İMAM ZAMANIN (Ə.C) DÜNYAYA GƏLİŞİ

İMAM ZAMANIN (Ə.C) DÜNYAYA GƏLİŞİ

Peyğəmbərdən (s) nəql olunan çoxsaylı hədislərdə belə buyurulur: “Mənim nəslimdən “Mehdi” adlı bir şəxs qiyam edəcək və yer üzündən zülmün kökünü qoparacaq.” Zülmkar Abbasi xəlifələri bu məzmunlu hədislər haqda məlumatlı olduqlarından, imam Mehdi (ə) dünyaya göz açdığı vaxtdan onu öldürməyi ön plana çəkmişdilər. Bunun üçün imam Cavadın (ə) zamanından etibarən, məsum imamların (ə) həyatları çətinlik, əziyyət, siyasi və nizami təzyiqlərlə keçmişdir. Bu təzyiq və məhdudiyyətlər imam Həsən Əskərinin (ə) dövründə öz həddini aşmış, Abbasi məmurları o həzrətin evinə bütün giriş-çıxışları nəzarət altında saxlayırdılar. Bu vəziyyət qarşısında vəd edilmiş ilahi xilaskarın dünyaya gəlişinin gizli olması lazımlı bir məsələ idi. Hətta imam Həsən Əskərinin (ə) yaxın dostları belə, imam Mehdinin (ə) dünyaya gəlməsindən xəbərsiz idilər. O həzrətin təvəllüdündən bir neçə saat əvvələ qədər belə, anası Nərgiz xatunda hamiləlik əlamətləri görünmürdü. İmam Cavadın (ə) qızı və imam Həsən Əskərinin (ə) bibisi Həkimə xanım imam Mehdinin (ə) təvəllüd əhvalatını belə nəql edir: “İmam Həsən Əskəri (ə) bir nəfəri göndərərək məni yanına çağırdı. Yanına çatdığım zaman dedi: “Ey bibi, bu axşam iftar üçün bizdə qal! Çünki Şaban ayının 14-cü gününün axşamıdır. Allah bu gecə yer üzündə (son) höccətini aşkar edəcək.” Mən də “Anası kimdir?” deyə soruşduqda, Həzrət buyurdu: “Nərgiz.” Dedim: “Canım sənə fəda olsun! Onda hamiləlik əlaməti görünmür.” Həzrət buyurdu: “Dediyim həqiqətdir.” Sonra Nərgizin yanına getdim və salam verib oturdum. O, ayaqqabılarımı çıxarmaq üçün mənə yaxınlaşıb dedi: “Ey mənim sərvərim, vəziyyətiniz necədir?” Mən dedim: “Xeyr, mənim və xanədanımın sərvəri sənsən.” O, mənim dediklərimlə razılaşmayıb dedi: “Bibican, nə danışırsan?” Mən ona “Qızım, bu axşam Allah sənə elə bir övlad verəcək ki, dünya və axirətin sərvəri olacaq!” – dediyim zaman utandı və həya etdi.” Həkimə xanım deyir: Şam namazından sonra iftarımı açıb, yatağıma uzandım. Gecə yarısı (gecə) namazını qılmaq üçün ayağa qalxıb namaz qıldım. Nərgiz heç bir şey yoxmuş kimi yatmışdı. Namazın davamında müstəhəb əməlləri yerinə yetirdikdən sonra yatdım. Birdən bir qorxu ilə yuxudan ayıldım. O, hələ də yatmışdı. Bir az sonra oyandı və gecə namazını qılıb təkrar yatdı. Mən çölə çıxdım, şəfəq zamanının olub-olmadığını anlamaq üçün səmaya baxdım. Birinci şəfəqin olduğunu gördüm. Nərgiz hələ yatmışdı. Mən şübhəyə qapıldım! (İmam Əskərinin (ə) sözlərinə qarşı qəlbimdə tərəddüd yarandı.) Qəflətən imam Həsən Əskəri (ə) “Ey bibi, tələsmə, (təvəllüd vaxtı) yaxındır!” – deyə səsləndi. Mən oturdum və “Səcdə” surəsi ilə “Yasin” surəsini oxumağa başladımNərgiz həyəcan içərisində yuxudanoyandı. Dərhal yanına gedib dedim: Bəla səndən uzaq olsun! Ağrımı hiss edirsən?” Dedi: “Bəli, bibi!Dedim: “Özünü ələ al, həyəcanlanma, bu, sənə verdiyim xəbərdir.” Bu zaman mən və Nərgiz halsızlaşdıq. Sonra sərvərimin (yeni doğulan körpənin) səsi ilə özümə gəldim, paltarı üzərindən götürdüm və onu səcdə halında gördüm! Qucağıma götürdüm. O, tərtəmiz idi! Bu zaman imam Həsən Əskəri (ə) məni çağırıb dedi: “Ey bibiOğlumu mənim yanıma gətir!” Onu imam Həsən Əskərinin (ə) yanına apardım... Qucağına alıb buyurdu: “Oğlum danış! Uşaq danışmağa başladı və belə dedi: “Əşhədu əlla ilahə illəllah, vəhdəhu lşərikə h və əşhədu ənnə Muhəmmədər-Rəsulullah” (Şəhadət verirəm ki Allahdan başqa məbud yoxdur, təkdir, şəriksizdir və Mühəmməd Onun rəsuludur.) Sonra Əmirəlmöminin Əliyə (ə) və digər imamlara (ə) salam göndərdi... İmam Həsən Əskəri (ə) dedi: “Ey Bibi! Onu anasının yanına apar, ona da salam versin... Həkimə xatun deyir: “Bir gün sonra imam Həsən Əskərinin (s) yanına gedib, salam verdim. Mövlamı (imam Mehdini (ə)) görmək üçün pərdəni kənara çəkdim. Lakin onu görə bilmədim. Hörmətli atasından “Canım sənə fəda olsun! Sərvərimə nə oldu?” – deyə soruşduqda, Həzrət buyurdu: “Ey bibi, onu Musanın (ə) anasının onu əmanət verdiyi şəxsə (Allaha) əmanət olaraq tapşırdım.” Həkimə xatun yenə deyir: Yeddinci gün olduqda, yenə imam Həsən Əskərinin (ə) evinə getdim, salam verib oturdum. İmam (ə) “Oğlumu yanıma getir!” – deyə buyurdu. Mən də gedib gətirdim. İmam (ə) dedi: “Oğlum danış! Körpə (imam Mehdi (ə)) Allahın birliyinə şahidlik edib, Peyğəmbərə (s) və uca ata-babalarına salam göndərdikdən sonra bu ayəni oxudu:
“Biz istədik ki, o yerdə (məmləkətdə) zəif salınmışlara mərhəmət göstərək və onları (camaata) imam, (yer üzünə) varis edək. Onlar üçün o torpaqda qüdrət və hakimiyyət vasitələri hazırlayaq (ya onları o torpaqda yerləşdirək), Firona və (onun vəziri) Hamana və qoşunlarına onların (İsrail övladları) tərəfindən qorxduqları və çəkindikləri şeyi göstərək.” (“Qəsəs” surəsi, ayə: 5-6; “Kəmalud-din”, c. 2, fəsil 42, hədis 1, səh.143.) Yazar. Rza Şükürlü Mənbə. (Maide.az)
568 Views