Rudolf Nureyev: xudpəsənd dahi haqqında film
1961-ci ildə Rudolf Nureyev, Sovet İttifaqında dövrün məşhur balet məktəbi Kirov Baletindən Qərbə pənah aparıb.
Ən son anda Fransada qalıb sığınacaq istəməyə qərar verən 23 yaşlı Nureyev, dünyaca məşhur rəqqasa çevrilir. Onun başgicəlləndirən karyerası Ağ Qarğa (The White Crow) adlı yeni bir filmdə əksini tapıb. Le Bourget (o vaxt Parisin əsas aeroportu olub) aeroportunda KQB-nin onun üçün ayırdığı cangüdənləri azdırmağı bacaran Nureyev bir gecə içində məşhurlaşır. Nureyev nadir bir ada çevrilir - bütün dünyanın tanıdığı kişi balet ifaçısı (baleron). O, həyatının qalan illərini məşhurluğundan həzz alaraq keçirir. Bbc istinadən deyə biləriki Ağ Qarğa adlı yeni bioqrafik filmdə rejissor Ralph Fiennes Nureyev rolunu canlandırmaq üçün heç bir aktyorluq təcrübəsi olmayan rəqqas Oleq İvenko-nu seçib. O, Ukraynada doğulub və həm ukraynaca, həm də rusca danışaraq böyüyüb. Onun solo rəqqas kimi karyerası Moskvadan 800 km şərqdə yerləşən Kazan şəhərinin Tatar Dövlət Akademik Opera və Balet Teatrında başlayıb. O, Coppelia, Giselle və La Bayadere kimi klassik baletlərdə böyük rollar ifa edib. "Rudolf Nureyev həmişə tanımışam, amma onun yalnız qısametrajlı rəqs yazılarını görmüşəm. Sözün düzü, ilk baxdığım videoda o, bir donuzla idi... deyəsən?" İvenko həqiqətən donuz görüb-görmədiyinə əmin olmaq üçün bir anlıq tərəddüd edir. Lakin Nureyevin 1977-i ildə çıxış etdiyi The Muppet Show (Kukla Şou) internetdə milyonlarca dəfə izlənilib. Ağ Qarğa təklifinə qədər İvenko ingilis dilini bilməyib. "Buna görə də dili və eləcə də aktyorluğu öyrənməli oldum. Rəqs də bir növ aktyorluqdur, amma ağzı bağlı, bədən ilə aktyorluq. Rudolfu yaxşı başa düşürəm, birdən-birə təslim olmaq, özü də mənimlə yaşıd olub o vaxt, başqa mədəniyyət və dilə alışmaq böyük bir şok olub." Filmin ssenari müəllifi David Here-dir. O, dramaturq və keçən il BBC Two-da yayımlanan Paralel (Collateral) serialının da ssenari müəllifi kimi tanınır. Cənab Here deyir ki, yeni filmin ideya müəllifi prodüser Gaby Tana-dır. "Gaby Julie Kavanagh-ın Nureyev haqqında bioqrafiyasını oxuyub və layihə kimi Ralph Fiennes-ə təqdim edib. O, Fiennes-ə ilk altı fəsildən əla film alınacağını deyib - Parisdəki hadisələr və Nureyevin evə qayıtmaq fikrindən daşındıran məqamlar. "Onlar mənimlə əlaqə saxladırlar və mən hekayəni əvvəl təslim olaraq sığınacaq istəmək və ondan əvvəl baş verənlər kimi canlandırdım. Məhz bu sadaladıqlarım triller elementləri idi və qələmə almaqdan həzz aldım. Bir tanışım bu ardıcıllığı Hitchcock-un Şimal-qərbdən Şimala (North by Northwest) əsərinə oxşatdı hətta və bu mənim üçün böyük bir kompliment idi. "Lakin Ralph düşündü ki, tamaşaçılar Rudolfu formalaşdıran uşaqlığı və təcrübəçi kimi fəaliyyətini anlamaq ehtiyacı duyacaqlar. Nureyev səhnədə şahzadələri canlandırdığını, lakin həyatda şahzadə olmadığını deyirdi. Təslim olan zaman əminəm ki, özünü bir heç hiss etdiyi Rusiyaya qaytarılmaq ehtimalına görə böyük narahatlıq və qorxu keçirib". Tələbə olarkən Here-nin Britaniyaya səfəri zamanı Nureyev ilə görüşmək imkanı olub. Anası rus olan bir dostu Nureyev evlərində qalmağa dəvət edibmiş. "Yadımdadır ki, hər şey Rudolfun rahatlığına uyğun təşkil olunmuşdu: üşüyürsən? Rahatsan? Stulun rahatdır? Doydunmu? İçməyə bir şey istəyirsən? "O, özünü otaqdakı ən vacib adam kimi hiss edirdi və bu onun xudpəsəndlik canavarına çevrildiyini göstərirdi. Əslində həqiqətən də Rudolf çox tanınmış bir insan idi. Mən Rudolf barədə onu tanıyan insanlar arasında bir araşdırma etdim və hər kəsin onun haqqında bir dənə belə olsa pis xatirəsi var idi: ağlagəlməz hansısa pis davranış. "Bu, bir az Nureyevin kəndli ailəsindən çıxdığını bildiyinə görə baş verirdi. İnsanların buna görə ona yuxarıdan aşağı baxdığını düşündüyü zaman xoşagəlməz davranışlar sərgiləyirdi." İvenko deyir ki, Nureyevin xüsusi rəqs tərzi olub. "Bəzən o, böyük pişik kimi asta hərəkət edib. Ona filmdə baxsanız və ya onu görən insanlara qulaq assanız, Rudolfda heyvani və həssas bir yön sezdiklərini anlayarsınız." Ağ Qarğada rəqs ardıcıllığı professional şəkildə hazırlanıb, amma onlar filmin yalnız bir hissəsini təşkil edir. Bəs səhnədəki mükəmməl rəqqasdan savayı, İvenko canlandırdığı adam haqqında nə qənaətə gəlib? "Bəzən onun yaxşı adam olduğunu fikirləşirəm - bəzən isə qəddar. Lakin ona hörmət edirəm və müəyyən şeyləri niyə etdiyini anlayıram. Məncə, o, hisslərini gizlədirdi və hər zaman güclü görünməsi üçün əlindən gələni edirdi. Təkəbbürlü görünsə də, içində bir körpə yatırdı. "İllərlə Rudolf hər gecə ya partilərə gedib, ya da gey klublarda vaxt keçirib. Lakin onunla oturub, vaxt keçirəcək bir yaxını olmayıb." Mənbə. bbc.com