə, sən başqalarıyla yatarkən ...
Bilərəm, gedənlə ölünməz amma qalanlarla da yaşanmır.
Şair deyib "sən get sevgin mənə qalsın" , mən şair deyiləm gözəlim lazım deyil saxta sevgin apar dəyərsiz həyatına soxduğun alsın!
Xəyallar qurduğun insanı itirmək qədər ağır bir şey yoxdur.
Dünyada xeyir iş görməyən insan əbəs yerə yaşayır.
Bu dünya bir qızıl kuzəyə bənzər,
Suyu gah şirindir, gah da ki zəhər.
Ruh ekizi deyə bir şey varsa əgər, mənimki əsla gəlməz. Özümdən bilirəm inadı inaddır.
Qəlbinin nə qədər qırıldığından çox kimin qırdığı incidir insanı.
Əsəbləşəndə susmağı öyrəndiyim gündən bəri yetkin biriyəm.
Qadın cənabın boynundan öpüb "evim buradı", dedi. Cənab qadının zərif əllərini qəlbinə aparıb "sənin evin buradı", dedi.
Ən çox xəyal qırıqlığını ən gözəl xəyallar qurduğumuz insanlar yaşadır.
Gecənin ən kor saatlarında sənə yazmaq əvəzinə səni yazıramsa bu sənin günahındır.
O sənə kiçik bir ümid verdi, sən isə ona hər şeyini verdin.
Olmur, elə deyilmi? Sizə acı verən bir şeyi bir kənara qoya bilmirsiniz.
Bir dəniz mənzərəli ev lazımdır bizə, tükənməz qəhvə və birdə bitməyən kitab.
Bu qısa ömrü əbədi həyatmış kimi yaşamaq lazımdır.
Həyat hərəkət deməkdir, su da axmayanda iylənir.
"Karyera qurmaqla evdə qalmaq" arasında çox incə be xətt var, qızlar.
Yaxşı davranan kişiləri ya tərk edərlər, ya da aldadırlar.
Çox incidildiyimdə artıq sadəcə "mən öyrəşmişəm" deyirəm.
Yaxşı sevgilim deyilsən, amma bu səni sevmədiyim, qısqanmadığım, darıxmadığım anlamına gəlməz, gələ bilməz.
Səni məndən əvvəl "fırlatmaq" üçün seviblər, mənim əsl sevgim artıq gəldi.
İnsan həyatı boyu bir adamı sevir. Əvvəlki və sonrakılar bir axtarış, qaçış və ya aldanışdır.
Sevmək bəzən alçaqca qorxuludur. İnsan bir axşam üstü qəfildən yorulur.
8 planet 204 ölkə varkən istəmədiyimiz insanlar hələ də necə "ağzımızın içində" yaşayır.
Hara gedirsən? Sualına "Qayıdıram", - deyə cavab verən yeganə millətik.
Səhvlərlə dolu bir həyat, heç bir şey etmədən keçirilən bir həyatdan daha şərəflidir.
Nə çətindir, yazaraq izah etməyə çalışmaq susduqlarını.
Kiminləsən və harada heç əhəmiyyəti yoxdur əslində, amma düşünmədən də olmur.
Kişinin adam olduğu hər yerdə qadın şahzadədir!
Onun "gecən xeyirə" deməsiylə uzun keçəcək gecələr bilirəm...
Həsrətəm mən sənə dəli kimi getmə qal.
Ömrün müddəti deyil, bu ömrü necə yaşadığın əhəmiyyətlidir.
Həvəsiniz üçün heç kimin qüruru, duyğuları ilə oynamayın. Bu torpağın üstü varsa birdə altı var unutmayın...
Bilməklə bilməmək arasında bir tək doğru vardır; düşünmək..
Qırılacaq 206 dənə sümüyünüz varkən, axmağın biri gəlir ürəyimizi qırır.
Səni olduğun kimi sevən insan üçün yaxşı gün, pis gün yoxdur. Nə vaxt yanında olması lazımdırsa, o zaman yanında olar...
Heç kimi keçmişi üçün mühakimə etmə... Unutma,sən də öz gələcəyindən xəbərsizsən.
Mən gözləyərəm... Dönməyin üçün deyil, peşmanlığını görmək üçün...
Bəzən o qədər çox sevərsən ki, günahkar O olsa belə sən üzr istəyərsən...
İlk mesajı nə qız, nə oğlan yazar. İlk mesajı həqiqətən sevən yazar...
Danışmaq istəsə yazardı...Yazmırsa ya yanında biri var ya ürəyində.
Bəzən sözlər dodaqdan tökülmədiyi üçün gözlərdən tökülür...
Məsafələrin bir əhəmiyyəti yoxdur, varlığım yoxluğuna aşiq.
Sevginin mükəmməl olmasına ehtiyac yoxdur, qarşılıqlı olsun yetər.
Mənalı statuslar mövzu linki: http://www.statuslarim.com/2016/10/menali-statuslar.html