Bəzi Ölkə Bayraqlarının Anlamı
Yapon bayrağındakı qırmızı dairə ölkədən doğan günəşi ifadə edir. Min illərdir yapon əskərlər və ordular tərəfindən istifadə edilən bayraq 1868 ci ildən rəsmi olaraq müəyyən edilmişdir.
Amerika- Bayraq ağ, qırmızı və mavi rəngdən ibarətdir. Qırmızı və ağ üfüqü rəngdən ibarət olan zolaqlar ABŞ ın yaranmasında önəmli rol oynayan 13 dövləti təmsil etməkdədir. Mavi rəngin üzərində olan 50 ağ ulduz isə ABŞ ın 50 ştatını ifadə edir. Bayraqdakı ağ rəng düzgünlüyü, qırmızı rəng qəhrəmanlığı, mavi rəng isə əzmi anlamına gəlir.
Ukrayna-Ukraynanın mavi-sarı rəngli dövlət bayrağı 1991-ci il, yanvar ayının 28-də Yuxarı Rada tərəfindən rəsmi olaraq təsdiqini tapıb. Bayrağın eninin uzunluğuna nisbəti 2:3 nisbətindədir. Hər il iyul ayının 24-də Ukraynada Dövlət Bayrağı Günü kimi qeyd edilir. Ukrayna bayrağındakı mavi və sarı rəngin tarixi xristianlıqdan öncəki zamanlara gedib çıxır. Həmin vaxt mavi və sarı rəng od ilə suyu tərənnüm edirdi. Ukrayna bayrağındakı rənglərin indiki mənasına gəldikdə, mavi rəng buğda zəmilərini, sarı rəng isə buğda zəmiləri üzərindəki səmanı təmsil edir.
Yunanıstan bayrağındakı Mavi və ağ rəngdən ibarət olan hazırki bayraq 1976 cı ildən rəsmi olaraq qəbul edilmişdir. Bayraqdakı mavi və ağ rəngin ölkənin müstəqillik qazanmasında xidmətləri olan dənizçilərin geyimindən alındığı güman edilir. Bu rənglər eyni zamanda ege dənizinin dalğalarını və qədim Helen qəbiləsinin rənglərini xatırlatdığı da söylənilməkdədir.
Portuqaliya-Portuqaliyanın dövlət bayrağı rəsmi olaraq 1911-ci ildə qəbul edilib. Parametrləri 2:3 nisbətindədir. Bərabər olmayan 2 şaquli zolaqdan təşkil olunub: yaşıl və qırmızı. Qırmızı zolaq bayrağın təxminən 1/3 hissəsini tutur. Zolaqların kəsişdiyi yerdə Portuqaliyanın gerbi təsvir olunub. Yaşıl rəng səyahət və yeni torpaqların kəşfinin rəmzidir. Qırmızı rəng inqilabı (1910-cu ildə Portuqaliya respublika elan edilib) tərənnüm edir.
Çin Bayrağındakı qırmızı rəng kommunizmi, böyük sarı rəngli ulduz kommunizm partiyasının liderlik və öncüllüyünü bildirir. Böyük sarı ulduzun kənarındakı dörd kiçik sarı ulduz ölkədəki əsas dörd sinifin var olduğu mənasını ifadə edir. Bu siniflər kəndli, işçi qüvvə, kiçik burjuaziya və kommunist şirkətləri təmsil edir.
Belçika-Belçika Krallığının dövlət bayrağı düzbucaqlı şəklində olub, üç bərabər şaquli zolaqdan ibarətdir. Zolaqların rəngi ardıcıl olaraq qara, sarı və qırmızıdır. Bayrağın ölçü nisbəti 13:15-dir. Qara rəng gücü təmsil edir. Sarı rəng müdriklik yolu ilə əldə edilən kamilliyin rəmzidir. Qırmızı rəng isə fədakarlıq, cəsurluq və qurbanlar vermək yolu ilə əldə edilən qələbənin tərənnümüdür. Belçikanın dövlət bayrağı rəsmi olaraq 1831-ci ilin sentyabr ayının 13-də qəbul edilib.
Səüdiyyə Ərabistanının bayrağındakı qılınc ədaləti ifadə edərkən, Ərəb dilində yazılmış yazı La İlahe İllallah Muhammedun Resulullah şəklindədir. Bayraqdakı yaşıl rəng İslamiyyəti və Fatımei sülaləsini ifadə edir. Bu şəkildəki bayraq ölkənin rəsmi mərasimlərdəki simvoludur. Ancaq xalq gərəkdiyində üzərində çarpaz qılınc və qızıl palma ağacı olan yaşıl rəngli bayraqdan istifadə edirlər.
Moldova-Moldovanın bayrağı, üzərində dövlət gerbi həkk olunmuş 3 bərabər şaquli zolaqdan ibarətdir: mavi, sarı və qırmızı. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. 1994-cü ildə Moldovada dövlət bayrağı haqqında qanun qəbul edilib. Moldovanın bayrağı öndən və arxadan müxtəlif formada görünür. Belə ki, bayraqdakı gerb yalnız ön hissədə həkk olunub. Moldovanın üçrəngli bayrağı Moldova dövlətçiliyinin keçmişini, indiki zamanını və gələcəyini, eyni zamanda ölkədə yaşayan vətəndaşların bərabərhüquqlu olmasını, dostluğunu və həmrəyliyini tərənnüm edir.
Brazilya Bayrağındakı yaşıl rəng yağmur meşələrini, sarı isə qızıl və digər mineral qaynaqları ifadə edir. Sarı rəngin üzərindəki dairə yer kürəsi, ulduzlar isə əyalətləri təmsil edir. Dairənin üzərindəki ordem e progresso “qayda qanun və inkişaf” mənasını verir
.
Albaniya Respublikasının dövlət bayrağı mərkəzində ikibaşlı qara qartal şəkli həkk olunmuş qırmızı düzbucaqlı zolaqdan ibarətdir. Bayrağın eninin uzunluğuna nisbəti 5:7-dir. Qırmızı rəng xarici işğalçılara qarşı uzun müddət mübarizə aparan alban vətənpərvərlərin tökülən qanının rəmzidir. Albaniyanın hazırkı dövlət bayrağı 1945-ci ildə rəsmi olaraq təsdiqlənib. Qırmızı zolaqlı ikibaşlı qara qartal şəkli 1443-cü ildə Albaniyanın müstəqilliyinin əsasını qoymuş Georgi Kastriotın bayrağında mövcud idi. O, Skanderberq adı ilə daha çox məşhurdur. Çox güman ki, bayraqdakı qartal şəkli onun tərəfindən seçilib. Bayraqda məhz qartal şəkli əbəs yerə öz əksini tapmayıb. Belə ki, albanlar ta qədim zamanlardan ölkələrini „şkiperi“ adlandırırlar ki, bu da tərcümədə „qartallar ölkəsi“ mənasını verir. Onlar özlərini qartalların nəslinin davamçıları hesab edirlər.
Avstriya-Avstriyanın indiki bayrağı ilk dəfə rəsmi olaraq 1919-cu ildə qəbul edilib. 1933-cü ildə ləğv edilməsinə baxmayaraq, 1945-ci ildə dövlət bayrağı kimi yenidən təsdiqlənib. Avstriyanın milli bayrağı üfüqi vəziyyətdə olan üç bərabər düzbucaqlı zolaqdan ibarətdir. Yuxarı və aşağı zolaq qırmızı, orta zolaq isə ağ rəngdədir. Bayrağın eninin uzunluğuna nisbəti 2:3-dür. Qırmızı rəng Avstriyanın azadlığı və müstəqilliyi uğrunda vətənpərvərlərin tökülən qanının simvoludur. Ağ rəng isə Avstriya xalqının ölkədə monarxiya rejiminə son qoyaraq, əldə etdiyi müstəqilliyinin rəmzidir. Bayraqdakı ağ rəng Avstriya ərazisindən keçən Dunay çayını da təmsil edir. Avstriya bayrağının rənglərinin yaranması barədə rəvayət də var. Həmin rəvayətdə deyilir ki, 1191-ci ildə Hersoq Leopald Babenberqskiy (qədim Avstriya Hersoq Evinin nümayəndəsi) Ptolemazine yaxınlığındakı döyüşdə iştirak edib. O, həmin döyüşdə yaralanıb və onun ağ plaşı qana bulanıb. Yalnız bel hissəsində qana bulanmayan ağ zolaq qalıb. Bununla da qırmızı və ağ rəng Babenberqlərin gerbində, sonradan isə Avstriya bayrağının rənglərində öz əksini tapıb.
Mənbə. bilgibazarı.com və biq.az götürülmüş məqalədir