2019-da hamının gözlədiyi oyunlar

2019-da hamının gözlədiyi oyunlar

1) FPS- nin atası olan bu əfsanəvi oyun seriyasının yeni hissəsi 343 Industries stusiyası tərəfindən yeni Slipspace Engine oyun mühərriki vasitəsilə PCvə Xbox One üçün hazırlanır. Əsas seriyanın sayca 6-cı oyunu olacaq Halo Infinite baş personaj Master Chiefətrafında cəmlənəcək və Halo 5: Guardians oyununun süjet xəttini davam etdirəcək.

Oyunun nə zaman çıxacağı barəsində məlumat verilməyib.

https://youtu.be/o_M8Mc7hURc

2)From Software studiyası gizli oyun anons etmişdi.Lakin bir çoxları güman edirdi ki, oyun Bloodborne 2 olacaq. Lakin oyunun Microsoft şirkətinin konfransında göstərilməsi əsl sürpriz oldu. Xeyr, bu Bloodborne 2 deyil. Bu, RPG elementləri özündə birləşdirən action samuray oyunudur. O, məşhur Activision şirkətinin dəstəyi ilə hazırlanır. Oyuna isə Hidetaka Miyadzakirəhbərlik edir. Sekiro: Shadow Die Twice oyunu gələn ilin əvvəlində PC, PS4 və Xbox One üçün satışa çıxacaq.

https://youtu.be/ndZv4mix9qg

3)Konfransda baş vermiş əsas böyük sürprizlərdən biri də Capcom şirkətinin Devil May Cry 5 oyununu anons etməsi oldu. Yeni oyun illər öncə işıq üzü görmüş Devil May Cry 4 oyununun davamı olacaq və təqdim olunmuş videodan da görmək olar ki, baş personaj kimi Nero çıxış edəcək. Lakin oyunda həmçinin hamının sevimlisi Dante də olacaq. Oyun PC, PS4 və Xbox One üçün gələn ilin yaz fəslində satışa çıxacaq

https://youtu.be/Ym3W7_-7-rU?t=26

4)Məşhur Witcher oyun seriyasının yaradıcısı CD Project Red studiyası hələ 2013-cü ildə Cyberpunk 2077 oyununu anons etmişdi. Lakin həmin vaxtdan bəri oyun haqqında heç bir məlumat yox idi. Lakin Microsoft şirkətinin konfransı zamanı studiya oyunun yeni videosunu təqdim etdi. Cyberpunk 2077, hadisələri open world-də baş verən RPG oyundur. Oyunda hadisələr Night City adlı ən təhlükəli şəhərdə cərəyan edəcək. Onun baş qəhrəmanı isə adlı personajdır. Təəssüflər olsun ki, oyunun satış tarixi barəsində heç bir məlumat verilməyib. Lakin o, PC, PS4 və Xbox One üçün hazırlanır.

https://youtu.be/vjF9GgrY9c0?t=271

5) Yeni oyunda oyunçunun qəbul edəcəyi qərarlar oyun dünyasının dəyişməsinə səbəb olacaq. Bundan əlavə olaraq Dying Light 2-də daha təkmilləşdirilmiş parkur və döyüş sistemi olacaq. Oyun PC, PS4 və Xbox One üçün hazırlanır. Onun çıxış tarixi barəsində heç  bir məlumat verilməyib.

https://youtu.be/dkWS0xGutSY?t=50

6)Ukraynanın 4A Games studiyası konfrans zamanı hamı tərəfindən səbrsizliklə gözlənilən Metro Exodus oyununun çıxış tarixini anons etdi. Oyun gələn ilin 22 Fevral tarixində satışa çıxacaq. Yəni Days Gone və Anthem oyunları ilə bir gündə.

https://youtu.be/tKemIJ0G1C8

7)The Last of Us Part 2

    Sony şirkətinin konfransı çoxdan gözlənilən The Last of Us Part 2 oyununun ilk gameplay videosu ilə start götürdü. Videodan da görmək olar ki, yeni oyunda zorakılıq səviyyəsi yüksək səviyyədə olacaq. Oyun eksklüziv olaraq PS4 konsolu üçün hazırlanır və çox güman ki, gələn il satışa çıxacaq. Dəqiq olmasada 2019 un iyununda gözlənilir

568 Views