Sevginin elmi İzahı (Maraqlı Video)

Sevginin elmi İzahı (Maraqlı Video)

  Əgər aşiq olan insanın beyininin tomoqrafiyasını etsək, maraqlı bir görünüş ortaya çıxacaq: onda sadəcə birşəkil göstərməklə beynində dörd zonasında çox güclü hərəkətlənmə və həycan olacaq. Alimlər bu hissə səbəb olan maddənin- dopaminin olaraq adlandırır. Maraqlıdır ki, insanın güclü beyinin bu zonalarına yalnız kokainə belə reaksiya verə bilər. Aşiq olduğumuz zaman hormonlarımız işə düşür. Aşiq olan insanlar ürəyin daha sürətlə döyünməsi, üzün qızarması və əllərin tərləməsi kimi hallarla qarşılaşır. Bu hala bədəndə yaranan dopamin, noradrenalin və feniletilamin səbəb olur. Həddindən artıq xoşbəxtlikdə və asılılıqda rol oynayan dopamin, eyni zamanda maddə və bəzi dərman asılılıqlarının yaranmasına da səbəb olur. Noradrenalin adrenalinə bənzəyir. Ürək çırpıntılarına səbəb olur. Eyni zamanda, diqqətcilliyə, qısa müddətlik yaddaşa, hiperaktivliyə, yuxusuzluğa və hədəfə hesablanmış davranışlara cavabdehdir. Yüksək dopamin səviyyələri noradrenalinlə bağlıdır. Sevgi sağ qalma üsuludur. Uzunmüddətli cütlük şəkilində formalaşan canlıların münasibətlərində üç mərhələ vardır: arzu, həvəs, bağlılıq. Arzu — bu hansısa seksual duruma yönəlməyib. Həvəs — bu konkret obyektdə təsbitdir. Bağlılıq — artımın uzunmüddətli proqramına hesablanmış möhkəm əlaqədir. Alimlər əmin oldular ki, insanlarda romantik sevgi — sadəcə həvəsin şəkli dəyişmiş formasıdır. O sağ qalma üsulu kimi bizim əcdadlarımızdan gəlib. Başqa sözlə, sevgi bir partnyora nail olmaqdır, nəsli dağıtmaq üçün yox onu davam etdirmək məqsədi ilə yaranır. Sevgi 1 il yarımdan 3 ilə qədər davam edir. Burada bioloji məna var: belə müddət birinci növbədə atanın iştirakına zəmanət verir, bizim əcdadlarımızdan hələ ana və uşaqların həyatlarının ən çətin anlarında müxtəlif maneələr olurdu. Ancaq maneələr olduğu halda, sevgi əhəmiyyətli dərəcədə daha uzunmüddətli davam edə bilər. Sevgi kordur. Alman tədqiqatçısı Andreas Bartel-in etdiyi tətqiqatlarda beyinin araşdırması zamanı müəyyən etmişdiki beyinin aktiv zonası sevənlərdə daha passiv şəkildədir və yaxud da o yatmış şəkildədir. Bu neqativ emosiyaların və rasional qəralar zonalarıdır. Depressiya haradan yaranır. Sevgidə bəxti gətirməyən insanlar iki mərhələ keçirlər. Əvvəlcə dopaminin səviyyəsi daha güclü yüksəlir. Qəzəb və sevgi zamanı belə doza nəticəsi normaldır. Amma gec-tez ikinci mərhələ başlayır dopamin orta səviyyədən aşağı düşür, nəticədə depressiya yaranır Sevgini dərmanlarla müalicə etmək olar. Manyaklarda olduğu kimi aşıqlər öz hərəkətlərinə nəzarət etmirlər, onların qanında ciddi kimyəvi dəyişikliklər başlayır. Onlarda ən əhəmiyyətli hormonlardan biri olan serotonin güclü şəkildə aşağı düşür. Alimlər bunda dopamin gunahlandırırlar: hansı ki bu bizi dəliliklərə itələyən təbii narkotikdir, bu da bizim kontrol sistemimizi nəzarətdən çıxarır. Belə sevgini isə Amerikada ciddi olaraq müalicə etməyi planlaşdırırlar. Serotonin sevgini öldürür. Əgər siçana böyük dozada serotonin versək, o öz daimi partnyorunu rədd edəcək və kiminlə gəldi cütləşməyə başlayacaq. Bunu belə izah edirlər: serotonin dopaminin səviyyəsini aşağı salır və eyni zamanda da sevgini. Xatırlamaq əhəmiyyətlidir ki, serotoninin səviyyəsi müasir antidepressantların təsiri altında yüksəlir. Kişilər gözlərilə sevirlər. Aşiq olma dövründə kişilərdə böyük yarımkürələr qabığında yerləşən görmə mərkəzi daha aktiv olur. Ona görə əbəs danışmırlar ki, kişilər gözlərlə sevirlər. Qadınlarda ən çox aktiv olan sahələri isə: instinktdir, onlar bir neçə həftə ərzində partnyorun davranışını yadda saxlayır, və sonra alınmış informasiyanı leyhinə və yaxud da əleyhinə olduğunu təhlil edir . Nəticədə qadınlar sevgi romanının birinci mərhələsini çox yaxşı xatırlayırlar.
Kimlərə daha çox aşiq ola bilərik?
Aparılan elmi araşdırmalara görə əslində insanlar həyat yoldaşlarını da özlərinə oxşayan şəxslərin arasından seçirlər. Şotlandiyanın St. Adryu Universitetində aparılan araşdırmanın nəticəsinə görə həyat yoldaşı seçimi ilə bağlı olan testlərdə məlum olub ki, şəxslər, onlara göstərilən əks cins portretlərindən əsasən özlərinə oxşayanları seçirlər.
https://youtu.be/ySijLeSJ338?list=LLmAlnMzA05E7NbLKL6mwRdA&t=5  
568 Views