Əli və Nino
Bəs Azərbaycanın paytaxtı Bakıda kitab dükanlarının durumu necədi?
Əli və Nino kitab mağazası 2005-ci ildə açılıb. İndi Bakı şəhərində beş kitab dükanı və dəftərxana dükanlarında altı şöbəsilə fəaliyyət göstərir. Bir mağazası isə bu yaxınlarda Gəncə şəhərində açılıb.
Əli və Nino dükanlar şəbəkəsinin sahibi Nigar Köçərli deyir ki, Sovet dövründə Azərbaycanda təxminən 200 kitab evi var idisə, hazırda cəmi 11 kitab dükanı fəaliyyət göstərir.
"Gürcüstanda vəziyyət bizə nisbətən qat-qat yaxşıdır. Dörd milyon əhalisi olan ölkədə 75 kitab dükanı var," Köçərli deyir.
Nigar xanımın sözlərinə görə, əslində heç Sovet hakimiyyəti vaxtında da azərbaycanlılar çox oxumurdular. "Oxuyan əsasən rusdillilərdir. Son vaxtlar irəliləyiş olsa da, vəziyyət yenə də çox kədərlidir. Oxucuların sayı 200-300 nəfərdir. Demək olar ki, bütün oxucularımızı üzdən tanıyırıq," Nigar Köçərli deyir.
Onlayn kitab satışını da həyata keçirən sahibkarın bildirdiyinə görə, axır vaxtlar kitaba marağın nisbətən artmasında son illər Bakıda təşkil edilən kitab yarmarkalarının da böyük rolu var. Bu cür kitab yarmarkaları Bakı şəhərində Qanun Nəşrlər Evinin təşəbbüsü ilə həyata keçirilir. Yarmarkalarda kitablar endirimli qiymətlərlə satılır.
Mənbə. Bbc .com -dan götürülmüş xırda müsahibənin bir parçasıdır.
Qeyd.Məncə Azərbaycandan ən güclü kitab evinin həmdə ən sevdiyim kitab evinin bu cür narazılığının bir səbəbi var telfonlar Çünkü mənim kimi kitab sevər belə kitab oxumağı azaldıbsa az-az oxuyanlar kitab vərdişini yox edib.